Əli İldırımoğlu-88

 

Hörmətli Əli müəllim!

 

Sizi, müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, istedadlı yazıçı və böyük söz ustasını yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

 

Əli müəllim! Siz əlinizə qələm aldığınız gündən Azərbaycan həqiqətlərini böyük şövqcoşqu ilə təsvir edən, yaratdığınız canlı həyat lövhələri və ədəbi obrazlar silsiləsi ilə xalqımızın yaxın və uzaq keçmişi barədə, qəhrəmanlıq tarixi haqqında canlı lövhələr yaradan, xalqın istək və arzularının tərənnümçüsü olan müdrik bir sənətkar kimi yaddaşlara hopmuşsunuz.

 

Siz, müasir nəsrimizin aparıcı simalarından, ədəbiyyatımızın inkişaf meyllərini müəyyənləşdirən sənətkarlardansınız. Azərbaycan nəsrinin inkişafında, xüsusən, müasir romançılığın yeni üfüqlər fəth etməsində Sizin əvəzsiz xidmətləriniz vardır. Siz öz orijinal üslubunuz, yazı tərziniz, şirin təhkiyəniz, ecazkar dilinizlə Azərbaycan nəsrinə yeni təravət gətirmisiniz.

 

Hörmətli Əli müəllim! Siz təkcə yazıçı kimi deyil, eyni zamanda bir ictimai xadim, el ağsaqqalı, müdrik bir ziyalı kimi də yaxşı tanınırsınız. Sizə son dərəcə coşğun bir xalq sevgisi, el məhəbbəti var. Siz saysız-hesabsız mükafatlara, dövlət təltiflərinə, ordenmedallara layiq görülmüsünüz. Möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilmisiniz.

 

Əli müəllim! Siz bizim kollektivə də doğma adamsınız, sanki, bizim ağsaqqal, nurani bir əməkdaşımızsınız. Siz həmişə təzə qələm məhsullarınızı təzə-təzə, isti-isti bizə etibar etmisiniz. Bu etimada görə Sizə minnətdarlıq edirik. Bundan başqa, bizim qəzetin səhifələrində Sizin yaradıcılığınız barədə nə qədər rəylər, ressenziyalar, məqalələr dərc edilib. Bu da yazıçı - qəzet münasibətlərinin səmimiyyətindən soraq verir. Odur ki, Sizin yubileyinizi, eləcə öz kollektivimizin bir üzvünün yubileyi kimi qəbul edirSizi bir daha təbrik edirik.

 

Hörmətlə,

 

“525-ci qəzet”in yaradıcı kollektivi.

525-ci qəzet.- 2015.- 14 noyabr.- S20