Almatıda Bəxtiyar Vahabzadənin 90 illik yubileyi qeyd olundu

 

  Noyabrın 10-da Qazaxıstanın Almatı şəhərində TÜRKSOY və Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşkilatçılığı ilə xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyi qeyd olunub.

 

Mədəniyyət Turizm Nazirliyindən 525.az-a verilən məlumata görə, tədbir çərçivəsində TÜRKSOY-un təşəbbüsü ilə şairin yubileyi münasibətilə nəşr olunmuşTürk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiriadlı kitabın təqdimat mərasimi keçirilib.

 

Kitaba şairin Azərbaycan dilindəki şeirləri ilə yanaşı, qırğız, türk, türkmən, qazax dillərinə tərcümə edilmiş şeirlər daxil edilib.

 

Tədbirdə Qazaxıstan yazıçıları, ziyalılar, həmçinin Azərbaycan, Qırğızıstan Türkiyədən dəvət olunan qonaqlar iştirak ediblər.

 

Azərbaycanın TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı Bəxtiyar Vahabzadənin şeirlərinin TÜRKSOY tərəfindən türk xalqlarının dillərinə tərcümə olunaraq çap edilməsindən danışıb.

 

Sonda kitabın tərcüməsində və tədbirin təşkilində əməyi olanlara TÜRKSOY adından mükafatlar təqdim olunub.

 

525-ci qəzet.- 2015.- 12 noyabr.- S.7.