"Müasir
kinematoqrafda rəssam işi" tədris olunacaq
Bu gün - noyabrın 12-də
C.Cabbarlı adına
"Azərbaycanfilm" kinostudiyasında
beynəlxalq kino industriyasında böyük
nüfuza malik, Britaniya İncəsənət
və Dizayn Ali Məktəbinin kuratoru, həmyerlimiz Əddis Hacıyevin "Müasir kinematoqrafda rəssam işi" mövzusunda mühazirələrə start verilir.
Mühazirəyə kino, televiziya və reklam sahəsində çalışan rəssamlar,
dekor, kostyum və qrim ustaları,
rekvizit mütəxəssisləri
və bu sahəyə peşəkar
maraq göstərən
hər bir rəssam qatıla bilər.
Mühazirə əsasən "Rəssam
qrupunun tərkibinin, işinin və məsuliyyət dairəsinin
müəyyən olunması",
"Müasir film istehsalında
layihənin bədii həlli termini", "Rəssam
qrupunun işə başlaması üçün
zəruri olan şərtlər və işin təhvil verilmə qaydası" və "Rəssamın prodüser, icraçı
prodüser, rejissor və ikinci rejissor ilə səmərəli ünsiyyətinin
qurulması prinsipləri"
mövzularını əhatə
edəcək.
Qeyd edək ki, Əddis
Hacıyev 1979-1983-cü illərdə
Əzim Əzimzadə
adına Dövlət Rəssamlıq
Məktəbində, 1983-1991-cü illərdə Gerasimov adına Ümumrusiya Kinematoqrafiya Universitetinin
"Rəssamlıq" fakültəsində
təhsil alıb. "Ən yaxşı
rəssam işi" nominasiyasında bir çox beynəlxalq film festivallarının nominantı
və qalibidir.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 12 noyabr.- S.7.