"Ədəbiyyatın
dostları"nın ilk görüşü
AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNDƏ GƏNCLƏRİN İŞTİRAKI İLƏ YENİ YARADICILIQ KLUBU FƏALİYYƏTƏ BAŞLADI
Həftənin şənbə günü,
adətən, Azərbaycan
Yazıçılar Birliyində
tədbirlər keçirilmir.
Ötən həftə isə Xalq yazıçısı
Anar və Xalq şairi Fikrət Qocanı AYB-nin Natəvan klubunda gördük. Onların həftənin
istirahət günü
AYB-yə gəlişi
"Ədəbiyyatın dostları"
klubunun ilk görüşü
ilə bağlı idi. Bu görüş
Fikrət Qocayla keçirilirdi. Xalq şairinin
bu yaxınlarda qeyd olunmuş 80 illik yubileyi klubun diqqətindən yayınmayıb və Fikrət Qocanın yaradıcılığı üzərində
əhatəli, dolu, rəngarəng proqram hazırlanıb.
Birliyin katibi Rəşad Məcidin zala kitablarla gəlişi diqqətimi çəkdi. O kitablar tədbir boyu iştirakçılara, klub
üzvlərinə paylandı.
Məlum
oldu ki, həmin kitablar "Seçilmiş əsərlər"
seriyasından Fikrət
Qocanın son dönəm
dərc olunmuş şeirlər toplusunun nüsxələridir. Bu şeirlərdən həvəslə
söyləyən gənclər
gördük masanın
arxasında. Onlar Pedaqoji
Universitetin tələbələri
idi.
Tədbiri Birliyin katibi Rəşad Məcid açdı və klubun yaradılması, fəaliyyəti haqda məlumat verdi:
"Bu gün yeni, xoş bir ideyayla
yığışmışıq. Bizi son vaxtlar narahat edən məsələlərdən
biri budur ki, kitab oxuyanların
sayı azalıb, gənclərin mütaliə
vərdişi xüsusilə
zəifdir. Bununla bağlı
müxtəlif təşkilatlar,
özəl və rəsmi qurumlar çalışırlar ki,
hər hansı formada kitabın təbliği ilə məşğul olsunlar.
Son illərdə Yazıçılar Birliyində
də bu istiqamətdə işlər
görülür. Yazıçılar
Birliyinin İdarə Heyətinin və Gənclər Şurasının
üzvü, Tərcümə
Seksiyasının rəhbəri,
yazıçı, dramaturq,
publisist Pərvin xanım bir neçə dəfə burada gənclərin, tələbələrin mütaliə
səviyyələrini nümayiş
etdirib. "Göz
muncuğu" əsərinin
müzakirəsi, Milli
Kitabxanada keçirilən
görüş, ümumiyyətlə,
Anarın yaradıcılığı
ilə bağlı Pərvinin son vaxtlar reallaşdırdığı ədəbi
məşğələlər onun gənclərin mütaliəsinin artmasında
son dərəcə maraqlı
olduğunu göstərir.
Bütün bunlar bizdə
belə bir ideya yaratdı ki, yeni bir
klub yaradaq. "Ədəbiyyatın dostları" adlı bu klubun yaranmasını
və fəaliyyətini
AYB-nin rəhbərliyi
də dəstəklədi.
Hər halda, bu klubun
rəsmiləşdirilməsi də əhəmiyyətli
olacaq. Rəhbərlik isə Pərvinə
həvalə olunur.
Bu gün ilk görüşü
Xalq şairi Fikrət Qocayla keçiririk. Şairin bu
yaxınlarda 80 yaşı
tamam oldu. Bu, həm Bakıda,
həm də Moskvada geniş şəkildə qeyd edildi. Fikrət Qocanı hamımızın
adından bir daha təbrik edirəm".
Söz Pərvinə verildi və o, klubun məqsədindən, tələbələrin,
gənclərin ədəbiyyata
marağından danışdı:
"Bu gün səhər
Rəşad Məcidlə
Anar haqqında söhbətimizi xatırladım.
Anar 2011-ci ildə
"Türk dünyasında
İlin ədəbiyyat
Adamı" ödülünü
alanda Türkiyənin
"Qardaş qələmlər"
dərgisi "525-ci qəzet"dən
Anar haqqında bir müsahibə istəmişdi. Mən də bu müsahibəni Gənclər
üzrə katib Rəşad Məciddən
götürmüşdüm. Həmin vaxt Rəşad Məcid bir fikir səsləndirdi ki, Anar gənclərlə
bağlı istənilən
ideyaya, təşəbbüsə
həmişə müsbət
reaksiya verir, köməyini, qayğısını
əsirgəmir. O zamanlar
mən o qədər də bu mühitin
içərisində deyildim.
Ancaq bu il yay aylarında burada Anarla söhbətlərimizdən,
"Göz muncuğu"
kitabının təqdimatından
sonra yazıçımız
Pedaqoji Universitetin tələbələrinin səviyyəsinin,
mütaliəsinin şahidi
oldu. Mən təklif etdim
ki, belə bir klub yarada
bilərik. Anar müəllim bu klubun, dərnəyin yaradılmasına müsbət
reaksiya verdi.
Milli Kitabxanadakı tədbirdən
sonra bu haqda fikirlərimiz dəqiqləşdi. Nəhayət,
bu gün "Ədəbiyyatın dostları"
klubunun ilk görüşünü
keçiririk... Bu il Xalq şairi
Fikrət Qocanın Filarmoniyada 80 illik yubileyi keçiriləndə
AYB bizim Filologiya fakültəsinə dəvətnamələr
göndərmişdi. Mənim tələbələrim
də tədbirdə iştirak etmişdilər.
Onların şairin yaradıcılığına
xüsusi maraq göstərdiyini müşahidə
etdim. Bununla yanaşı Fikrət
Qoca Moskvadakı yubiley tədbirindən yeni qayıdıb. Düşündüm ki, bütün
bunlar bir yerə toplanmağımıza
bir səbəb olar, həmçinin gənclər şairin yaradıcılığı, poeziyası
ilə bağlı fikirlərini bölüşərlər.
Bunun üçün ilk görüşümüzü Fikrət Qocayla keçirmək bir klub olaraq hamımız
üçün sevindiricidir...
Bizim məqsədimiz, niyyətimiz
görüşəcəyimiz şairi, yazıçını
dərindən oxuyub, öyrənib qarşımıza
çıxan suallarla
o müəllifin görüşünə
gəlməkdir. Məqsədimiz heç də biliyimizi nümayiş etdirmək deyil. Əksinə,
o yazarlardan daha nələrsə öyrənməkdir.
Bu mənada Fikrət Qoca bir çox
cəhətləri ilə
biz gənclərə örnək
ola biləcək
sənətkardır".
Bununla da meydan gənclərə verildi. Onlar şairin poeziyasına,
belə demək mümkündürsə, yeni
işıq tutdular.
Misralardan hazırlanmış suallar, bəlkə də, şair üçün bir poetik nostalji oldu. Bu sualların,
demək olar, sayı-hesabı yox idi. Bəllidir ki, qocaman şairlərin, yazıçıların
qarşısında ədəbi
mülahizələr, yetkin,
əsaslı fikirlər
söyləmək müəyyən
qədər çətindir,
hətta daha ciddi ədəbi müstəvidə bir qədər məsuliyyət
tələb edir.
Bu baxımdan klubun bir ədəbi
mühit yaratma cəhdi, məncə, uğurludur. Çünki görüş boyu sağlam mütaliənin şahidi olduq. Bu, dəvət olunmuş
şairin yaradıcılığına
rəğbət və
sayğının ifadəsidir.
Həmçinin, klub üzvləri
ilə şairin ünsiyyəti müxtəlif
keçidlər, mərhələlər
şəklində qurulmuşdu
və bu şairin poeziyasının
təqdimatı təəssüratı
kimi yadda qaldı. Mən müasir və
azad düşüncəli
gənclərin tərəfdarıyam.
Növbəti görüşlərdə bu dinamik ədəbi
tablonun yeni kreativ təxəyyüllərlə
rənglənəcəyini, bu ədəbi axının davamlı olacağını düşünürəm.
Görüşdə xüsusi bir
detal mənə olduqca maraqlı göründü. Gənclər şairin şeirlərindən
müəyyən parçalar
söyləyir və misranın ardını şairin tamamlamasını,
əgər xatırlamırsa,
elə buradaca misranın ardını qoşmasını tələb
edirlər. Misal üçün, tələbələrdən
biri bu misranı
söyləyir: Ayağımın
altında kölgənin
göz yaşları...
80 yaşlı qocaman şair axtarışdadır,
ancaq xatırlaya bilmir və bədahətən yeni, canlı bir misra dilə gəlir: ... Qəlbimin fəryadında göylərin
yağışları. Sonra isə orijinalda necədir, ona nəzər yetiririk:
Ayağımın altında kölgənin
göz yaşları,
Boynunda-boğazında fələyin qiymətli daşları.
Görüşün sonlarında Anar gənclərin mütaliəsi ilə bağlı öz müşahidəsini paylaşdı,
"Ədəbiyyatın dostları"
klubunun bu qızğın ədəbi
cəhdlərini yazıçı-oxucu
panoramında şərh
elədi: "Bu ünsiyyət
çox böyük əhəmiyyətə malikdir.
Ona görə ki, biz bəzən qürrələnib
deyə bilərik ki, mən özüm
üçün yazıram,
həvəsim, ehtiyacım
var və sairə. Oxuyan olsun, olmasın,
fərqi yoxdur. Ancaq bu düz deyil.
Biz, hər halda,
yazanda düşünürük
ki, ən azı anlayan bir oxucumuz olsun.
Ancaq bir yox, çox
olanda, əlbəttə,
daha məmnun qalırıq. Mən bu
gün çox sevinirəm ki, siz gənclər Fikrətin yaradıcılığını
belə sevərək,
düşünərək, təhlil edərək öyrənmisiniz. Əlbəttə, heç kesə sirr deyil ki,
bu, Pərvinin xidmətidir".
Sonda isə Xalq şairi Fikrət Qoca tədbir təşkilatçılarına
və "Ədəbiyyatın
dostları" klubuna
minnətdarlığını bildirdi.
Müşfiq ŞÜKÜRLÜ
525-ci qəzet.-
2015.- 11 noyabr.- S.7.