Əlibaba Abdullayevin 100 illiyi qeyd olunacaq

 

 

Noyabrın 12-də Bakı Xoreoqrafiya Akademiyasında peşəkar rəqqas, Xalq artisti Əlibaba Abdullayevin 100 illik yubileyinə həsr olunmuş elmi-praktiki seminar keçiriləcək.

 

Seminarda Bakı Xoreoqrafiya Akademiyasının rektoru, professor Timurçin Əfəndiyev, milli rəqslər kafedrasının müdiri, Əməkdar artist Sənan Hüseynli ustad sənətkarın həyat yaradıcılığı, rəqs sənətinə bəxş etdiyi töhfələr haqqında çıxış edəcəklər. Xalq artistinin ailə üzvlərinin iştirak edəcəyi tədbirdəNaz eləmərəqsinin videosu nümayiş olunacaq tələbələrinin xatirələri dinləniləcək.

 

Tədbirdə Əlibaba Abdullayevin quruluş verdiyi rəqslər ifa ediləcək.

 

Qeyd edək ki, Əlibaba Abdullayev 1915-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Filarmoniyası Rəqs Ansamblının, Mahnı Rəqs Ansamblının bədii rəhbəri olub. Musiqili Komediya Teatrında yüksək kateqoriyalı aktyor kimi çalışıb. 1957-ci ildə Moskvada Tələbə Gənclərin 6-cı Ümumdünya Festivalında qızıl medala layiq görülüb. NəlbəkiVağzalırəqslərinin ilk quruluşu Əlibaba Abdullayevə məxsusdur.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 7 noyabr.- S.16