“Yazılan və deyilən qalar

 

 

Rusiya şərqşünaslığında Azərbaycan məktəbi (XIX əsrin birinci yarısı)

 

(Vilayat Guliyev. The Azerbaijani school in Russian Orientalism. (The first half of 19th century). Printed by Robinco (Budapest) Hungary, p.352. Director: Peter Kecskemethy)

 

Tarix göstərir ki, inkişaf etmiş intellektə malik insanlar dünyanın hansı ölkəsində hansı vəziyyətdə çalışmalarından asılı olmayaraq, öz biliklərini reallaşdırmağa imkan tapır öz missiyalarını yerinə yetirirlər. Əslində qəbul olunmuş bəzi qaydalara baxmayaraq, buna vaxt amili, işin azlığı-çoxluğu, , qəribə səslənsə , fiziki durum mane ola bilməz.

 

Əslində daxili aləmində əsl istedadın məskən saldığı insanların bir saatda, bir gündə yerinə yetirdikləri işin araşdırılması uzun illər elmi yaradıcı işlə məşğul olmuş təcrübəli tədqiqatçıya bir aya, bəzən isə bir ilə başa gəlir. Bunu müxtəlif sahələrdə öz bacarığını sınayanlar, elm “azarkeşləriyaxşı dərk edir layiqincə qiymətləndirirlər. Dahi siyasətçi, müasir Azərbaycan dövlətinin banisi, öz məntiqi siyasi uzaqgörənliyi ilə hər kəsi heyrətləndirən Heydər Əliyevlə beş il çiyin-çiyinə xarici işlər naziri işləmiş Vilayət Quliyev bacarıqlı diplomat olmaqla yanaşı, həm ağırçəkili ədəbiyyatçı alim, yüksək insani keyfiyyətlərə malik ziyalı kimi tanınır. O, hələ Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunda müdir müavini işləyərkən elmlər doktoru, professor kimi cəmiyyətdə böyük nüfuz qazanmışdır. Onun qələminin intellektinin gücünə hər kəs yaxşı bələd idi. Mürəkkəb siyasi-iqtisadi proseslərin cərəyan etdiyi dövrdə xarici işlər naziri kimi mühüm bir dövlət postuna da elə siyasətçi-alim qüdrətli qələm sahibi kimi gətirilmişdir. Nazir vəzifəsində çalışdığı illərdə elmə vaxt ayırar, bildiyimə görə, gecələr elmi axtarışlarla, təhlillərlə məşğul olardı.

 

Vilayət müəllimin yaradıcılıq qabiliyyəti ilə ilk dəfəMuhəmməd peyğəmbərin həyatıkitabını tərcümə tərtib etdiyi vaxt tanış olmuşam. 50-60 səhifəni bir gecəyə yüksək səviyyədə tərcümə etməyin demək olduğunu tərcüməçi alimlərimiz yaxşı bilirlər. Üstəlik, söhbət adi əsərdən deyil, peyğəmbərin həyatından bəhs edən kitabdan gedir. Belə kitabın tərcümə tərtibatı müəllifdən geniş bilik dəqiqlik tələb edir. Çox qısa bir müddətdə - cəmi bir neçə ay ərzində 700 səhifəlikMuhəmməd peyğəmbərin həyatıadlı kitab artıq nəşrə hazır idi. Kitabın redaktoru ön sözün müəllifi mən olduğumdan onun yüksək keyfiyyəti ilə yaxından tanışam. Ərsəyə gətirilmiş bu təkcə tərcüməçilik bacarığı deyil, həm yaradıcı bir baxış, yenilik, müasirlik, kitaba əlavə etmədən şərhlər vasitəsilə öz fikrini məharətlə çatdırmaq qabiliyyəti tələb edirdi.

 

Vilayət müəllimlə o vaxtdan başlanan yaxın tanışlığımız sonradan məni onun yaradıcılığınınazarkeş”inə çevirdi. Artıq Vilayət müəllimin unudulmuş,  yaddan çıxmış, xüsusilə yeni nəslin tanımadığı məşhur azərbaycanlılar haqqında çox incə təfsilatlarla yazdığı əsərlər mənim ən çox oxuduğum kitablar siyahısına daxil olmağa başladı.

 

Ümumiyyətlə, Rus şərqşünaslığında Azərbaycan məktəbi cərəyanı 2002-ci ildən - rus dilində nəşr edildiyi dövrdən mənim diqqətimi cəlb etməyə başlayıb. O zaman Azərbaycanın bir çox bilikli, bacarıqlı, xüsusi intellekt sahibi olan alimləri, xüsusilə də ədəbiyyatşünaslar RusiyaAvropa vasitəsilə dünya arenasına çıxmağa nail olmuşdular. Bu, asan bir deyildi. Milli ənənələr, mentalitet üzərində köklənmiş Azərbaycan alimlərinin rusAvropa mədəniyyətinə daxil olması, onların nəinki bu güclü alimlər dəstəsinin üzvü, hətta aparıcı qüvvəsi kimi qəbul olunmaları o dövr üçün böyük möcüzə idi. Son nəticədə Çar Rusiyasının ən uzaq əyalətlərindən biri olan Cənubi Qafqazdan, Azərbaycandan uzun keşməkeşli yollar qət etmiş həmyerlilərimiz Mir Cəfər Topçubaşov, A. K. Mirzə Kazımbəy kimi nəhənglərin qarşısını alacaq maneələr tapılmadı və onlar Rusiya şərqşünaslığının əsasını qoyan ilk alimlərdən oldular. Kitabın mündəricatından bir neçə başlığı qeyd etmək bu kitabın nə dərəcədə samballı olduğuna qiymət vermək üçün kifayətdir. M.C.Topçubaşov Rusiyanın elmimaarifçilik mühitində Azərbaycan filoloji fikrinin ilk nümayəndəsidir”, “M.C.TopçubaşovPeterburq Universiteti”, “Mirzə Kazımbəy Kazan şərqşünaslıq məktəbinin banisi kimi, “Mirzə Kazımbəyin Sankt-Peterburqda Şərq dilləri fakültəsinin yaradılmasında rolu” və s. başlıqlar altında görkəmli alimlərimizin yaradıcılığı haqda toplanmış dəyərli məlumatları oxuduqca insanda adıçəkilən kitabın ədəbi-ictimai fikir tarixinin öyrənilməsində müsbət rol oynayacağına heç bir şübhə qalmır.

 

Sözügedən kitabda XIX əsrin birinci yarısında başlayan bu prosesin gedişatını böyük məharətlə təsvir edən Vilayət Quliyev dünya dövlətlərinin arxivlərində tapdığı məlumatları məharətlə muncuğa düzmüş və həmyerlilərimizin yaddaqalan portretlərini yaratmışdır. Müəllif yalnız Azərbaycan və rusdilli oxucularla kifayətlənməyərək bu vacib ədəbi, tarixi, fəlsəfi aspekt daşıyan kitabı dünya oxucularına ingilis dilində təqdim etmək niyyətini reallaşdırmış və kitabı nəfis şəkildə ingilis dilində nəşr etdirmişdir. Əlbəttə ki, bu, alimin öz vətənpərvərlik borcuna xüsusi qayğı ilə yanaşmasından xəbər verir. “Yazılan və deyilən qalır” atalar sözünün mahiyyətini bu kitab vasitəsilə bir daha sübuta yetirir.

 

Azərbaycandan kənarda yaşayan məşhur azərbaycanlıların həyat və yaradıcılığını tədqiq edib, öyrəndiklərini bizə və digər millətlərə təqdim etmək Vilayət Quliyevin hər zaman “zəif” cəhəti, hobbisi olub. Bu işin öhdəsindən məharətlə gələn müəllif səfir kimi çalışdığı ölkələrdə - əvvəllər Polşada, sonradan Macarıstanda oranın siyasi, ədəbi və mədəni tarixini araşdırmış, polyakmacar xalqlarının ədəbiyyatının Azərbaycan və azərbaycanlılarla əlaqələrini öyrənib adi insanlar üçün mətin özüllü cığırlar açmağa çalışmış və bu missiyanın öhdəsindən layiqincə gəlmişdir. Nəticədə ölkələrimiz yalnız siyasi müstəvidə deyil, eyni zamanda xalqlar, adi vətəndaşlar səviyyəsində möhkəm əlaqələr formalaşmışdır. Vilayət müəllim bu xeyirxah əməlini bu günün özündə də Macarıstan Respublikasında davam etdirir.

 

Mən bir oxucu kimi Vilayət Quliyevi alqışlayır, ona yaradıcılıq uğurları arzulayır, nəşr etdirdiyi bu yeni kitabın xaricdə geniş oxucu kütləsi qazanmasını istəyir və inanıram ki, bu, Vilayət Quliyevin gələcəkdə növbəti gözəl əsərlər ərsəyə gətirməsinə, xalqa layiqincə xidmət göstərməsinə yeni təkan verəcək.

 

 

Rafiq Əliyev

 525-ci qəzet.- 2015.- 7 noyabr.- S.20