Xoreoqrafiya Akademiyasında Əlibaba Abdullayevin 100 illiyi qeyd olundu
Bakı
Xoreoqrafiya Akademiyasında
(BXA) peşəkar rəqqas,
Xalq artisti Əlibaba Abdullayevin 100 illik yubileyinə həsr olunmuş “Ustad sənətkar” adlı elmi-praktiki seminar keçirilib.
Bu ali təhsil
müəssisəsinin elm və
yaradıcılıq işləri
üzrə prorektoru Sonaxanım İbrahimova Azərbaycan rəqs sənətinə böyük
töhfələr vermiş
Ə.Abdullayevin qoyduğu
sənət yolunun bu gün BXA-da uğurla inkişaf və davam etdirildiyini söyləyib.
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında
keçiriləcək yekun
yubiley tədbirinə
akademiyanın tələbələrinin
böyük şövqlə
hazırlaşdıqlarını vurğulayıb.
Daha sonra akademiyanın milli rəqslər kafedrasının
müdiri, Əməkdar
artist Sənan Hüseynli
məruzə ilə çıxış edərək
ustad sənətkarın
həyat və yaradıcılığından söz açıb. Azərbaycan
rəqs sənətinin
banilərindən olan
Ə.Abdullayevin xoreoqrafiya
və milli rəqs sənətimizdə
böyük məktəb
yaratdığını vurğulayan
natiq rəqqasın Üzeyir Hacıbəyli ilə birlikdə Dövlət Filarmoniyasında
yaratdığı rəqs
ansamblının tarixindən
danışıb:
“Görkəmli bəstəkarlarımız
Tofiq Quliyev, Soltan Hacıbəyov və Cahangir Cahangirovla birlikdə rayon və qəsəbələri
gəzən rəqqas
folklor rəqs nümunələrimizi toplayaraq
böyük səhnəyə
çıxarıb. İlk dəfə
Bakıda özfəaliyyət
rəqs kollektivlərinin
yaradılmasında da
sənətkarın böyük
əməyi olub.
Bu kollektivlərin rəqslərinə
quruluş verərək
onların ümumittifaq
festivallarda uğurlu çıxışlarına nail olub.
Əlibaba Abdullayev Azərbaycan rəqs sənətinin tarixində yeganə rəqqas sənətkardır
ki, beynəlxalq festivallarda ölkəyə
səkkiz qızıl,
bir gümüş və üç bürünc medal qazandırıb.
Sənətkar “Azərbaycanfilm” kinostudiyasında
20-dən artıq bədii,
“Telefilm” yaradıcılıq
birliyində 80 sənədli
filmə, Musiqili Teatrda isə 30-dək tamaşada rəqsə quruluş verib”.
Sənətkarın tələbələri
- Xalq artisti Roza Cəlilova, əməkdar artistlər Aliyə Ramazanova, Kamil Dadaşov, çəkməçi, Əməkdar
Mədəniyyət İşçisi
Əli Əhmədov sənətkarla bağlı
xatirələrini bölüşüblər.
“Naz eləmə”
rəqsinin real tarixçəsi
barədə məlumat
verən R.Cəlilova tədbir iştirakçılarının
nəzərinə onu
da çatdırıb
ki, rəqqasın
1954-cü ildə quruluş
verdiyi “Qaragöz” rəqsi düz 61 ildən sonra yenidən səhnəyə
qayıdacaq.
Tədbirin sonunda Ə.Abdullayevin qızı Elmira xanım çıxış edərək
Mədəniyyət və
Turizm Nazirliyinə, Bakı Xoreoqrafiya Akademiyasının rəhbərliyinə
təşəkkürünü bildirib.
O, atasının sənət
yolunu layiqincə davam etdirən Azərbaycan rəqs sənətinin nümayəndələrinə
daim axtarışda olmağı arzulayaraq onlara zərif, eyni zamanda, şərəfli
sənət yolunda uğurlar arzulayıb.
Qeyd edək ki,
tədbir boyunca sənətkarın quruluş verdiyi rəqslərdən
nümunələr, filmlərdən fraqmentlər nümayiş olunub.
BXA-nın tələbələrinin ifasında “Naz eləmə”, “Tərəkəmə” rəqsləri
də böyük maraqla
qarşılanıb.
525-ci qəzet.- 2015.- 14 noyabr.- S.14