Tbilisidə azərbaycanlı rəssamın
“Quşlar üçün
viza”sı sərgilənir
Tbilisidəki TBC İncəsənət Qalereyasında
Azərbaycanın Əməkdar
rəssamı Əliyar
Əlimirzəyevin rəsm
əsərlərindən ibarət
“Quşlar üçün
viza” adlı sərgi açılıb.
Sərgidə rəssamın qrafik işləri ilə yanaşı, heykəltəraşlıq
nümunələri də
təqdim olunur.
TBC qalereyasının direktoru xanım Ketevan Qorcaxe bildirib ki, tanınmış
azərbaycanlı rəssamın
əsərləri xüsusi
diqqət cəlb edir. Rəssamın əsərlərində qeyri-adi elementlər, məsələn, velosiped
təkərindən hazırlanmış
əcaib formalar heykəllərə orijinallıq
bəxş edir.
Qadın
obrazlarından hazırlanmış
heykəllər xüsusilə
diqqətəlayiqdir. Ə.Əlimirzəyevin işlərinə baxanda insan fantaziyasının tükənməzliyinə bir
daha əmin olursan. Biz bunları
nəzərə alaraq
onun əsərlərinin
sərgisini təşkil
etdik”.
Əliyar Əlimirzəyev sərgidə
15 rəsm və 2 heykəltəraşlıq əsərinin
nümayiş olunduğunu
bildirib. O, sərginin təşkilinə görə
Bakının “Qız
Qalası” qalereyasının
və TBC qalereyasının
rəhbərliyinə minnətdarlıq
edib.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin mədəniyyət və humanitar məsələləri üzrə müşaviri Samirə Ağayeva, bu ölkənin mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. 525-ci qəzet.- 2015.- 14 noyabr.- S23