İKİ ŞEİR
1. “İsinib hər iki üzü balışın...”
İsinib
hər iki üzü balışın,
Bu da ikinci şam, əriyib sönür.
Qarğa
qarıltısı çöldən
qarışır,
Otaqda sükuta
dolur, gömülür.
Yata bilməmişəm bütün
gecəni,
Gec olar yuxuya dalım
bu dəmdə...
Necə
də bəyazdır ağ pəncərənin
Üstünə zərifcə çəkilən
pərdə.
Salam.
2. “Yenə əzəlkidir, baxışın, səsin”
Yenə
əzəlkidir, baxışın,
səsin,
Yenə əzəlkidir kətan saçların.
Bir il əvvəlkisən,
həminsən, həmin.
Keçir gün şüası şüşədən, qalır.
Əhəngli divarda əlvan izləri...
Tər zanbaq qoxusu dolur
otağa,
Bir də ki, sadədən sadə sözlərin.
SON
GÖRÜŞ NƏĞMƏSİ
Necə
də üşütmə
tutmuşdu, fəqət,
Çəkib aparırdı ayağım
məni,
Özümdə deyildim, çaşqındım
əlbət,
Sağ ələ geymişdim sol əlcəyimi.
Çoxaldı gözümdə pilləkən
sayı,
Yaxşıca bilsəm də üçcə pillədir.
Qəfil
pıçıldadı bir
ağcaqayın:
“Payızdır, bir
yerdə ölək, taledir.
Aldandım rüzgara, bax, əzib məni,
Ömrüm puça getmiş bu yelbeyinlə”.
Söylədim: “Əzizim, əzizim
mənim,
Mən də sənin kimi. Ölləm səninlə”.
Son görüş nəğməsi,
bu da ayrılıq.
Gözüm bir qaranlıq evə zillənir.
Yataq otağına laqeyd sarılıq,
Salmışdı şamların titrək dilləri.
“SIXDIM
ƏLLƏRİMİ QARA TÜL ALTDA...”
Sıxdım əllərimi qara
tül altda...
“Rəngin niyə
qaçıb, nə olub sənə?”
- Tünd kədər camını xoş bir saatda,
İçirtdim, içdiyi vurdu beyninə.
Çıxdı, səntirlədi, getdi
səmirsiz,
Üzündə-gözündə əzab, həyəcan.
Enib pillələrdən sürahilərsiz,
Yüyürdüm təngnəfəs darvazayacan.
“Dediyim nə varsa, bil, zarafatdı,
Getsən ölərəm mən” -
qışqırdım bərkdən.
Qorxunc təbəssümlə bircə
söz atdı
Mənə sakit-sakit: “Durma
küləkdə”.
“QARSIRDI
İŞIĞI, İSTİLƏNİRDİM...”
Qarsırdı işığı, istilənirdim,
Duydum baxışından
şüalanıram.
Diksinib fikrimdən tüstülənirdim
-
Tək onun vəslində olaram aram.
Əyildi...
hə, nəsə indi deyəcək...
Meyittək ağardım, dondu həsrətim.
Ömrümün üstündə məzar
daşıtək,
Qoy yatıb
uzansın bu məhəbbətim.
Hə, məni
sevmirsən? Nolar, baxsana.
Necə də gözəlsən, lənətə gəlmiş.
Tabım
yox göylərə qalxım cövlana,
çocuqkən çaldığım
qanad əzilmiş.
Gözlərim dumanlı, görmür
heç nəyi
Qarışıb hər nə var biri-birinə...
Qırmızı zanbaqdır, yalnızca
dəyir,
Gözümə, taxılıb düymə
yerinə.
Gəlib
yaxınlaşdı nəhayət
səssiz,
Sadə ədəb vardı bu əməlində.
Bir az nəvazişlə,
bir az həvəssiz
Əyilib
önümdə öpdü
əlimdən -
Tuşlandı üzümə səmt
ikonalar,
Sehirli gözləri müqəddəslərin...
Yuxusuz gecələr, naləli anlar,
Bir də ki, on illik sükut səsləri
Sığışdı sakitcə bir söz içinə.
Nahaqdan söylədim,
bu sözü, heyhat.
Getdin, aralandın, qəlbimə
yenə
Doldu o əzəlki
boş, aydın həyat.
“ÇOX
BAXDIN, ÜZÜLDÜM, BAX ÜZÜLMƏYİM...”
Çox
baxdın, üzüldüm,
bax üzülməyim,
Mənə öyrədibmiş əzab
verməyi.
Fəqət qabırğandan düzəldilməyim,
Qoyarmı heç səni sevmirəm deyim.
Mən sənin şad-xürrəm
bacın olmalı,
Belədir vəsiyyət əzəl
taledən.
Pozdum vəsiyyəti, sən kam almalı,
Ən şirin, işvəkar, həris köləndən.
Elə ki, ram olub donub
qalıram,
Qardan bəyaz
sinən üstə leş kimi.
Ağıllı ürəyin necə
də bayram,
Eləyir yurdumda şən günəş kimi.
“AYRILA
BİLMİRİK, BU BİZLİK DEYİL...”
Ayrıla
bilmirik, bu bizlik deyil,
Gəzirik yollarda çiyin-çiyinə.
Artıq
toran düşür,
günəş əyilir,
Sən öz aləmində, mənsə
lal yenə.
Giririk kilsəyə...nigah, xaç suyu,
Rəhmət oxuyurlar bir də
ölüyə.
Çıxırıq... qəlbimi
cavabsız qoyur,
Bir sual, bizimki alınmır niyə?
Ya da məzarlığa çökmüş qar üstə
Əyləşib dəririk nəfəsimizi.
Əbədi cütlükdə yaşatmaq
istər,
Çubuqla cızdığın otaqlar
bizi.
Anna
AXMATOVA
Tərcümələr Nəriman
Qasımoğlunundur
525-ci qəzet.- 2015.- 7 noyabr.- S.20