Milli Kitabxanada treninqlər davam edir
Kitabxanalarda yeni avtomatlaşdırılmış
kitabxana sistemi olan ALISA proqramının tətbiqi ilə bağlı M. F.Axundzadə
adına Azərbaycan Milli Kitabxanasında mütəmadi
olaraq təşkil edilən 10 günlük treninqlər davam edir.
Treninqə Qubadlı, Cəbrayıl,
Samux, Qazax, Naftalan, Goranboy rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin mütəxəssisləri və
kitabxanaçıların ixtisasartırma
kursunda iştirak edən nümayəndələr
qatılıb.
Treninqçilər ALISA proqramında işləməklə
yanaşı, MARC 21 formatını
öyrənərək yerlərdə
tətbiq edəcəklər.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açılış
mərasimində mütəmadi
olaraq təşkil edilən treninqlərin Milli Kitabxana və Ultra şirkətinin
mütəxəssisləri tərəfindən aparıldığını
iştirakçıların diqqətinə çatdırıb.
Bildirilib ki,
sonda treninqi müvəffəqiyyətlə
başa vuran
müdavimlərə sertifikatlar təqdim
ediləcək.
525-ci qəzet.- 2015.- 14 noyabr.- S14