Çox hörmətli prof. dr. sayın Sedat Karademir! - Açıq məktub

 

 

Allah, bu dünyanı necə yaratdın,

Ömrün yarısında yarımcan qaldım.

Yaşamaq beləmi matah oldu ki,

Öz ciyərparəmdən ciyər pay aldım.

 

                                              Bəhruz

 

Prof. Dr. Sedat Karademir

 

1962 yılında İzmir'de doğdu. 1979'da Tarsus Amerikan Lisesi'nden mezun oldu. Ege Üniversitesi Tıp Fakültesi'ni 1985'de tamamladı. 1987'de İzmir Atatürk Eğitim Hastanesi'nde başladığı Genel Cerrahi ihtisasını 1992'de bitirerek uzman oldu.

 

1991-1992 yılları arasında UCLA (University of California, Los-Angeles, USA) Karaciğer Transplantasyon Programındamisafir araştırma öğrencisiolarak çalıştı. 1992-1994 yılları arasında İzmir Atatürk Eğitim Hastanesinde Genel Cerrahi Başasistanı olarak görev yaptı. 1994 yılında Rush-Presbyterian St. Lukes's Tıp Merkezi (Chicago, USA) Transplantasyon Cerrahisi bölümüneKlinik Fellow” olarak kabul edildi ve Haziran 1997'de transplantasyon eğitimini tamamladı. Kasım 1997'de Türkiye'ye dönerek Dokuz Eylül Tıp Fakültesi (DEÜTF) Genel Cerrahi Anabilim Dalında öğretim üyesi olarak göreve başladı. DEÜTF Karaciğer Transplantasyonu Programında, Prof. Astarcıoğlu ile birlikte 462 karaciğer nakli gerçekleştirdi. Ekibi ile birlikte, Türkiye'de ilk erişkin canlı vericiden sağ karaciğer naklini gerçekleştirdi. 2000 yılında Doçent, 2006 yılında Profesör oldu. 2008-2010 yılları arasında DEÜ Hemodiyaliz ve Transplantasyon Enstitüsü Müdürlüğü görevini sürdürdü. 2012 yılında Özel Ankara Güven Hastanesi Karaciğer-Pankreas ve Safra Yolları Cerrahisi ve Transplantasyon Merkezi Direktörü oldu. Bugüne kadar %70'i canlı vericiden olmak üzere 1000'nin üzerinde karaciğer ve böbrek transplantasyonu gerçekleştirdi. Ankara Güven Hastanesi'nde yürüttüğü Transplantasyon Programı 2014 yılında Avrupa Karaciğer Nakli Veritabanına (ELTR) kabul edildi ve üyesi oldu. Ulusal ve Uluslararası dergilerde yayımlanan 72 bilimsel makalesi ve alanında birçok konferans ve kongrede sunumları mevcuttur. Temel ilgi alanları, Canlıdan ve Kadavradan Karaciğer ve Böbrek Transplantasyonu, Karaciğer-Pankreas ve Safra Yollarının cerrahi hastalıklarıdır.

 

Evli ve 2 çocuk babasıdır.

 

Çağdaş inkişaf etmiş dünya tibbinin zirvəsi sayılan orqan nəqli, özəlliklə canlı qaraciyər böyrək köçürülməsi (transferi) sahəsində sizin qazandığınız böyük uğurlar dünyada tanınır təqdir edilir. Bu üzdən ABŞ, İsrail, Almaniya tibb sahəsində yüksək inkişafa malik digər Avropa dünya ölkələri vətəndaşlarının Türkiyə Cümhuriyyətinə, sizin çalışdığınız  Ankara Güven Xəstəxanasına, özəlliklə sizə müraciət etməsi heç təsadüfi deyil belə istedadlı, başarılı, dünyanın qəbul etdiyi ustad bir cərrahın məhz türk olması ayrıca qürur doğurur.

 

Sayın Sedat bəy!

 

Türkiyədə ilk dəfə olaraq canlı vericidən (donordan) qaraciyər transferini (köçürülməsi əməliyyatını) takımınızla birgə siz gerçəkləşdirmisiniz.

 

İstər xarici ölkələrdə, istərsə Türkiyədə çalışdığınız müddətdə mindən çox insana yeni həyat bəxş etmisiniz. Onların duası həmişə sizin həyat yolunuza işıq salacaq. Olduqca duyumlu, həssas mübariz xarakterə malik, dünyagörmüş Atam Bəhruz Axundovun da geniş çevrəyə, çoxlu təkliflərə rəğmən öz həyatını, taleyini məhz sizə əmanət etibar etməsinə Böyük Allahın qismətindən başqa, həm sizin bacarıqlı, yüksək istedadlı professional bir cərrah olmağınız, şəfalı əlləriniz, gözəl qəlbiniz böyük insanlığınız səbəb olmuşdur.

 

Vəziyyətin qədər kritik olduğunu hamımız yaxşı bilirdik. İnsan bədənini idarə edən ən vacib orqan olan qaraciyər nəinki fəaliyyətini dayandırmış, hətta digər həyati orqanlara belə öz mənfi təsirini göstərməyə başlamışdı. Ölüm təhlükəsi hər an gerçəkləşə bilərdi bunu hər kəsdən çox öz bədənində hiss edən Atam sevimli doktor siz hamıdan yaxşı bilirdiniz.

 

Son vaxtlar söhbətlərində bizə ölümün doğum kimi təbii bir həyat hadisəsi olduğunu onun hər kəs tərəfindən normal qəbul olunmasının vacibliyini təqlid edən təmkinli, lakin mübariz xarakterli Atamın, hətta sizin belə həyəcan keçirdiyinizi bilə-bilə əməliyyat otağına aparılarkən son anda belə qapının önündə dimdik dayanaraq ağarmış bənizlərini yaş boğan gözlərini gizlətməyə çalışan qardaşlarıma anama gülümsəyərək: “Belə şax, mərd dayanın. Doktorun əllərinə dua edin, inşallah tezliklə görüşərikdeyərək əlini yellətməsi mətanət cəsarətindən başqa, həm sizə olan güvəncindən etibarından irəli gəlirdi.

 

İstər əməliyyata hazırlıq, istərsə əməliyyatdan sonrakı müalicə-bərpa dövründə bizimlə bir ailə üzvü qədər doğma ünsiyyətiniz, AtamaBehruz abideyə müraciət etməyinizin içinizdən gəldiyini göstərirdi.

 

Əməliyyat zamanı isə Siz nəfəsinizi nəfəsimizə qatmış, qəlbinizin döyüntüsünü bizimlə paylaşmış, öz həyatınızdan sanki bizim həyatımıza pay qatmısınız. Məncə, sizin möcüzəli əllərinizdən şəfa almış mindən çox insan da eyni duyğuları paylaşır.

 

Mən əməliyyatdan sonra ən müasir texnologiya ilə təchiz olunmuş   xüsusi reanimasiya (yoğum bakım) şöbəsində gözlərimi açıb “A...t...a! A...t...a”, - deyə kəkələyəndə siz əllərinizdə tutduğunuz əlimi astaca sıxaraq: “Konuşma, kızım, rahat ol. Allaha şükürlər olsun baban da artıq uyanmış, hatta makinadan belə ayrılmış, sapsağlamdır. Her şey beklediyimizdən de güzel oldu. Az sonra sizi görüşdürəcəm”, - deməklə bütün dünyanı mənə bağışladınız. Sonra sevincdən parlayan gözlərinizi narkozun təsirindən zorla açdığım gözlərimə dikərək: “Maşallah, Behruz abinin bedeni demirdenmiş”, - dediniz. Yaş tampunla dodaqlarımı silə-silə yanınızdakı çoxlu sayda (yəqin, assistentləriniz idi) həmkarlarınıza “Ben bunca tecrübeme ramen böyle mücizeli ameliyyat görmedim”, - sözlərinizi mən xoşbəxt duyğularla gözüyumulu halda  zorla eşitdim.

 

Sonradan öyrəndik ki, əməliyyat, doğrudan da, çox uğurlu, sizin təbirinizlə desək, “çok başarılıkeçmişdi. Müasir təbabətdə ən çətin mürəkkəb əməliyyat olan, ən yaxşı halda    12 saat, normalda isə 14-15, bəzən isə 16, hətta 18 saat çəkən canlı qaraciyər transferi (nəqli) əməliyyatının, hətta bu ağır əməliyyat içərisində əlavə olaraq məndə atamda daha bir əməliyyatın gerçəkləşdirilməsinə rəğmən cəmi 8 saata başa çatdırılması heç bir problemin, hətta kiçik qanamaların belə baş verməməsi, əlavə qan köçürməyə ehtiyacın olmaması s. möcüzə deyil, bəs nədir?!

 

Amma sayın Sedat bəy, hamımız bilirik ki, orqanizm dəmirdən deyil, daşdan belə olsa, mənfur xəstəliklər onu asanlıqla zəiflədib çürüdür və ölümə təslim edir. Yəni bu möcüzə Atamın mübariz, iradəli, bədəninin möhkəm olmasından deyil (əlbəttə, bu da mühüm şərtdir), sizin istedadınız, şəfalı əlləriniz, əməliyyatı yüksək professionallıqla doğru və dəqiq həyata keçirməyiniz və bütün bunların hamısını içinizdən gələn insani məhəbbətlə, necə deyərlər, can-dildən etməyiniz sayəsində baş vermişdir.

 

Sayın Professor!

 

Sevimli Sedat hoca!

 

Allahın sizə bəxş etdiyi qüdrət şəxsi istedadınız sayəsində həyatımızın anlamı, bizim üçün Tanrı bərabəri olan Atamıza yeni həyat verdiniz. Bunun üçün bütün ailəmizin adından sizə sizin şəxsinizdə bütün takımınıza, eləcə adının mənasını doğruldan dünyanın ən güvənli xəstəxanalarından biri olan Ankara Güven Xəstəxanasına böyük təşəkkürümü sonsuz minnətdarlığımı bildirirəm.

 

Allah sizi qorusun!

 

Bu əməliyyata bir donor kimi mənim kiçik bir katkım olduğu üçün özümü dünyanın ən şanslı, qürurlu xoşbəxt övladı hiss edirəm.

 

Böyük hörmət sevgiylə

 

Dr. Pərvanə Axundova (Əliyeva)

Bakı, Azərbaycan, 05.11.2015

525-ci qəzet.- 2015.- 7 noyabr.- S.21