Azərbaycanlılar tolerant olanda o söz leksikonumuzda yox idi

 

Biz azərbaycanlılar gözümüzü dünyaya açandan bəzi başqa xalqlara qarşı səmimi davranmışıq, mehriban yaşamışıq, qonşu, qohum olmuşuq. O qədər qaynayıb-qarışmışıq ki, adətlərini adətimiz bilib, bayramlarını birgə keçirib, yaslarında yas tutmuşuq.

 

Azərbaycanın paytaxtı Bakı şəhərinin mərkəzində - “Fəvvarələr bağı”nın yanında erməni kilsəsi var. Müharibə şəraitində yaşadığımız bir vaxtda bizə qarşı terrorlar, qırğınlar, vəhşiliklər törədən bir millətin kilsəsini dağıtmaq dövlətin, millətin ağlının ucundan keçmir. Bizim düşüncəmiz heç vaxt başqalarına qarşı nifrətə köklənməyib.

 

Son illər leksikonumuza daxil olmuştolerantlıqelə bu imiş. Biz heç mənasını bilmədən, sözün özünü işlətmədən tolerant idik.

 

Noyabrın 16-da Beynəlxalq Tolerantlıq günüdur. Son illər Azərbaycanda da bu gün bayramsayağı qeyd olunur.

 

Millətlərarası, multikulturalizm dini məsələlər üzrə dövlət müşaviri akademik K.Abdullayev bildirib ki, bütün dünyada keçirilən Beynəlxalq Tolerantlıq Gününün Azərbaycanda da qeyd edilməsi onun haqqıdır: “Bu gün Azərbaycanda xalqa arxalanaraq multikultural rejimi inkişaf etdirmək başqa ölkələrə örnək kimi çatdırmaq mümkündür. Dövlətin siyasəti, dövlətçilik prinsipləri bu şəkildə qurulub inkişaf etdirilir. Nəticədə hazırda ölkəmiz dünyada öz sözü, yeri, potensialı inkişaf hədəfləri olan bir dövlətdir”.

 

Tolerantlığı prinsip kimi ilk dəfə Renessans yazıçısı R.Erasmus (XVI əsr) təklif edib. O vaxt Qərbdə dini müstəvidə buna ehtiyac yaranmışdı. Humanistlər bu yolla kilsəyə başa salmağa çalışırdılar ki, kimsə allahsız, dinsiz ola bilər. Belə hallara tolerant yanaşılmalıdır. Dinsiz ya allahsız şəxs kilsə qarşısında yox, yalnız öz vicdanı qarşısında məsuldur.

 

1648-ci ildə imzalanmış Vestfal sülhü dini dözümlülüklə bağlı ilk sənəddir. Ancaq Vestfal sülhünün ardınca gələn 30 illik müharibə bu müharibə zamanı göstərilən dini dözümsüzlük həmin dövr üçün dözümlülüyün yetişmədiyini sübut etdi. Dözümlülük haqqında tam dolğun fikirlər yalnız II minilliyin sonunda formalaşmağa başladı.

 

Toleranssözü latıncatolerantiasözündəndir. Mənası dözüm, qatlanma, səbr, genişqursaq olma, həzm etmə, xoş davranma deməkdir.

 

Tolerans çoxvariantlılığı rasional olaraq qəbuletmə mövqeyidir. Tolerans ya tolerantlıq - nəzakət ya mədənilik norması, oyunu deyildir. O, başqasının bizə zidd fikirlərini dinləmək mədəniyyəti, bu fikirlərə hörmətlə yanaşmaq nəzakətidir. O, dünyaya baxış forması, varlığın müxtəlifliyi qarşısında dayanma şəklidir. Ona görə , “toleransiçəridə yavaş-yavaş kinə, nifrətə çevrilən məcburi dözümlülük nümayişi deyildir. O, qaçılmaz müxtəlifliyin birgəyaşayış normasıdır. Təzadların birlikdə yaşaya bilmə şərtidir. Çünki daha (Orta əsrlərin sonundan etibarən) heç bir problemin yeganə cavabı, yeganə həlli yoxdur. Hər cavabın ya həllin ən azı bir rəqibi var. Elə bu datolerans”ı zəruri edir.

 

Azərbaycan bu göstəricisinə görə dünyaya örnəkdir. Bu şişirtmə deyil, reallıqdır. Əgər tolerantlıq avropalı üçün hüquqi bir vəzifədirsə, azərbaycanlı üçün mənəvi məsələdir.

 

Tolerantlıq insan hüquqları və vicdanı ilə bağlıdır, insan azadlıqları və hüqüqlarının təsdiqi, plüralizmdemokratiya əsasında formalaşır. 1995-ci il noyabrın 16-da keçirilmiş UNESKO Baş Konfransının 28-ci sessiyasında Tolerantlıq prinsiplərinə dair Bəyannamə qəbul olundu. Bu Bəyannamədə vurğulanır ki, “dözümlülük, ilk növbədə insan azadlıqları və universal hüquqların etirafı əsasında formalaşan fəal münasibətdir”, bununla yanaşı, “dözümlülük, insan hüquqlarına dair beynəlxalq hüquq aktlarında müəyyən olunmuş normaları iddia edən, həqiqətin mütləqləşdirilməsindən və ehkamçılıqdan imtina edən bir anlayışdır”.

 

Azərbaycanda ən geniş yayılmış din islamdır. Əhalinin 96%-i müsəlmandır. Ölkədə bundan başqa xristianlıq iudaizm dinləri mövcuddur. Xristianların əksəriyyəti rus pravoslav gürcü pravoslav kilsəsinə məxsusdur. Yəhudilərin çoxu dağ yəhudiləri əşkinazi yəhudiləridir.

 

Müstəqillik dövründə Azərbaycanda 2 minə yaxın məscid tikilib, son 10 il ərzində 80 məscid əsaslı təmir edilib. Ölkədə rəsmi şəkildə 525 islam, 34 qeyri-islam təmayüllü dini icma, eyni zamanda, 11 kilsə, 6 sinaqoq fəaliyyət göstərir. Avropanın ən iri sinaqoqlarından biri 2003-cü ilin mart ayında məhz Bakı şəhərində açılıb.

 

Odur ki, bu gün ən çox bizim bayramımızdır. Bayramınız mübarək, Azərbaycanda yaşayan bütün millətlər!

 

Ramilə Qurbanlı

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İnformasiya təminatı sektorunun məsləhətçisi

 

525-ci qəzet.- 2015.- 14 noyabr.- S25.