Professor Nərgiz Paşayeva Oksford
Universitetinin universitetin Şərqşünaslıq
İnstitutunun müdiri, professor Mark Smitlə
görüşüb
Oksford Universitetinin Nizami Gəncəvi elmi Mərkəzinin
Azərbaycan tərəfindən rəhbəri professor Nərgiz
Paşayeva universitetin Şərqşünaslıq
İnstitutunun yeni təyin olunmuş müdiri professor Mark Smitlə
görüşüb.
Trend-in məlumatına
görə, professor Robert Hoyland
görüşdə bildirib ki, Oksford Universitetinin Nizami Gəncəvi
Mərkəzi bu gün Böyük Britaniyada Azərbaycanı
öyrənən rəsmən tanınmış, nüfuzlu və
yüksək statusa malik yeganə elmi mərkəzdir.
Böyük
Britaniyada işgüzar səfərdə olan M.V.Lomonosov
adına MDU-nun Bakı filialının rektoru, Oksford
Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzinin Azərbaycan
tərəfindən rəhbəri, professor Nərgiz
Paşayeva noyabrın 5-də universitetin Şərqşünaslıq
İnstitutunun yeni təyin olunmuş müdiri,
misirşünas professor Mark Smitlə Oksford Universitetinin Qriffit
İnstitutunda (The Griffith İnstitute http://www.griffith.ox.ac.uk)
görüşüb. Qeyd edək ki, bu institut
Oksford Universiteti ilə yanaşı dünyanın
misirşünaslıq üzrə aparıcı elmi tədqiqat
mərkəzlərindəndir. Belə ki,
burada Misir fironu Tutanxamonun sərdabəsindən tapılan
arxeoloji materiallar və XIX əsrdə almaniyalı alimlərdən
ibarət elmi ekspedisiyanın Misirdə apardığı tədqiqatların
hesabatları saxlanılır.
Görüşdə
professor M.Smit professor Nərgiz Paşayeva ilə tanış olmaqdan məmnunluq hissi
keçirdiyini ifadə edib. Professor M.Smit Oksford
Universitetinin artıq rəsmən qəbul edilmiş bir hissəsi
olan Nizami Gəncəvi Mərkəzinin
(http://www.orinst.ox.ac.uk/research/ nizami-ganjavi/home) danılmaz əhəmiyyətindən
danışıb və mərkəzin fəaliyyəti
üçün göstərdiyi səylərə görə
Azərbaycanlı alim-professor N.Paşayevaya minnətdarlığını
bildirib. Azərbaycanın və Qafqaz
bölgəsinin mədəni irsinin öyrənilməsinin
universitetin Şərqşünaslıq İnstitutu
üçün mühüm elmi əhəmiyyət kəsb
etdiyini qeyd edərək professor Mark Smit qısa dövr ərzində
Mərkəzin Oksford Universitetində, eləcə də Qərbdə
maraqla qarşılandığını çatdırıb.
O, Oksford Universitetinin elmi pedaqoji heyəti və universitet nəzdində
fəaliyyət göstərən digər elmi mərkəzlərin
və başqa ali təhsil ocaqlarının
indi və gələcəkdə Nizami Gəncəvi Mərkəzi
ilə birgə əldə ediləcək elmi nailiyyətlərinə
inandığını vurğulayıb.
Öz növbəsində, N.Paşayeva professor M.Smit ilə
görüşməkdən məmnun olduğunu, Azərbaycan
elmi irsinin dünya elmi müstəvisində təmsil
olunmasında yeni səhifə
açıldığını və Mərkəzin rəhbəri
kimi üzərinə düşən bu ciddi və məsuliyyətli
missiyanın həyata keçirilməsindən qürur
duyduğunu bildirib. N.Paşayeva xüsusilə qeyd edib ki,
Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi müstəqillik
illəri ərzində ölkəmizin elm, təhsil sahəsində
həyata keçirildiyi ən ciddi və davamlı beynəlxalq
layihədir. Ölkəmizin tarixi və mədəni
irsinin beynəlxalq səviyyədə daha geniş
tanınması üçün dünya şöhrətli
nüfuzlu alimlər və tədris ocaqları tərəfindən
öyrənilməsinin vacibliyini vurğulayan professor
N.Paşayeva Oksford Universiteti və onun rəhbərliyinin ona və
onun timsalında Azərbaycan elminə verdiyi belə yüksək
etimada və marağa görə onlara öz minnətdarlığını
bildirib.
Professor N.Paşayeva sovet dövründə Azərbaycan
elminin belə imkanlardan tamamilə məhrum olduğunu və
bu baxımdan yaranmış böyük boşluğu Mərkəz
vasitəsilə aradan qaldırılmasının vacibliyini
qeyd edib.
Bundan əlavə, gələcəkdə Rusiya
Federasiyasının nüfuzlu elmi ocaqları, M.V.Lomonosov
adına Moskva Dövlət Universiteti, Sankt-Peterburq Universiteti və
Stambul Universiteti ilə sıx əməkdaşlıq
planlarının da Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin
fəaliyyətində nəzərdə tutulduğunu diqqətə
çatdırdı.
Sonra professor N.Paşayeva həmkarları, o cümlədən
Nizami Gəncəvi Mərkəzinin işçi qrupunun
üzvləri Oksford Universitetinin Şərqşünaslıq
İnstitutunun aparıcı professorları Robert Hoyland və
Edmund Herziq, habelə doktor Pol Vordsvors ilə Oksford
Universitetinin məşhur Aşmolean muzeyinin qonaq zalında
görüşdü.
Qeyd edək
ki, nəinki Birləşmiş Krallığın, eləcə
də Avropanın ən qədim və ilk muzeyi olan Aşmolean
muzeyi Oksford Universiteti nəzdində fəaliyyət göstərən
muzeylərdən ən məhşuru və
böyüyüdür. Muzeydə bəşər
tarixi və mədəni irsinə aid bir çox qiymətli
eksponatlar saxlanılır və xüsusi şəraitdə
qorunur. Görüşdən öncə Nizami Gəncəvi
Mərkəzinin Böyük Britaniya tərəfindən rəhbəri
professor Robert Hoyland professor N.Paşayevanı Aşmolean
muzeyinin Yaxın Şərq bölməsi ilə tanış
etdi və burada saxlanılan qədim arxeoloji tapıntılar və
nadir tarixi eksponatlar haqqında geniş məlumatlandırdı.
1678-ci ildə təsis edilən Aşmolean
muzeyində eradan əvvəl IX minillikdən başlayaraq
müxtəlif tarixi dövrlərə dair əşyalar,
İntibah dövrünə aid incilər, o cümlədən
Rafaelə məxsus incəsənət əsərləri,
Misir sivilizasiyasına aid nadir arxeoloji tapıntılar, Qədim
Yunanıstana aid Mineya kolleksiyası, Anqlo-Sakson xəzinələri
və dünyanın bir çox maddi mədəniyyət
nümunələri sərgilənir.
Belə
ki, görüş əsnasında işçi qrup tərəfindən
Mərkəzin cari fəaliyyətinə dair məsələlər,
o cümlədən Oksford Universitetinin alim və mütəxəssislərindən
ibarət arxeoloji ekspedisiyanın Bərdədə bu ilin
sentyabr ayında başa çatdırdığı
qazıntıların ilkin nəticələri barədə
geniş müzakirələr aparılıb. Heyətin
rəhbəri, Oksford Universitetinin Şərqşünaslıq
İnstitutunun doktoru və Brasenose kollecinin elmi tədqiqatçısı
P.Vordsvors aparılan arxeoloji tədqiqatların nəinki Azərbaycan,
bütövlükdə Qafqaz bölgəsinin tarix və mədəni
irsinin öyrənilməsi sarıdan yeniliklər vəd
etdiyini nəzərə çatdırdı. Bildirdi ki,
yaxın gələcəkdə Bərdə Arxeoloji
Ekpedisiyasının (BAE) heyəti Bərdə şəhərində
aparılmış tədqiqatların nəticələri barədə
Oksford Universitetində, daha sonra MDU-nun Bakı Filialında
geniş elmi hesabat, eləcə də ictimai təqdimatla
çıxış etməyi planlaşdırır. O, əldə
edilmiş maddi mədəniyyət nümunələrinin
ekspedisiyanın ilkin rəyinə əsasən Azərbaycanın
tarixi və mədəni irsinin öyrənilməsi
baxımından Qərbdə mövcud və məlum olan elmi
biliklərə mühüm töhvə verəcəyinə
ümidvar olduğunu nəzərə çatdırdı.
Qeyd edək
ki, doktor Vordsvorsun başçılıq etdiyi arxeoloji
ekspedisiya ilə bərabər Nizami Gəncəvi Mərkəzinin
rəhbrələri prof. R.Hoyland və prof. N.Paşayevanın
birgə təşəbbüsü ilə Britaniyanın “Sərhədsiz
İrs” (Heritage Without Borders) təşkilatı
Azərbaycanda ilk dəfə olaraq mədəni irsin
qorunması məqsədilə Bərdə Arxeoloji
Ekspedisiyasının işinə cəlb edilib. Adı
çəkilən təşkilat dünyanın müxtəlif
bölgələrində bəşəriyyətin mədəni
irsinin qorunması üçün aparıcı mütəxəsisləri
bir araya gətirir və işlədiyi ölkələrdə
aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən
maddi mədəniyyət nümunələrinin qorunması və
mühafizəsini təşkil edərək, gələcək
nəsillərə ötürülməsini təmin edir.
Məhz bu məqsədlə Bərdə Arxeoloji
Ekspedisiyası çərçivəsində ”Sərhədsiz
İrs” təşkilatının qəyyumlar
şurasının üzvü və rəhbəri, arxeologiya
üzrə mütəxəssis doktor Dominika D’arkangelo bu ilin
15-20 sentyabr tarixlərində professor Paşayevanın dəvəti
ilə Bakı və Bərdə şəhərlərində
işguzar səfərdə olub. Doktor D’arkangelo səfər
zamanı Mərkəzin arxeoloji ekspedisiyasının Bərdədə
apardığı qazıntıları ilə yaxından tanış olub və arxeoloji
tapıntıların qorunması və mühafizəsi ilə
bağlı heyət üzvlərinə praktiki tövsiyələrini
verib. Sonra paytaxtimıza dönən doktor
D’arkangelo professor Paşayeva ilə görüşüb və
Bərdə Arxeoloji Ekspedisiyasının işi, xüsusilə
aşkar edilən maddi mədəniyyət nümunələrinin
konservasiyası və saxlanma üsulları haqqında ona məlumat
verib. Sonra onlar Azərbaycan Tarixi Muzeyində
olublar və orada muzeyin rəhbərliyi və işçi heyəti
ilə fikir mübadiləsi aparıblar.
Doktor Vordsvors həmçinin qeyd etdi ki, “Britaniya
Şurası” (British Council) təşkilatı da öz
növbəsində Bərdə Arxeoloji Ekspedisiyasının
işinə maraq göstərir və gələcəkdə
bu təşkilatla əməkdaşlıq imkanlarının nəzərdən
keçirilməsi arzuolunandır. O, həmçinin vurğulayıb
ki, bu günə qədər Bərdə şəhərinin
tarixi, onun Qafqaz Albaniyasının mədəni-iqtisadi, hərbi-inzibati
mərkəzi olduğu dövrə aid bir sıra məsələlər
bəzən yetərli dərəcədə sübutlu,
möhkəm elmi faktlar olmadan araşdırılıb və
Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin dəstəyi
ilə qədim mənbələrin əsaslarında ciddi
elmi-akademik tədqiqatların aparılmasına böyük
ehtiyac duyulur.
Həmçinin
çox dəyərli faktdır ki, Bərdə Arxeoloji
Ekspedisiyasının ilkin tapıntıları haqqında rəsmi
elmi hesabata dair məruzə etmək üçün
P.Vorsdvors bu ilin 18-21 noyabr tarixlərində Oksford Universitetinin
Nizami Gəncəvi Mərkəzini təmsil edərək
ABŞ-ın Şərqşünaslıq üzrə Tədqiqatlar
İnstitutunun (ASOR – “American Schools of Oriental Studies” http://www.asor.org/about/index.html)
dəvəti ilə Corciya ştatının Atlanta şəhərində
keçiriləcək illik konfransa dəvət olunduğunu və
bu beynəlxalq tədbirdə iştirak edəcəyini nəzərə
çatdırdı.
Qeyd olunmalıdır ki, ‘’ASOR’’ 1900-cu ildə
ABŞ-ın Harvard, Prinston, Yeyl, Kolumbiya və digər mötəbər
universitetlərinin şərqşünaslıq sahəsində
tədqiqatların aparılması məqsədilə birgə
təsis edilmiş nüfuzlu elmi-tədqiqat müəssisəsidir.
Ardınca işçi qrupunun üzvləri mərkəzin
digər layihələrini müzakirə etdilər. Akademik Yevgeni
Bertelsin müəllifi olduğu “Dahi Azərbaycan şairi
Nizami” kitabının ingilis dilinə tərcüməsinin
sona çatdığını qeyd edən professor E.Herziq
hal-hazırda kitabın nəşrə
hazırlandığını və gələn ilin əvvəlində
onun çap olunacağını qeyd etdi.
Öz növbəsində professor N.Paşayeva
sözügedən kitabın ilk dəfə olaraq ingilis dilinə
tərcümə olunmasını qeyd edərək onun
ümumiyyətlə 1941-ci ildən bəri ilk dəfə
yenidən nəşr olunacağını və bu layihənin
Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin ilk tərcümə
işi olmasından məmnunluq hissi keçirdiyini bildirdi. İşçi
qrupunun üzvləri həmçinin gələcəkdə Mərkəz
tərəfindən ingilis dilinə tərcümə olunacaq
digər kitabların siyahısını müzakirə etdilər.
Görüşü
yekunlaşdıran Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin
Oksford Universiteti tərəfindən rəhbəri, professor R.Hoyland Mərkəzin ötən
dövr ərzindəki fəaliyyətini müsbət dəyərləndirdi:
“Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi bu gün
Böyük Britaniyada Azərbaycanı öyrənən rəsmən
tanınmış, nüfuzlu və yüksək statusa malik
yeganə elmi mərkəzdir”.
O, belə
bir ciddi elmi təşkilatın öz işlərini uğurla
davam etdirilməsində əzmkarlığa görə həmkarı
N.Paşayevaya minnətdarlığını bildirdi. 2016-cı ilin əvvəlində Oksford Universitetinin
rəhbərliyi ilə nəzərdə tutulan
görüşləri diqqətə çatdıran professor
R.Hoyland, Nizami Gəncəvi Mərkəzinin Azərbaycan
haqqında Qərbdə mövcud olan elmi biliklərin zənginləşməsinə
töhvə verəcəyinə əmin olduğunu söylədi.
Dünya şöhrətli Oksford Universiteti səviyyəsində
Azərbaycanın adının uca tutulduğuna görə Mərkəzin
yaranması və mövcudluğunu tarixi uğur kimi xüsusi
qeyd etdi. Professor Hoyland Oksford Universitetində
Azərbaycanın mədəni və tarixi irsinin ciddi məkanda
– Oksford Universitetində elmi əsaslarla öyrənilməsi
üçün professor Nərgiz Paşayevanın ilk azərbaycanlı
alim kimi irəli sürdüyü digər təşəbbüsləri
də xüsusi olaraq vurğuladı.
Professor N.Paşayeva Britaniyaya səfəri zamanı
2007-ci ildən həmsədr olduğu İngiltərə-Azərbaycan
cəmiyyətinin britaniyalı həmsədri Lord Germanla
görüşdü.
Bu görüşdə Cəmiyyətin cari fəaliyyəti
və layihələri geniş müzakirə edildi. Həmsədrlər
M.V.Lomonosov adına MDU-nun Bakı
Filialının tələbələri arasında
keçirilmiş dahi ingilis şairi U.Şekspirin
yaradıcılığına dair inşa müsabiqəsinin
nəticələrinə və Bül-Bül adına Bakı
Musiqi Məktəbi ilə İngiltərənin ən qədim
ixtisaslaşmış musiqi məktəblərindən
sayılan Purcell məktəbi arasında əməkdaşlığa
dair məsələlərə toxundular.
Qeyd olunmalıdır ki, 1962-ci ildə əsası qoyulan və İngiltərənin ən qədim ixtisaslaşmış musiqi məktəbi olan Purcell məktəbi 2003-cü ildə UNESCO-nun Mozart mükafatını qazanıb və bu mükafat məktəbin himayədarı olan Şahzadə Çarlza təqdim edilib. N.Paşayevanın təşəbbüsü ilə Purcell məktəbi ilə Bül-Bül adına Musiqi Məktəbi arasında əlaqələrin qurulması prosesinə başlanmış və bu məktəblər arasında tələbə mübadiləsi imkanları müzakirə mövzusu olmuşdur.
N.Paşayeva öz növbəsində Bül-Bül adına Musiqi Məktəbinin direktoru və iki azərbaycanlı şagird ilə Londona səfər edərək Purcell məktəbini ziyarət edəcəklərini nəzərə çatdırdı və bunun ixtisaslaşdırılmış müsiqi məktəbləri arasında gələcək əməkdaşlığa əlverişli zəmin yaradacağına ümidvar olduğunu söylədi.
U.Şekspirin yaradıcılğına dair inşa müsabiqəsinə gəlincə, bu təşəbbüs N.Paşayevanın dəvəti ilə bu ilin fevral ayında Bakıya səfər edən Lord Germanla görüş zamanı irəli sürülüb. O zaman həmsədrlər MDU-nun Bakı filialında ingilis dili üzrə ixtisaslaşan bakalavr və magistr tələbələri ilə filologiya fakultəsində görüşmüşdülər. Görüş zamanı N.Paşayeva və Lord German qərara gəliblər ki, dahi ingilis şairi Uilyam Şekspirin yaradıcılığına dair universitet tələbələri arasında inşa müsabiqəsi keçirilsin. Cəmiyyətin sponsorluğu ilə inşa müsabiqəsinin qalibinin Şekspirin döğma şəhəri – Statford apon Avona tanışlıq səfərinin təşkil edilməsi nəzərdə tutulub.
İnşa müsabiqəsinə dair aparılan işlərdən bəhs edən N.Paşayeva səkkiz tələbə tərəfindən yazılan inşanın artıq müsabiqə komissiyası tərəfindən qiymətləndirildiyini və bu günlərdə qalibin adının elan olunacağını bildirdi. Nəticə olaraq həmsədrlər tərəfindən inşa müsabiqəsinin qalibinin U.Şekspirin vətəninə nəzərdə tutulan səfərinin 2016-cı ilin əvvəlində həyata keçirilməsini qərara aldılar.
Sonda həmsədrlər İngiltərə-Azərbaycan
Cəmiyyətinin digər planları və layihələri
haqqında bəhs etdilər.
525-ci qəzet.- 2015.- 11 noyabr.- S.4.