"Dünya ölkələri Azərbaycandakı tolerantlığın onlarda olmasını arzulayırlar"

 

"Radikal-ekstremist qüvvələrin əsas məqsədi iğtişaşlar yaratmaq,dövlətçiliyin dağılması, məhv olması istiqamətində fəaliyyət göstərməkdir. Onlar bu fəaliyyətlərini həyata keçirmək üçün özlərinə yuva salıb, meydan yaradıb, nəzarətsiz yerlər  tapmağa can atırlar".

 

Belə bir açıqlama ilə millət vəkili Elman Məmmədov bir qrup radikal-ekstremist ruhlu şəxslərin din pərdəsi altında iğtişaş yaratmaq cəhdlərinə münasibət bildirərkən çıxış edib. Onun sözlərinə görə, bu, radikal-ekstremist qüvvələrin haradan qidalandığı müvafiq orqanlara məlumdur: "Eləcə radikal-ekstremist qüvvələrin məqsədləri hər kəsə aydındır. Ona görə hesab edirəm ki, Azərbaycanda müvafiq orqanlar, eyni zamanda hüquq-mühafizə orqanları onların qanundankənar, Azərbaycan Konstitusiyasına ziddi hərəkətlərinə qarşı ən kəskin şəkildə təsir göstərməlidirlər. Biz dinin əleyhinə deyilik. Bizim hər birimiz Allaha inanan insanlarıq, müsəlmanıq bizim dinimiz var".

 

E.Məmmədov bildirib ki, biz din pərdəsi altında özlərinin çirkin niyyətlərini həyata keçirən qüvvələrə, dövlətçiliyə təhlükə yaradan qüvvələrə qarşı amansız olmalıyıq: "Beləcə onların fəaliyyətinə imkan verməməliyik. Hesab edirəm ki, Azərbaycan Respublikasında bu istiqamətdə kifayət qədər ayıq-sayıq hərəkətlər həyata keçirilir bu, dövlətçiliyimizin qorunub saxlanılması üçün çox vacibdir".

 

Millət vəkili Rövşən Rzayev isə deyib ki, Azərbaycanda din pərdəsi altında iğtişaş yaratmaq istəyən bir qrup radikal-ekstremist ruhlu şəxslər xarici qüvvələrə aldadılıb onların təsirləri altında yaşayırlar. Onun sözlərinə görə, bu gün həmin o bir qrup radikal-ekstremist qüvvələrdən öz vətənlərinə, Azərbaycana qarşı istifadə olunur: "Onların özləri belə heç bilmirlər ki, ilə məşğuldurlar. Bütün bunların başında Azərbaycana qarşı düşmən mövqeyində olan qüvvələr, dövlətlər, xüsusilə Ermənistan onun lobbilərinin, xüsusi orqanların əməkdaşlarının apardığı fəaliyyət dayanır".

 

R. Rzayev əlavə edib ki, onlar çox ciddi nəzarət altında saxlanılmalı qarşısı alınmalıdır: "Azərbaycan güclü müstəqil dövlətdir. Prezident İlham Əliyev başda olmaqla ölkəmiz öz müstəqilliyini bundan sonra da qoruyacaq Azərbaycan daimi olaraq inkişaf edəcək. Bu cür radikal düşüncəli insanların hərəkətləri heç uzun çəkməyəcək. Azərbaycan xalqı öz liderinə inanır öz lideri ilə bir yerdə ölkəmiz bu təxribatların hamısının qarşısını alacaq".

 

Politoloq Ramiz Alıyev isə hesab edir ki, bütün dünya ölkələri Azərbaycanda olan tolerantlığın, multikulturalizmin digər ölkələrdə olmasını arzulayırlar: "Ona görə ki, ölkəmizdə bütün dinlərə eyni münasibət qayğı var. Baxmayaraq ki, Azərbaycanda əhalinin 90 faizindən çoxu müsəlmandır İslam dininə sitayiş edir. Bütün bu dünyəvi siyasəti bəzi ölkələr beynəlxalq dairələr qısqanclıqla qarşılayır həzm edə bilmirlər".

 

Onun sözlərinə görə, ölkəmizdə İslam dininə sitayişdə digər bəzi dövlətlərdə olduğu kimi, fanatikcəsinə deyil, əsl İslama yaraşar formada ibadət olunur: "İbadət müqəddəs yerlər ölkə rəhbərliyi səviyyəsində diqqət qayğı ilə əhatə olunur. Ancaq təəssüflər olsun ki, xaricdən idarə olunan bəzi radikal-ekstremist qüvvələr bütün bu tolerant siyasəti həzm edə bilmir ölkədə qarışıqlıq yaradıb məqsədlərinə çatmağa çalışırlar. "İŞİD"ə qoşulmaq üçün buradan adamlar göndərməklə, digər ölkələrdə olan din xadimlərinə sitayiş etməklə İslam dininə sadiq olduqlarını insanlara göstərmək istəyən bu qrup insanlar anlamır ki, Azərbaycan dövləti hüquq-mühafizə orqanları olduqca güclü bütün təxribatlara sinə gəlməyə qadirdir".

 

R.Alıyev əlavə edib ki, ölkəmizdə olan bütün inanclı insanlar həmin radikal-ekstremist qruplara onlara qoşulanlara öz qəti etirazını bildirməlidirlər: "Məhkəmə tərəfindən hansı qərar qəbul olunacaqsa, o qərarı dəstəkləməliyik".

 

PƏRVANƏ

525-ci qəzet.- 2015.- 12 noyabr.- S.4.