Girdiman. Tarixi Tarixi-coğrafiyasıtəqdim edilib

 

 

Kitabevim.az mağazasında professor Qafar Cəbiyevin “Elm Təhsilnəşriyyatinda çapdan çıxanGirdiman. Tarixi Tarixi-coğrafiyasıkitabının təqdimat mərasimi olub.

 

MİRAS İctimai Birliyindən verilən məlumata görə, kitabda erkən orta əsrlərdə Albaniyanın iqtisadi, siyasi, hərbi, dini mədəni həyatında xüsusi yeri olan Girdiman vilayətinin tarixi tarixi-coğrafiyasından bəhs olunur. Mərasimdə Azərbaycanın tanınmış tarixçi, arxeoloq, memar sənətşünasları iştirak edib.

 

Əsərdə çoxsaylı mənbə məlumatları, zəngin arxeoloji material, təkzibolunmaz təbii-coğrafi etnik reallıqlar əsasında Girdiman vilayətinin tarixi tarixi-coğrafiyası dərindən hərtərəfli surətdə araşdırılıb.

 

Tədbirdə MİRAS İctimai Birliyinin sədri Fariz Xəlilli tanınmış alim ziyalı Qafar Cəbiyev onun kitabı haqqında danışıb. Qeyd edib ki, müəllifin son zamanlar silsilə şəklində nəşr etdirdiyi kitablar maraq doğurur.

 

Kitabın müəllifi Qafar Cəbiyev əsərin yazılma səbəbləri, son vaxtlara qədər Girdiman vilayətinin lokalizə olunmasındakı yanlışlıqlar, apardığı tədqiqatlar barədə məlumat verib.

 

Kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü, Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, rəyçiləri AMEA-nın müxbir üzvləri Vəli Əliyev Cəfər Qiyasidir. Vəli Əliyev çıxışında həmişə Girdiman vilayətinin ərazisi məsələsi ilə maraqlandığını, Girdiman çayı Cavanşir qalasının bu vilayətin ərazisinin lokallaşdırılmasında əsas məqam olduğunu deyib. O, aparılan arxeoloji tədqiqatların da bu tarixi-coğrafi problemin həllində mühüm rol oynadığını bildirib.

 

Cəfər Qiyasi son zamanlar tarixə diletant baxışın artdığını, belə məqamda tarixçi alimlərin əsərlərinin nəşrinin zəruri olduğunu qeyd edib. Kitabdakı bölmələrdən birininUydurmalar reallıqlaradlanması bu mənada əlamətdardır. O, Qafar Cəbiyevin Qafqaz Albaniyasının şəhər qalalarını öyrənməyə üstünlük verməsini təqdir edib.

 

Professor Kübra Əliyeva Qafqaz Albaniyasını araşdıran alimlərin bu əsəri mənbə kimi istifadə edəcəyinə inandığını deyib. Professor Qasım Hacıyev kitabın həm də Qafar Cəbiyevin doktorluq dissertasiyasının davamı olan fundamental tədqiqat əsəri kimi xarakterizə edib.

 

525-ci qəzet.- 2015.- 7 noyabr.- S.17