III Bakı Beynəlxalq Kukla
Biennalesi açılıb
“Fusion Doll” III Bakı Beynəlxalq kukla biennalesi yeddi ölkədən rəssamları
bir araya gətirib.
Belə
ki, sərgidə Rusiya, Ukrayna, Belarus, Estoniya, Yaponiya, Latviya və Azərbaycandan olan peşəkar və həvəskar kuklaçı
rəssamların 50-dək əl
işləri nümayiş
olunur.
Mədəniyyət və Turizm Nazirliyin təşkilatçılığı
keçirilən biennalenin
açılışı Muzey Mərkəzinin “Sərgi Qalereyası”da baş tutub.
Mərasimdə çıxış edən
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev bildirib ki, 2011-ci ildən keçirilən Bakı beynəlxalq müəllif kuklaları biennalesi artıq öz auditoriyasını qazanıb. Qeyd edib ki,
“Fusion” anlayışı sintez,
birləşmə anlamını
ifadə edir. Bakıda keçirilən “Fusion Doll” biennalisi
sözün əsl mənasında yaradıcılığın
gözəl ifadəsidir.
Burada müəlliflər öz
daxili düşüncə
və fantaziyalarını
yaradıcılıq nümunələri
ilə ifadə edərək təqdim edirlər.
Azərbaycanda yaradılan ilk kukla qalereyası barədə məlumat verən Əbülfəs Qarayev qeyd edib ki,
“Kukla” art qalereyası
fəaliyyətə başlayandan
sonra bu sənətə maraq daha da artıb.
Kiyevin “Modnaya kukla” beynəlxalq salonunun direktoru Yuri Şumanski Bakıda keçirilən biennalidə
iştiraklarından məmnunluğunu
ifadə edib. O, kukla ustalarına sərgidə
uğurlar arzulayıb.
Y.Şumanski tədbirin təşkilatçılarına
minnətdarlıq edərək
Kiyevdə təşkil
olunacaq kukla sərgisində azərbaycanlı
həmkarlarını da
görmək istədiyini
söyləyib.
Noyabrın 10-dək davam edəcək “Fusion Doll” III Bakı Beynəlxalq kukla
biennalesinin əsas məqsədi
dünyanın müvafiq sahə üzrə
nüfuzlu qalereya, muzey və təşkilatlarını etnoqrafik və folklor kukla sənəti sahəsində böyük uğurlara və
ənənələrə malik ölkəmizlə
uzunmüddətli əməkdaşlığa cəlb
etmək, müəllif kuklaları sənətinin
inkişafına dəstək vermək, gənc kukla ustaları üçün
stimul yaratmaqdan ibarətdir.
525-ci qəzet.- 2015.- 7 noyabr.- S.17