Çin - qədim sivilizasiya və müasir möcüzələr ölkəsi

 

 

 

(Əvvəli ötən şənbə sayımızda)

 

Maoist ideyaların inkişafı

 

Çan Kayşinin siyasi ideyaları bütünlüklə “Çinin taleyi” (1943-cü il) əsərində ifadə edilmişdir. Çanın şəraiti Sun Yatseninkindən fərqli idi. Birincisi, Yaponiyanın təhlükəsi ilə üz-üzə gəldikdə milli birliyin bəzi ölçülərinə nail olunmuşdu. İkincisi isə, millətçilər artıq kommunistlərlə ittifaqda deyildilər. Çan Kayşiyə görə Çinin bədbəxtlikləri qeyri-bərabər müqavilələrlə başlandı. “Çinin iqtisadi və siyasi hakimiyyəti bütünlüklə əcnəbilərin əlinə düşdü və dövlətin həyatverici qanı kəsildi”.

 

Mao Tszedun partiya rəhbərliyindəki xarakterik siyasi ideyaları qeyri-stabil və qarışıq şəraitə təsadüf etdi. 1926-cı ildə özünün “Çin cəmiyyəti siniflərinin analizi” essesində Mao soruşurdu: “Sənin düşmənlərin kimdir? Sənin dostların kimdir?” Təməl səbəb ondan ibarətdir ki, Çindəki bütün əvvəlki inqilabi mübarizlərin belə az şeyə nail olması, real düşüncələrə hücum etmək üçün real dostların birləşməsində onların uğursuzluğu olmuşdu”. Digər bütün siniflər prinsipial müttəfiqlər idi. Mao proletariatın liderliyinin əhəmiyyətinə məhəl qoymurdu. O, təkcə potensial kəndli üsyanının gücü barədə təkid etmirdi, həm də onun səmərəliliyini qeyd edirdi. Mao təkid edirdi ki, siyasi hakimiyyətin ələ keçirilməsi fundamental əhəmiyyətə malikdir.

 

Kommunist siyasi təsirinin yayılması heç də asan məsələ deyildi. Kommunistlərin başçılıq etdiyi zonalar tədricən böyüyürdü. Kommunistlərin təsirinin inkişafının açarı torpaq islahatı üzərində mərkəzləşmiş sosial siyasət idi. Çində böyük torpaq islahatı kommunistlər hakimiyyətə gələndən sonra, 1947-ci illə 1953-cü il arasında başlandı.

 

Maonun praqmatik tədbirləri onun iki - “Praktika barədə” (1937-ci il) və “Ziddiyyət barədə” (1937-ci il) esselərində öz ifadəsini tapmışdır. Onlarda spesifik və praktiki problemlər vurğulanırdı. “Praktika barədə” əsəri mücərrəd intellektual doqmaya hücum etməyə kömək edirdi. “Ziddiyyət barədə” əsərində isə Çin şəraitlərinin Sovet şəraitlərindən fərqli olduğunu qəbul edə bilməyənlərə hücum olunurdu. Maonun və onun qüvvələrinin mübarizə tarixində 1930-cu ildə cənubdan qaçıb, Kiansi Sovet zonasında özlərinə baş baza yaratması xüsusi yer tutur. Ancaq bu baza kasıb və geridə qalmış idi. Bu dağlıq ərazidə təcrübə aparmaq da çətin idi.

 

Maonun siyasi ideyaları onun “Yeni demokratiya barədə” əsərində (1940-cı il) cəmlənmişdi, burada Yaponiyanın məğlubiyyətindən sonra Çn üçün siyasi və iqtisadi təşkilatlanma təklif edilirdi. Mao “qeyri-antoqonist ziddiyyətlər”in ruhunu qiymətləndirdiyindən, kənd təsərrüfatını və biznesi 1957-ci ildə uğurlu qaydada sosialistləşdirdikdən sonra inkişaf etdirməli idi. 1942-ci ildə isə o, “yaxşı qoşunlar və sadə inzibatçılıq” adlı yeni şüarını irəli sürmüşdü.

 

Çində kommunistlərin qələbəsi inqilabçıları hakimiyyətə gətirməklə, ölkənin fundamental dəyişikliklərə məruz qoydu. Çin Xalq Respublikası yaranmamışdan bir ay əvvəl yeni liderlər elan etdilər ki, onların ilk bir neçə addımı modernizasiyaya xidmət edəcəkdir. Uduzanların əhval-ruhiyyəsi, bu vaxt onlar döyüşdən sonra Tayvan adasına qaçmışdılar, qaliblərin əhval-ruhiyyəsi ilə kəskin kontrast təşkil edirdi. Millətçi qüvvələrin qalıqları 8 dekabr 1949-cu ildən sonra Tayvandakı Tatbeydə rəsmi olaraq fəaliyyət göstərirdi.

 

Kommunist partiyası Xalq Respublikası elan edəndə çinlilərin əksəriyyəti başa düşdü ki, yeni liderlər sənayeləşmə ilə məşğul olacaqdır. Kommunist siyasi sisteminin ən başlıca məqsədi Çini böyük dövlət statusuna qaldırmaq idi. Ona görə də kommunist siyasətinin “cazibə mərkəzi” kənd yerindən şəhərə dəyişildi. Lakin Mao israr edirdi ki, kəndli mübarizəsində ərimiş inqilabi baxış partiyanı idarə etməkdə davam edəcəkdir.

 

Sədr Mao Tszedun 1949-cu ildəki bir sıra çıxışlarında bəyan etdi ki, onun məqsədi sosialist cəmiyyəti və müəyyən şəraitlərdə kommunizm dünyası yaratmaqdır.

 

İlk dövrlərdə iqtisadi və sosial proqramlar stabilliyi bərpa etdi və müharibədən əvvəlki istehsal səviyyəsi və planlar faktiki olaraq, bütün sahələrdə hərəkətə gətirildi. 1950-ci ilin oktyabrında Xalq Azadlıq Ordusunun qoşunları Çin Xalq Könüllüləri adlanmaqla Koreya müharibəsinə girib, Birləşmiş Millətlər Təşkilatının qüvvələrinə qarşı vuruşdular. 1953-cü ilin iyulunda müharibə başa çatanda Çin döyüş diviziyalarının təqribən üçdə ikisi Koreyada xidmət edirdi. Digər problemlərə gəldikdə, tibetliləri güc vasitəsi ilə tabe etmək üçün 1959-cu ildə orada üsyan provakasiyası yaradıldı.

 

1949-1952-ci illərdəki dövr Çində Sovet təsirinin dəyişilməsi ilə əlamətdar oldu. 1949-cu ilin dekabrında Mao Moskvaya səfər etdi və 1950-ci ilin fevralında Dostluq, Müttəfiqlik və Qarşılıqlı kömək barədə müqavilə imzalandı. Bir neçə il sonra isə çinlilər Moskvanı adekvat kömək göstərməməkdə ittiham etdilər və BMT qüvvələri ilə Koreyadakı müharibədə Sovetlər onları tək qoydular. Çinə kömək sahəsində Sovetlərin buna hazır olması məsələsinə də artıq şübhə toxumu səpilmişdi.

 

Çin iqtisadiyyatının qabarması və çəkilməsi

 

1953-1957-ci illərdəki birinci beşillik planla Çinin sürətli sənayeləşməsi başlandı. Torpaq islahatı da artıq həyata keçirilirdi. 1953-cü ildən kooperativlər adlanan kiçik kollektivlər yaranmağa başladı. Torpaq kəndlilər arasında bölünürdü. İrəli çıxmış formalardan biri Sovet kolxozu modelində idi. Sosializm sürətli qaydada kənd təsərrüfatının kollektivləşməsinə, sənayenin və kommersiyanın milliləşdirilməsinə nail olurdu.

 

Ziyalılığa qarşı siyasət də birinci növbədə dəyişildi. 1949-cu ildən sonra, xüsusən Koreya müharibəsinin ilk illəri ərzində Mərkəzi Komitə müəllimlərə və alimlərə yenidən təhsil vermək kimi böyük kampaniyaya başladı. Partiya liderləri intellektualların yolunu açıq şəkildə müzakirə edirdi və bu xətti qəbul etdi ki, “Qoy yüz gül çiçək açsın, yüz fikir məktəbi mübarizə aparsın”.

 

Mao ziyalılara partiyanı və hökuməti tənqid etməyə həvəsləndirməklə, onların arasındakı təhlükəli elementlərə tələ qururdu. Liderlərin qiymətləndirmədiyi tənqidə öz reaksiyasını səmərələşdirmək üçün alternativ baxışı tələ metaforası kimi istifadə edirdi.

 

Çinin xarici siyasəti, 1953-cü illə 1957-ci il arasındakı uğurlar və daxili siyasət proqramı böyük etibar qazanırdı. Koreya müharibəsinin sonundan Çin iqtisadiyyatı özünün uzun müddətli transformasiyasına başladı və hərbi qüvvələr daha yararlı olmaq üçün yenidən təşkil edildi. Bu dəyişikliklər xarici, xüsusən Sovet sənayeləşmə modeli əsasında gedirdi. Xarici siyasətin əsl açarı daxili inkişaf olduğundan və Koreya müharibəsi ərzində bir sıra mühüm dərslər mənimsənildiyindən Pekinin xarici işlərə yönələn hərbi və izolyanist siyasəti zəifləməyə başladı. 1954-cü ildəki Hind-Çin konfransında Çin barışdırıcı rol tutdu və öz xarici əlaqələrini normallaşdırmağa çalışdı. Baş nazir Çjou Enlay 1955-ci ilin aprelində İndoneziyanın Bandunq şəhərində keçirilən Asiya-Afrika ölkələri konfransında Çinin daha aktiv olan diplomatik rolunu rəmzləndirirdi. Onun “hamı ilə birlik” şüarı dinc yanaşı yaşamaq xəttinə uyğun idi. Bu “Bandunq xətti” onunla xarakterizə olunurdu ki, Çjou dedikdə ki, Bandunq nümayəndələrinin hökumətləri, Birləşmiş Ştatlar da daxil olmaqla bütün ölkələrlə normal əlaqələrə nail olmağa tam hazırdırlar, bu sözlər bütün dünyanın geniş diqqətinə səbəb oldu. Bu təşəbbüsün nəticəsi kimi Çinlə Amerika Birləşmiş Ştatları arasında səfirliklər açmaq barədə Cenevrədə danışıqlar başlandı.

 

1956-cı ildə Sovet İttifaqı Kommunist Partiyasının XX qurultayında partiya Mərkəzi Komitəsinin birinci katibi Nikita Xruşşov destalinləşmə siyasətini elan etdi, Stalinin şəxsiyyətinə pərəstişini və 30-cu illərdə aparılan geniş repressiyaları şiddətli tənqidə məruz qoydu. Çinlilər bir daha Sovet İttifaqına tərəf meyl etmək barədəki niyyətlərini elan etdilər. Pekin 1957-ci ildə nüvə silahlarını istehsal etmək üçün Moskvanın onu informasiya və materiallarla təmin edəcəyi barədə vədini ala bildi.

 

Yeni siyasət 1957-ci ilin noyabrında Maonun Moskva səfəri vaxtı “Şərq küləyi Qərb küləyinə üstün gəlir” bəyanatının arxasınca gedə bilərdi. Bu, hərbi mübarizəyə qayıtmaq mənasını verirdi.

 

1958-ci ildə Çində “üç qırmızı bayraq” siyasəti elan edildi - bunların xətti sosializmin qurulması, Böyük Sıçrayış və kənd adamlarının kommunasının yaradılması idi. Sovet inkişaf strategiyasına artan dözümsüzlük meydana çıxdı, çünki güman edilirdi ki, Sovetlərin iqtisadi və hərbi köməyi nəticədə Çinin müstəqilliyinin eroziyasına gətirib çıxara bilər. Məsələ belə qoyulurdu: ya modernləşmə Qərb yolu ilə Çini sosializmə aparacaqdır, ya da ölkə nəsə unikal bir çinli olana çevriləcəkdir.

 

Kampaniyalarda kütlənin iştirakı proqramların öyrənilməsi, “sinfi düşməni” məlum etmək üçün “acı danışma” iclasları artıq Çin mənzərəsinin bir xüsusiyyəti olmaqla, Böyük Sıçrayış etmək illəri ərzində aparıcı həyat yoluna çevrilmişdi. Ölkə liderliyi yenidən öz inamını kəndlilərə arxalanmağa keçirdi və kənd təsərrüfatının inkişafına prioritetlilik verildi. Mao şəhərdə inqilabi dəyərlərin eroziyasına daim fəal müqavimət göstərməyə başladı. Kənd adamlarının kommunası nəzərdə tutulan səmərəli sosial dəyişikliklər üçün alətə çevrildi. 1959-1960-cı illərdə 1000 şəhər kommunası yaradıldı, kommuna hərəkatı mahiyyətcə kənd qaydalarına əsaslanırdı. Kommunalar ilk öncə yaradıldıqda köhnə dəbli kommersiyanı və sosial nümunələri ləğv edəcəkdi.

 

1961-1965-ci illər artıq əvvəlki üç ilə bənzəmirdi. Reallıq göstərirdi ki, Çinin hərbçilərin və təhlükəsizlik orqanı işçilərinin rolu artmışdır. Partiyaya qəbul qaydaları sərtləşmişdi. Bu vaxt ordu yeni müdafiə naziri Lin Byaonun başçılığı altında öz sıralarında dissidentlərə qarşı “təmizləmə” hərəkatına başladı. Mao “ikinci xətti” hərəkətə gətirdi, bu, “partiyanın və dövlətin istiqamətlənməsi, siyasət məsələlərinə diqqəti artırmaq” idi. “Birinci xətt” inzibatçılığı 1959-cu ildə Çin Xalq Respublikasının sədrliyini ələ keçirmiş Lü Şaotsiyə qarşı idi.

 

Mədəni inqilab ərzində edilən açıqlamalar həmçinin nəzərdə tuturdu ki, Maoya və onun proqramlarına müxalifət böyümüşdür. Hərəkat tezliklə kənd yerlərində ağalıq edirdi və partiya sıralarını təmizləmək cəhdlərində böyük effektə malik oldu. Maonun ideyalarını öyrənməyə ehtiyac olduğu barədə və inqilabi mübarizənin şərəfinə çağırış vurğulanırdı. Pekinin başlıca hədəfi Moskva idi. 1962-ci ildəki Kubadakı Sovet-amerikan böhranı Çin-Hindistan mübarizəsi ilə üst-üstə düşdü və bu, çinliləri inandırdı ki, Sovetlər “təslimçilərdir”. Pekinlə Moskva arasında polemika gücləndi. Çinlilər “özünə güvənməyə” keçdilər. Çin ordusu çinlilərin siyasi həyatında hətta daha böyük bir yer tutdu.

 

Mədəni islahatlar adı altında mədəni inqilab 1966-cı ildə başlandı. Mayın 7-də Mao mədəni və təhsil işlərində ordunun məsuliyyət daşıdığını məlum qaydada bildirdi və millət üçün ordunun “böyük məktəb” olduğu barədəki ideyanı irəli sürdü.

 

Avqustun 5-də Mao özünün “Qərargahı bombalamaq” şüarını elan etdi. Mərkəzi Komitənin daxilində Mao və Lin Byao dəstək qazanmağa başladılar. Lü Şaotsi və başqaları tənqidə tabe oldular və Maoya loyallıq bəyanatı verməklə tövbə etdilər.

 

1968-ci ilin oktyabrından sonra Mao inqilabiliklə üzləşməyin sonu kimi yeni fazanın başlanması siqnalını verdi. Çin xarici işlər naziri Birləşmiş Ştatlarla dinc yanaşı yaşamağa əsaslanan müqavilə bağlamağı təklif etdi. Sovet İttifaqı ilə isə 1969-cu ildə sərhəd münaqişəsi kimi kiçik Ussuri insidenti baş verdi.

 

Yeni partiya nizamnaməsində Mao lider kimi adlandı, Lin Byao isə ikinci şəxs olmaqla varis kimi seçildi. Maonun şəxsiyyətinə pərəstiş “kiçik qırmızı kitablar” atmosferində qızışdırıldı, onun şərəfinə kütləvi miqyasda cürbəcür təbliğat vasitələri buraxıldı. Lakin Maonun siyasi nailiyyəti birinci növbədə onun şəxsiyyətinə və xarizmatik hakimiyyətinə əsaslanırdı. Linin yerini tutmaq üçün isə baş nazir Çjou Enlay sonrakı nömrə mövqeyinə keçdi.

 

1971-ci ilin iyulunda Birləşmiş Ştatlarla pinq-ponq (stolüstü tennis) diplomatiyasında ən dramatik hadisə baş verdi. Prezident Riçard Nikson 1972-ci ilin fevralında Pekinə səkkiz günlük səfər etdi. Nikson və baş nazir Çjou Enlay mədəni əlaqələr və ticarət sahəsində dəyişikliklər baş verməsinə aparan sazişin imzalana cağını və qarşılıqlı əlaqələrin müəyyən şəraitlərdə normallaşdırılacağını elan etdilər. Mao Niksonu qəbul etdi.

 

(Ardı var)

Telman Orucov

525-ci qəzet.- 2015.- 7 noyabr.- S.26