DAN ÜZÜ
“Qarabağ şikəstəsi”nin müəllifi, Qarabağ xanı İbrahimxanın qızı Ağabəyim ağanın xatirəsinə.
Ağabəyim ağa, xan qızı, anam,
Dur gəl
Qarabağa Dan üzü, anam!
Batıbdı
Şuşalar, Ağdamlar qəmə,
Gəlsən
Qarabağa axşamlar gəlmə!
Qara əllər
ilə iş həll olunub,
Burda
axşamlar da işğal olunub,
Gələn
gələr səntək can üzüb, anam,
Dur gəl
Qarabağa Dan üzü, anam!
Düşmən
dağlar çəkib köhnə Qalaya,
Qorxuram səni
də qana boyaya!
Kim
aldı, kim satdı “Xarı
Bülbül”ü,
Tapdayır
nə vaxtdı “Xarı Bülbül”ü,
Zamanın
hay adlı donuzu, anam,
Dur gəl
Qarabağa Dan üzü, anam!
Gəl
gör, nə qalıb ki, Qarabağından,
Bir az Vətən gətir “Vətən
bağı”ndan.
Deməyə
şəninə söz çatarmı ər,
Qız
paltarlı ərən, qız paltarlı ər,
Qoy Vətən
oğlunu tanısın, anam,
Dur gəl
Qarabağa Dan üzü, anam!
Sən
ki, “yaddan çıxmaz dedin, Qarabağ”,
Bir səslən,
bir söylə: Gəldim, Qarabağ!
Ümid
Dan üzünə qalıbdı bəlkə,
Həm də xan qızına qalıbdı bəlkə?
Qəhr
edək o dinli dinsizi, anam,
Dur gəl
Qarabağa Dan üzü, anam!
Qoymayaq
ölməyə “Xarı Bülbül”ü,
O yarı
insanı, yarı bülbülü!
Olanda
öz evi-eşiyi olsun,
Olanda
öz yurdu, beşiyi olsun...
Onda
qanı qaçar qansızın, anam,
Dur gəl
Qarabağa Dan üzü, anam!
Anam,
Qarabağın özüsən bəlkə,
Anam, o qələbə özünsən, bəlkə?
Hər kəsin
dünyada öz yeri varkən,
Sənin
kimi oğlu, qızları varkən,
Vətən
inanmıram, yenilsin, anam,
Dur gəl
Qarabağa Dan üzü, anam!
DƏDƏMİN
BORCU
Ay adam, dədəmin borcumu vardır,
Səni hər
görəndə gülüm üzünə,
Səni hər görəndə iki qatlanım.
Bir yandım yolunda, bəs etmədimi?
Yoxsa istəyirsən ikiqat yanım?!
Bu qoca
dünyada, bu suçxanada,
Biz yox, şirvan deyir sən bizə, itlər.
Gərək
deşik açım bu siçana da,
Var imiş dədəmin borcu, nə qədər?!
Bu
ömür deyilmiş... ey qəmi biqəm,
Borc
imiş bu gümüş mədənin adı...
Yanıb-
yaxılıram, baxıb görürəm,
Borc imiş deyəsən, dədəmin adı?!
Dur, məni
öp, deyir, bir adam indi,
Tapım bir kələfin ucunu gərək.
Ona da
ödəyəm, ona da indi,
Mən
gedib dədəmin borcunu gərək!
Dədəmin
nə qədər borcu var imiş,
Qurtarır... qurtarmır dədəmin borcu.
Yaman
usandırır hər dəfə məni,
Yaman
utandırır hər dəfə məni,
Utanmır...
utanmır dədəmin borcu!
Kiminsə
yükünü mən çəkməliyəm,
Qaçıb verməliyəm sədəqə- filan.
Kiminsə
yerini mən əkməliyəm,
Bəlkə çıxa bildim dədə borcundan?!
Məzarım
-bir ümman, məzarım- ada,
Mümkünmü
batmamaq...
Mümkünmü batmaq?!
Qarşıma
çıxacaq məzarımda da...
Sən
Allah, dədəmin borcuna bir bax!
VAXT
Gözəl,
gözəl baxtla gəldim dünyaya,
Haqqı sevdim, haqla gəldim dünyaya.
Sən gəldiyin
vaxtda gəldim dünyaya,
Mən
dünyaya başqa vaxtda gəlmərəm!
Qoyun bilib
qoyunlara qatalar,
Oyun bilib şeş-beş ilə atalar.
Yalvaralar,
öldürələr, tutalar,
Mən
dünyaya başqa vaxtda gəlmərəm!
“Get, təzədən
gətirərik”, deyələr,
“Yüz
yol kama yetirərik”, deyələr,
“Dalımıza
götürərik”, deyələr,
Mən
dünyaya başqa vaxtda gəlmərəm!
Bir arzum
var, Yaradan da bilibdi,
Yara qəlbdə, yara canda, bilibdi.
Yəqin
məni yaradanda bilibdi,
Mən
dünyaya başqa vaxtda gəlmərəm!
Mən
dediyim baxt bu baxtdı, baxt bu baxt,
Mən
dediyim haqq bu haqdı, haqq bu haqq!
Mən
dediyim vaxt bu vaxtdı, vaxt, bu vaxt,
Mən
dünyaya başqa vaxtda gəlmərəm!
TƏZƏLİK
Ürəkmi,
ölümdən qorxursa ürək,
Nə elə qorxuram, nə əsirəm mən.
Allah,
yaşamağa tələsirmiştək,
Torpağa
dönməyə tələsirəm mən!
Məni
yazıq etmə, yazığam Allah,
İstərəm ki, ömrüm ömrə calansın.
Torpağa
dönməyə hazıram Allah,
Torpaqdan
qoy yenə insan yaransın!
Gərəkdir
torpaqdan yaratdığının
Torpağa dönməyi çətin olmasın.
Ölüb,
qorxusundan qoy titrəməsin,
Özünü
yenməyi çətin olmasın!
Nə
vaxt desən ölüm, alma bu şansı,
Neynirəm
bu qorxaq gödəni, axı!
Mən
necə deyim ki, ömrüm uzansın,
Dünyaya
gələsi adam gecikir.
Kiminsə
ömrü gödəlir axı!
Bəndənəm
Allahım, ölməliyəm mən,
İnsanam, söyləyim doğrusun gərək.
İnsan
düzəltdiyin bir parça torpaq
Vaxtında
məzara qoyulsun gərək,
Vaxtında
məzarda yoğrulsun gərək!
...Bəlkə
üzə vurmur yorğunluğunu,
Bəlkə
də bilmirik...
Yorğundur
Allah?
Mən hər
gün ölürəm... torpaq oluram,
Hər gün təzə insan yoğurur Allah?!
KÖHNƏ
YOLÇU
Çəkib
sübh yelini ciyərlərimə,
Ürək harayacan getsə gedəcəm.
Sığınıb
haqqımın nəzərlərinə,
Ürək
harayacan getsə gedəcəm!
Mən
köhnə dərvişəm, köhnə yolçuyam,
Mən yolçu olmuşam, yenə yolçuyam.
Allah,
heç kimə yox, sənə yolçuyam,
Ürək
harayacan getsə gedəcəm!
Yol kimi
uzanıb mən yol uzunu,
Tapacam özümün mən yol-izimi.
Ürək
gedən yoldu yolun uzunu,
Ürək
harayacan getsə gedəcəm!
İnsan min illərdir nədən yerdədir?
Ruh uçur göylərdə... bədən yerdədir.
Cənnət
elə ürək gedən yerdədir,
Ürək
harayacan getsə gedəcəm!
Qüvvətim,
qüdrətim, taqətim ürək,
Dünyanın
özündən ta qədim ürək,
Mən
öz mətləbimə ta yetdim ürək,
Ürək
harayacan getsə gedəcəm!
BARLI
AĞAC
Barlı
ağaclar daşlanır,
Daş
atılan barlı ağac!
Qiyamət
günü başlanıb,
Daşaltıda...
barlı ağac!
Sənə
də qərib deyirlər,
Yiyəsi ölüb, deyirlər.
Meyvəni
yeyib, deyirlər:
“Daş atırlar, barlı ağac!”
Gərək
bir dastan yazım mən,
Hələ bir daş da gəzim mən.
Daha
yavaşca özümdən
Baş
açıram barlı ağac!
Sənə
necə daş atılar,
O daş
dönüb bir at olar,
Məni də
mindirib apar,
Daş
atınnan... barlı ağac!
Çox
divan tutarlar sənə,
Toxunar
xatalar sənə,
Qorxuram
atalar sənə,
Daş
atı da, barlı ağac!
Öz həddini
aşmayaydı,
Öz yolunu çaşmayaydı.
Düşmənləri
daşlayaydı,
Daş
atlılar barlı ağac!
Daş
atanı öyrədən çox,
Ürəyini
göynədən çox!
Ətəyindən
meyvədən çox,
Daş
tapıram barlı ağac!
Daha
samanı sevmirlər,
Daha
samanı neynirlər!
Daha suyu
yeridirlər,
Daş
altından barlı ağac!
Başın qeylü-qallı olur,
Daş səndən yığvallı olur.
Axır səndən
“barlı” olur,
Daş
xatirə... barlı ağac!
Nəfsim
baxmayır sözümə,
Durur
şeytantək üzümə!
Şeir
yazmıram... özümə
Daş
atıram barlı ağac!
lll
Bu
sınan ürəkdir, ay zalım oğlu,
Sanırsan araba oxumu sınır?!
Quran
Qurandı ki, onun da sözü,
Harda ki,
yalandan oxunur, sınır!
Mən qəmi
özümə yaxın bilirəm,
Bağban nələr çəkir, axı, bilirəm.
Hardasa
palıdın yəqin bilirəm,
Toxumu cücərmir... toxumu sınır?!
Tale
yandıranı söndürmək olmur,
Tale endirməzi endirmək olmur.
Şüşə
var, möhkəmdir, sındırmaq olmur,
İnsan
var, insana toxunub sınır!
ARAZ
KÜRƏ QOVUŞANDA
Baxın
su qovuşanda,
Araz Kürə yol verir.
Axıb
“Suqovuşan”da,
Araz Kürə yol verir.
Görmürsənsə
gör, onda,
Göz yumarmı görən də?
Yavaşıyır
görəndə,
Araz
Kürə yol verir!
Ay Allah,
qüdrətə bax,
Sevgi-məhəbbətə
bax!
Hörmətə-
izzətə bax,
Araz
Kürə yol verir!
Anlayıram
bir daha,
Arxalıdı Kür daha.
Qovuşduqca
hər dəfə,
Araz
Kürə yol verir!
Atını
çapıb, gəlib,
Qan-tərə batıb gəlib.
Bax,
Kürə çatıb, gəlib,
Araz
Kürə yol verir!
Demir sən
heç... gəlirəm,
Demir sən
qaç, gəlirəm.
Deyir, sən
keç, gəlirəm,
Araz
Kürə yol verir!
Axmır
yer almaq üçün,
Yanır kül olmaq üçün.
Axır
bir olmaq üçün,
Araz
Kürə yol verir!
SAZ
O Əvvəl
deyirlər, Axır deyirlər,
O
Axırım Sazdı, Əzəlim sazdı!
Ey məndən
qüdrətli əsər gözləyən,
Mənim ən
qüdrətli əsərim Sazdı!
Gözəllik
həyatda, gözəllik dildə,
Bundan yaxşı nəyi gəzərik eldə?
Elə
ilk kəlmə də, elə ilk dil də,
Elə
ilk yazı da yazalım, Sazdı!
Saztək
düşən yoxdu heç dərdə belə,
Susar, dinə
bilməz quşlar da belə!
Güzgü
görməmişəm heç harda belə,
Mənim
öz-özümə bənzərim Sazdı!
Allaha
inanır kimi elə bil,
Saza
inanıram, heç kimə deyil!
Düşdüyüm
azarlar vecimə deyil,
Azara
düşmüşəm... azarım sazdı!
Sazım
dindi, neyə döndü nə döndü,
Mətə
mindi, deyə, döndü, nə döndü!
Kərəm
“Kərəmi”yə döndü, nə döndü,
Sanki deyənəcən:
gözəlim Sazdı!
Görünməzin
özü, Görkün özü də,
Bəzzin, Əlincənin,
Ərkin özü də,
Türk
oğlu deyilən türkün özü də
Götür,
qələmini yaz görüm, Sazdı!
Barat,
mizrab vurub telə, mənimtək,
Çoxdu
sazı sevən belə, mənimtək!
Ölən
oğul istər, ölə mənimtək,
Çalan
oğul gərək, məzarım Sazdı!
VƏTƏN
ŞAİR
Vaqif Bəhmənlinin
60 yaşına
Bir
ananın döşlərindən
Halal süd əmdi, deyirlər.
Cənnətin
Kövsər çayından-
O ləl
sudandı, deyirlər.
Yolu- lələlər
çəkdiyi,
Dili- nalələr
kəkliyi,
Gülü-
lalələr əkdiyi,
Köhnə bağdandı, deyirlər.
Dərdimizi
nağıllayır,
Özünü çox mağıl sayır.
Ağlımızı
oğurlayır,
Qızlar
“Amandı!” - deyirlər.
Ürəyi
bircə qızdadı,
Ürəyi
bircə sözdədi,
Gör “Mənim nənəm sizdədi?”
Doqqaz hamandı, deyirlər.
Qarabağsız
qalan xalq var,
Vaqiflərsiz
ölən ah var!
Hələ
dünyadakı ahlar,
Həmin ahdandı, deyirlər.
Bəhmənlidən çıxıb nə vaxt?
30-40 il bundan qabaq!
Ürəyi
istəyir ancaq
Yenə o kəndi, deyirlər.
İnsandı,
adam-adamdı,
Göydəsi zədən-zədəndi.
Vətən
şairdi, Vətəndi,
Vaqif Bəhmənli!- deyirlər.
lll
Pərvanəsiz
ömrü-günü
Öldürsən də şam götürmür.
Vətən
üçün döyüşəndən,
Sarğını yaram götürmür.
Bax, fələk
etdiyi səhvə,
Yanırmı bir can-cələfə?
Yəqin
ki, heç bircə dəfə,
Əlinə “Quran” götürmür.
Dərdi
sevinsə öyünər,
Artıb, öyünsə sevinər.
Artıq
döyünsə dayanar,
Ürəyim haram götürmür!
Barat VÜSAL
525-ci qəzet.- 2015.- 7 noyabr.- S.27