Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Naftalanda infotur  

 

Noyabrın 7-də Mədəniyyət Turizm Nazirliyinin təşəbbüsü, Azərbaycan Sağlamlıq Termal Turizmə Dəstək Assosiasiyasının "Naftalan Hotel by Rixos" Sağlamlıq İstirahət Mərkəzinin təşkilatçılığı ilə Naftalan şəhərində infotur həyata keçirilib.

 

Son dövrlər daha da inkişaf edən Naftalan şəhərinin turizm potensialını tanıtmaq təbliğ etmək məqsədi daşıyan infoturda yerli turizm şirkətləri, eləcə KİV nümayəndələri iştirak ediblər.

 

Tədbir iştirakçıları Mərkəzlə yaxından tanış olublar. Mərkəzin baş həkimi Şahin Babayev qonaqlara Naftalan nefti ilə həyata keçirilən müalicə üsulları, onun müxtəlif xəstəliklərin müalicəsində əhəmiyyəti haqqında məlumat verib. Vurğulayıb ki, Naftalan şəhərindəki sanatoriya pansionatlara gələn xəstələr Naftalan nefti onun əsasında hazırlanan məlhəmlərlə müalicə alırlar. Naftalan nefti yaraların, dəri, sinir, uroloji ginekoloji xəstəliklərin, həmçinin qaraciyər, oynaqların oynaq ətrafındakı yumşaq toxumaların, dayaq-hərəkət aparatının müalicəsi üçün çox səmərəli vasitədir.

 

Prosedur əyani şəkildə infotur iştirakçılarına nümayiş etdirilib.

 

Ümumilikdə 45 KİV turizm şirkətinin təmsil olunduğu tədbir çərçivəsində media nümayəndələri ilə dəyirmi masa ətrafında görüş keçirilib.

 

Azərbaycan Sağlamlıq Termal Turizmə Dəstək İctimai Birliyinin sədri Ruslan Quliyev çıxış edərək ölkəmizdə turizmin inkişafı üçün görülən işlərdən, onun müsbət mənfi cəhətlərindən, həll edilməsi vacib problemlərdən, qarşıya qoyulmuş prioritetlərdən söz açıb. Turizm sektorunun daha da genişlənməsi üçün media ilə birliyinin vacibliyini vurğulayan sədr bunun üçün belə infoturların təşkilinin doğru addım olduğunu qeyd edib.

 

Mədəniyyət Turizm Nazirliyinin marketinq üzrə baş məsləhətçisi Türkan Rüstəmova da tədbirin keçirilməsinin məmnunluq doğurduğunu deyib. Bu kimi tədbirlərin gələcəkdə daha sıx geniş şəkildə təşkil ediləcəyini vurğulayıb.

 

Azərbaycan Turizm Assosiasiyası sədrinin müavini Müzəffər Ağakərimov, Turizm Menecment Universitetinin müəllimləri İlkin Əhmədov İlhamə Zeynalova, Naftalan şəhər mədəniyyət turizm şöbəsinin əməkdaşı Tahirə Aslanova başqaları çıxış edərək təklif iradlarını bldiriblər.

 

Tədbir iştirakçıları "Naftalan Hotel by Rixos" Sağlamlıq İstirahət Mərkəzi ilə ətraflı tanış olublar.

 

İnfotur çərçivəsində həmçinin Naftalan şəhərinin turizm potensialı, mədəni həyatı, mövcud infrastrukturu ilə tanışlıq gerçəkləşib. KİV nümayəndələri şəhəri gəzib, 2013-cü ilin sentyabrında istifadəyə verilən Heydər Əliyev Mərkəzində olub, mərkəzin fəaliyyəti haqqında məlumatlandırılıblar.

 

Sonda, press-turda aktiv iştiraka görə, media nümayəndələri Mədəniyyət Turizm Nazirliyinin fəxri fərmanı ilə təltif ediliblər.

 

Cavid QƏDİR

525-ci qəzet.- 2015.- 11 noyabr.- S.7.