Beynəlxalq simpoziumda “Kitabi-Dədə Qorqud” müzakirəsi  

 

DASTANIN ELM ALƏMİNƏ MƏLUM OLMASININ 200 İLLİYİ BAKIDA “EPOS VƏ ETNOS” BEYNƏLXALQ SİMPOZİUMU İLƏ QEYD EDİLİB

 

 

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi KitabxanasındaKitabi-Dədə Qorqudabidəsinin elm aləminə məlum olmasının 200 illiyinə həsr olunmuş “Epos Etnosadlı beynəlxalq simpozium keçirilib.

 

Simpozium Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu, AMEA-nın Nizami adına Ədəbiyyat Folklor institutlarının birgə təşkilatçılığı ilə reallaşıb.

 

Beynəlxalq əhəmiyyətli simpozium Prezident İlham Əliyevin 20 fevral 2015-ci il tarixliKitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi nəşrinin 200 illiyinin qeyd edilməsi haqqındasərəncamına əsasən təşkil olunub.

 

Tədbiri AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraqKitabi-Dədə Qorqudabidəsinin dəyərindən danışıb, Prezidentin sərəncamına əsasən ilin sonuna qədər silsilə tədbirlərin keçiriləcəyini vurğulayıb:

 

Kitabi-Dədə Qorqudtürk dünyasının müstəsna dərəcədə qiymətli abidəsidir. Qərb dastanlarında daha çox salnaməçiliyə, Şərq dastanlarında isə daha çox poetikaya, şeirə, şişirtməyə meyil güclüdür. Kitabi-Dədə Qorqudisə mükəmməl nəzm nəsrin vəhdətindən yaranan abidədir.  Burada mənsub olduğu xalqın böyük idealları əks olunub. Türk dünyasında AzərbaycandaKitabi-Dədə Qorqud”la bağlı az qala bir kitabxanalıq kitablar yazılıb, tədqiqatlar aparılıb. Görkəmli qorqudşünaslarımızdan Məmmədhüseyn Təhmasib, Orxan Şaiq Gökyay, Əli Sultanlı, Fuad Köprülü, Məhərrəm Ergin, Həmid Araslı, Şamil Cəmşidov, Səfərəli Babayev kimi alimlərin adlarını çəkməyi özümə borc bilirəm. Bu abidənin taleyində dönüş nöqtəsi isə 20 aprel 1997-ci ildə Ümummilli lider Heydər Əliyevin imzaladığıKitabi-Dədə Qorquddastanlarının 1300 illiyinin qeyd olunması haqqındakı qərardır.

 

Qərarın işığında çoxsaylı tədbirlər keçirildi yeni nəşrlər meydana gəldi. Kitabi-Dədə Qorqudensiklopediyası, məqalələr çap olundu, oxucular üçün sadələşdirilmiş variantı işıq üzü gördü, rəsm əsərləri çəkildi, şeirlər yazıldı, sankiKitabi-Dədə Qorqudyenidən həyata qaytarıldı. Azərbaycan prezidenti İlham Əliyevin son illərdə sözügedən dastanlarla bağlı verdiyi sərəncamlara əsasən, Dədə Qorqud parkı salınıb, Dədə Qorqud abidəsi ucaldılıb, eyni zamanda dastanın motivləri əsasında çoxseriyalı filmin çəkilişi nəzərdə tutulur. Böyük alman şərqşünası Fridrix fon Dits tərəfindənKitabi-Dədə Qorqud”un elm aləminə tanıdılmasının 200 illiyinin qeyd edilməsi Prezidentin qərarıdır. Dövlət səviyyəsində həyata keçirilən bütün bu layihələr Azərbaycanda, türk dünyasında milli düşüncənin, soy-kökə bağlılığın, müstəqil anlayışının daha da dərinləşməsinə, inkişaf etdirilib möhkəmlənməsinə xidmət edən, yeni nəsilləri öz işığında, ölkəsinin yeni nəslinin milli ruhda tərbiyə olunmasına göstərilən qayğının bariz ifadəsidir”.

 

Millətlərarası, multikulturalizm dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev simpozium iştirakçılarını salamlayaraq tədbirin əhəmiyyətini vurğulayıb:

 

Azərbaycan Prezidenti bir alman aliminin Azərbaycan üçün, türkologiya üçün, qorqüdşünaslıq üçün gördüyü işə siyasi qiymət verdi. Bu, çox önəmli bir məsələdir. Bu, Azərbaycanın bugünkü siyasətinin, mədəniyyətinin, ədəbiyyatının, azərbaycançılığın dünyada daha da tanınıb inkişaf etdirilməsi üçün atılan son dərəcə mühüm addımlardan biridir. Həmin sərəncamla tanış olan alman həmkarlarımız da böyük fəxr minnətdarlıq hissi keçiriblər.

 

Kitabi-Dədə QorquddastanlarınınNibelunqlar nəğməsiilə müqayisəli şəkildə öyrənilməsinin əsası Bakı Slavyan Universitetində qoyulub. Orada çalışan alman alimləri - germanistlər Fridrix fon Ditsə belə qiymət verilməsindən riqqətə gəlmişdilər.  Mənə elə gəlir ki, bu sərəncamın mənəvi siyasi əhəmiyyəti elə bununla da ölçülə bilər”.

 

K.Abdullayev sərəncamın qorqudşünaslığın sistemli şəkildə inkişafını nəzərdə tutduğunu bildirərək rəhbəri olduğu qurumlar tərəfindən bu istiqamətdə aparılan işlərdən söz açıb: “Bir il ərzində görülən işlər onu göstərir ki, biz hamımız bir yerdə bu sərəncamın ruhuna, daxili məzmununa uyğun hərəkət etmişik.

 

Yanvar ayında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində böyük bir kollokvium keçirilib. Bu kollokviumla silsilə tədbirlərə bir növ start verilib”. K.AbdullayevKitabi-Dədə Qorqud”la bağlı görülən işlər haqqında söhbət açıb: “Bilik Fondunun həyata keçirdiyiKitabi-Dədə Qorqudun izi iləadlı layihə çərçivəsində Beyləqan, Xocavənd, Qax, Zaqatala, Horadiz, Naftalan, Lənkəran, Gəncə, Naxçıvan, Bakı şəhərlərində ən müxtəlif tədbirlər - dəyirmi masalar, simpoziumlar, kollokviumlar təşkil olundu, “Qardaşlamış məktəblərproyekti çərçivəsində məktəblilərinKitabi-Dədə Qorquddastanlarıyla  tanışlığının səviyyəsini dərəcəsini göstərən müxtəlif işlər həyata keçirdik. Xocavənd rayonundakı Nərgiztəpə ətrafında Qaraca Çobanla bağlı çox maraqlı tədbir təşkil edildi. Horadiz qəsəbəsindəKitabi-Dədə Qorquddastanı milli-mədəni sərvətimizdiradlı tədbir oldu. Bilik Fondunun dəstəyi ilə ölkənin müxtəlif bölgələrində alim tədqiqatçılar bütövlükdə 50-yə yaxın mühazirə oxudular. Şamaxı, Qax, Oğuz şagirdləri arasında qorqudşünaslığın 200 illiyinə həsr olunmuş tədbirlərin təşkilini yüksək qiymətləndirmək lazımdır. 100-dən artıq orta məktəbdəKitabi -Dədə Qorqud”la bağlı inşa müsabiqələri keçirildi. Naxçıvanda xarici yerli alimlərin mövzuyla bağlı silsilə mühazirələri təşkil edildi”.

 

Akademik ilin sonuna qədər görüləcək işlər haqqında danışarkən vurğulayıb ki, Fridrix fon Dits haqqındaKultura plyus” internet televiziyası tərəfindən sənədli filmin çəkilməsi nəzərdə tutulur: “Fridrix fon Dits haqqında kitab yaxın günlərdə işıq üzü görəcək. Eyni zamanda Drezden şəhərində, “Kitabi-Dədə Qorqud”un əlyazmasının saxlandığı o kitabxanada  beynəlxalq tədbir keçirməyi qarşımıza məqsəd qoymuşuq. Bu yəqin ki, dekabrın ortalarında olacaq. Son yekun tədbirimizi isə gəlmiş qonaqlarımızın iştirakı ilə burada keçirməyi palnlaşdırırıq. Arzulayırıq ki, silsilə layihələr bu ilin sonunda yekunlaşmasın, gələn illərdə davam etsin.

 

Bununla bağlı bir layihə düşünmüşük. Fridrix fon Ditsin yazdığı önsöz və “Basatın Təpəgözü öldürdüyü boyun yer aldığı kitabın artıq siqnal nüsxəsi əlimizdədir. Bu kitab alman, avar, çin, erməni, ərəb, fars, fransız, gürcü, hind, xınalıq, ingilis, italyan, kürd, ləzgi, macar, rus, talış, tat, türk, udin, ukrayna, yəhudi, yaponyunan dillərinə tərcümə edilib, bir ay ərzində 25 kitab bir-birinin yanında sıralanacaq. Biz bununla tariximizi, mədəniyyətimizi təkcə Azərbaycanın müxtəlif bölgələrinə deyil, dünyanın bütün guşələrinə çatdırmağı düşünürük. Yaxın gələcəkdə həmçinin bu kitabın Afrika xalqlarının dillərinə, portəgiz, indoneziya dillərinə tərcüməsi də nəzərdə tutulur.

 

Prinsip etibarilə “Kitabi-Dədə Qorqudla həmişə türkoloqlar məşğul olub, bir növ bu abidə türkoloqların inhisarında qalıb. Biz bu inhisar məsələsini qırmalı, abidənin başqa dilçilik və ədəbiyyatşünaslıq istiqamətlərini alimlərə yaxınlaşdırmalıyıq. Kitabi- Dədə Qorqudla bağlı ədəbiyyatçıların, dilçilərin, tarixçilərin bir-birinə fikir bildirdiyi dövr arxada qalmalı, biz bu gün bu abidənin mənəvi dünyasının gözəlliklərini kimyaçılarımıza, fiziklərimizə, riyaziyyatçılarımıza, iqtisadçılarımıza da açıqlamalıyıq. Çünki onların baxışı bizim özümüzü də yenidən daxilən silkələyə və yeni gözəl nəticələrə gəlməyə vadar edə bilər. Mənə elə gəlir ki, Azərbaycan Prezidentinin bizim hamımızı tərpədən sərəncamı qorqudşünaslıq istiqamətində yeni bir mərhələnin başlanğıcıdır və arzu edirəm ki, bu mərhələ nəinki illərlə, hətta əsrlərlə davam etsin”.

 

AMEA-nın müxbir üzvü, Folklor İnstitutunun direktoru Muxtar İmanov çıxışında simpoziumda səslənən məruzələrin, aparılan müzakirələrin qorqudşünaslığa yeni töhfələrdən xəbər verdiyini bildirib.

 

Simpoziumun açılışında Türkiyədən Ramazan Korkmazın “Terrorun mifoloji siması: Təpəgöz”, Başqırdıstandan professor Axmet Süleymanovun  Qorqud Ata əfsanəvi başqırd söyləyicisi kimi”, Türkmənistandan Kakajan JanbekovunKitabi -Dədə Qorqudun Türkmənistanda araşdırılma tarixi”, Serbiyadan Qustav-Adlfo Loria-RivelinSakralepik mətnlərdə fövqəltəbii bədheybət obrazları” mövzusunda məruzələri dinlənilib. Simpozium bu günmövzu ilə bağlı silsilə toplantılarla davam edəcək.

 

Sevinc MÜRVƏTQIZI

525-ci qəzet.- 2015.- 7 noyabr.- S.14