"Göygöl"
ansamblı Beynəlxalq Muğam Mərkəzində
konsert verib
Beynəlxalq Muğam Mərkəzində
Xan Şuşinski Fondunun dəstəyi və təşkilatçılığı
ilə Gəncənin
"Göygöl" mahnı
və rəqs ansamblı geniş konsert proqramı ilə çıxış
edib.
Beynəlxalq Muğam Mərkəzindən
bildirilib ki, konsert Xalq artisti,
tarzən Fikrət Verdiyevin bədii rəhbərliyi ilə gerçəkləşib.
Konsertdə Əməkdar artist Sevinc
Sarıyeva, gənc xanəndə Ehtiram Hüseynov, solistlər Mehbarə Cəfərova, Kamilə Nəbiyeva və başqaları çıxış ediblər.
Gecədə gənc solistlərin ifasında bir sıra xalq və bəstəkar mahnıları, muğamlar
və təsniflər
səsləndirilib.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 12 noyabr.- S.7