Müasirləri Əli İldırımoğlu haqqında

 

Əli İldırımoğlunun yaradıcılığını, onun qəzet səhifələrindəki çıxışlarını maraqla izləyirəm. Bu müəllifin yazılarında məni ən çox qane edən cəhət təsvir etdiyi hadisələrin, lövhələrin mərkəzində duran canlı həyatdır, səfərbərlik duyğusudur”.

 

Mirzə İbrahimov

Xalq yazıçısı

 

Əli İldırımoğlunun leksikonunda dialektizmlər, ümumiyyətlə, xalq danışıq dili sözləri kifayət qədər çox işlənir, məsələn: gənəşmək (məsləhətləşmək), ağzıyelli (özündənrazı qudurğan), üzükmək (böyür-başda hərlənmək), yolaq (qapı), eymənmək (qorxmaq), üzünük (zəif), həvirləşmək (dil tapmaq, yaxınlaşmaq) s. Misalların sayını qədər desəniz artırmaq olar, ancaq məsələ bunda deyil; əsas odur ki, müəllif həmin sözlərdən özünün bədii dil təfəkkürünün, “köhnə kişiüslubunun üzvü tərkib hissəsi kimi istifadə edir.

 

Yazıçının xalq dilindən gələn olduqca zəngin frazeologiyası barədə ayrıca bəhs etmək lazım gəlir; məsələn: “qaranlıq düşmüşdü, itnən qurd güclə seçilirdi”, “sarı madyana ocağın gözünə qoymaq üçün bir-iki qucaq quru çırpı yükləmişdi”, “onun dolaşığa düşmüş fikir kələfi yüz yerə çözələndi”, “kənddə itə bir çörək borcluydu”, “...Qızyetərə öhd olmurdu, bildiyi biləsindəydi”, “arada özündən basıb-bağlayırdı”, “gərək külüng vurasan, toz qopa”, “Şimşək Şəkərli başımın üstündə qılınc oynadır s”.

 

Nizami Cəfərov

Professor, millət vəkili

 

Qarlı gecələr” el-oba təəssübü, xətir-hörmət yeri, ədəb-ərkan, nüfuz-izzət təlqin edən, koloriti qəlbə qürur, ruha təskinlik gətirən, xəlqiliklə nəfəs alan bir romandır. Bu roman sayda sanbalda, təmkin ədada, duruş dözümdə, özünücəlbdə elə Əli İldırımoğlunun özünə oxşayır. Uca boylu, sərt baxışlı, etibarlı, izzəti-nəfsli, elə bağlı, dağ duruşlu uzaqgörən Əli İldırımoğluna!”

 

Nizaməddin Şəmsizadə

Filologiya elmləri doktoru, professor

 

“Tomas Vulf deyirdi: “Bütün yazıçılar öz tərcümeyi-hallarını yaradırlar mən dünya ədəbiyyatındaQulliverin səyahəti”ndən avtobioqrafik əsər tanımıram”. Bəli, Əli İldırımoğlu öz taleyini yazır. Kərpic-kərpic, daş-daş hörüb qurduğu bu ömrü hərf-hərf, cümlə-cümlə yaddaşlara bina eləyir. Yazıçı bu taledə nəyisə azaltmır, yaxud nəyisə qabartmır, hər şey həyatda olduğu kimidi: rəngsiz-boyasız. Müəllif təxəyyüllə gerçəklik arasında olan sərhədi elə ustalıqla götürür ki, oxucu tərəddüd keçirir: Görən o, kitabın, yoxsa həyatın içindədi?!”

 

Yaşar

Yazıçı, tərcüməçi

 

Əli İldırımoğlu qələm adamıdır. Ürəyini qələmə boşaldan söz sahibidir. o, dünyaya göz açandan dilini öyrəndiyi yerin-yurdun, dünyadan köçərək həmin yer-yurda qovuşmuş əziz, munis insanların taleyini yazır. Əli İldırımoğlu yazır ki, o dili gələn nəsillər unutmasın. Yazır ki, yazdıqları keçmişlə sabah arasında körpü olsun. O yerlər ki, o ata yurdu ki, Əli İldırımoğlu ondan yazır, oralar lap çoxdandır ki, düşmən tapdağındadır. Lap çoxdandır ki, o yerlərin dağı, daşı, otu, çiçəyi, bulağı, çayı laldır. Bildikləri təkcə bizim dildir: kimlə dərdləşsin, zavallılar. Bəlkə tək o yerlərin quşlarıdır ki, dərdləriylə birgə yurdun azad səmtlərinə uçurlar, danışıb ürəklərini boşaldırlar. Əli İldırımoğlu həmin qəlbi sınıq səmtlərin, o yerlərdəki gülün, bulağın, qayanın, mamırın dilindən yazır, o ruh unudulmasın deyə yazır”.

 

Rafael Hüseynov

Akademik, millət vəkili

 

Hər bir qələm sahibi əsərlərində istər-istəməz özünü ifadə edir. Kimi özünü olduğu kimi, kimi olmaq ya görünmək istədiyi kimi təsvir etməyə üstünlük verir. Əslində, bunun özü birbaşa yaşanan ömürlə bağlıdır. Keçmiş Tanrı bəndəsinin yalnız dünəni deyil, həm bəlkə , daha çox özündən sonrakı adının nəslinin dəyişdirilməsi qeyri-mümkün olan sabahıdı. Əli İldırımoğlu təsəlli təskinliyinə çevrilmiş keçmişini, mənliyini qorumaqla elə yaşayıb ki, indi onun dünənini təmizləməyə bəzəməyə yox, olduğu kimi çatdırmağa ehtiyac vardır. Buna görə onun əsərləri realdır, həyatidir, canlıdır ən başlıcası, səmimidir”.

 

Arif Əmrahoğlu

Ədəbiyyatşünas

 

Əli İldırımoğlunun doğulub, böyüyüb, boya-başa çatdığı kəndinə böyük bir bağlılığının, sonsuz məhəbbətinin olması səbəbindəndir ki, onun əsərlərindən keçmiş kəndin zəhmət adamları, təsərrüfatı, təbiəti, insanlarının xarakteri barədə tam təbii dürüst məlumat almaq mümkündür. O keçmiş Azərbaycan kəndinin ən tipik tədqiqatçısı demək olar ki, bu mənada, sonuncu yazıçısıdır. Bundan sonra Azərbaycan kəndinin 100 illik tarixi keçmişini onun kimi görən, onun qələmi qüdrətində təsvir edə bilən bir sənət nümayəndəsi olmayacaqdır.

 

Qəzənfər Kazımov

Filologiya elmləri doktoru, professor

525-ci qəzet.- 2015.- 14 noyabr.- S20