Bakıda “Tarixin etüdləri
sərgilənir “
Noyabrın 10-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksində akademiyanın müəllimi Sabir Hüseynovun “Tarixin etüdləri” adlı rəsm sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgiyə təqdim olunan sənət əsərlərində rəssamın “İrəvan şəhərinin görünüşü”, “Anamın portreti”, “Neftçilər”, “Abşeron”, “Xocalı faciəsi”, “Uluxanlı” və s. əsərləri nümayiş olunub. Nümayiş olunan əsərlər sırasında mənzərə, natürmort, kompozisiya, portret janrları yer alıb.
Sərgi bir həftə davam edəcək.
Qeyd edək ki,
rəssamın 1994-cü ildə Yunanıstanda, 1996-cı ildə
Rusiyada və Almaniyada
fərdi sərgiləri açılıb. O, Türkiyənin
İstanbul və İzmir
şəhərlərində keçirilən sərgilərdə
iştirak edib. 1997-ci
ildən Azərbaycan Rəssamlar İttifaqının üzvi olan rəssamın
əsərləri bir sıra ölkələrdə
şəxsi kolleksiyalarda saxlanılır.
525-ci qəzet.- 2015.- 11 noyabr.- S.7.