Azərbaycan cazı Parisdə

 

 

Paris Xarici Mədəniyyət İnstitutları Forumunun 14-cü "Jazzycolors" festivalı çərçivəsində Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində caz musiqisindən ibarət konsert təşkil olunub.

 

Fransadakı səfirimiz Elçin Əmirbəyov konsertdən əvvəl çıxış edərək Azərbaycanda caz musiqisinin yaranma tarixindən inkişafından danışıb.

 

Səfir ölkəmizdə caz musiqisinin bünövrəsinin 1930-cu illərin sonunda Niyazi Tofiq Quliyev tərəfindən qoyulduğunu diqqətə çatdırıb, Vaqif Mustafazadənin muğamın klassik Amerika caz musiqisi ilə sintezini yaratdığını vurğulayıb.

 

E.Əmirbəyov deyib ki, Azərbaycan cazının dünyada öz yeri var. Müasir dövrdə İsfar Sarabski, Emil Əfrasiyaboğlu, Şahin Növrəsli ölkəmizdə caz musiqisi ənənəsini davam etdirirlər.

 

Səfir azərbaycanlı gənc pianoçu bəstəkar Etibar Əsədli haqqında danışaraq onun Bakı caz festivallarında öz bəstələri ilə diqqəti cəlb etdiyini bildirib.

 

Qeyd edib ki, E.Əsədlinin təkcə Azərbaycanda deyil, eyni zamanda, Fransada, İngiltərədə, İsveçrədə, Kiprdə, Rusiyada, Türkiyədə Gürcüstanda konsertləri olub. O, Monrö Beynəlxalq Caz Festivalında da iştirak edib.

 

Sonra Etibar Əsədli özünün bəstələdiyi musiqiləri, eləcə Vaqif Mustafazadənin "Qara qaşın vəsməsi" musiqisini ifa edib. Gənc bəstəkarın çıxışı tamaşaçılar tərəfindən hərarətli alqışlarla qarşılanıb.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 12 noyabr.- S.7.