Milli Dram Teatrı yeni tamaşasını təqdim etdi
Akademik Milli
Dram Teatrında “Herostratı
unudun” tamaşasının
premyerası keçirilib.
Mədəniyyət və Turizm Nazirliyindən 525.az-a verilən
məlumata görə,
Qriqori Qorinin eyniadlı əsəri əsasında hazırlanan
tamaşanın quruluşçu
rejissoru Əməkdar
incəsənət xadimi
Mehriban Ələkbərzadədir.
Səhnə əsərində əməkdar
artistlər Elşən
Rüstəmov, Sabir Məmmədov, Ayşad Məmmədov, Münəvvər
Əliyeva, İradə
Həsənova, aktyorlar
Hikmət Rəhimov, Rüstəm Rüstəmov,
Vüsal Mustafayev, Cümşüd Zeynalov, Ülvi Həsənov, Şamil İbrahimov, Elgün Həmidov çıxış edirlər.
Tamaşanın quruluşçu rəssamı
İlham Elxanoğlu, musiqi tərtibatçısı
Kamil İsmayılov, rejissor assistenti Dilbər İsmayılovadır.
Rus dramaturqu Qriqori Qorinin pyesi əsasında
səhnələşdirilmiş “Herostratı unudun!” adlı ikipərdəli tragikomediyanın süjetini
dünyanın yeddi möcüzəsindən biri
hesab edilən, inşası 120 il davam etmiş qədim Efes şəhərindəki Artemida
məbədinin eramızdan
əvvəl 356-cı ildə
Herostrat adlı bazar alverçisi tərəfindən yandırılması
hekayəsi təşkil
edir.
525-ci qəzet.- 2015.- 14 noyabr.- S.23.