Kürdəmirdə Seyid
Əzim Şirvaninin 180 illik
yubileyi qeyd olunub
Kürdəmir rayon İcra Hakimiyyəti
və AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin
Aran Regional Şöbəsi
rayonun Atakişili kənd orta məktəbində klassik
Şərq poeziyasının
böyük nümayəndəsi,
XIX əsr maarifçilik
ideyalarının ən
böyük təbliğatçısı
Seyid Əzim Şirvaninin 180 illik yubileyi münasibətilə
ədəbi-bədii məclis
keçirib.
Tədbir XIX əsrin böyük missenatı Şirvanlı
Mahmud ağanın təşkil
etdiyi, dünyanın bir çox məşhur şəxslərinin
qonaq olduğu və Seyid Əzimin
rəhbərlik etdiyi
"Beytüş-Şəfa" ədəbi məclisi quruluşunda təşkil
olunmuşdu.
Məclisin aparıcısı Muzeyin Aran Şöbəsinin müdiri filologiya üzrə fəlsəfə
doktoru Yaqut Bahadurqızı yığıncağı
açaraq Seyid Əzim Şirvaninin həyat və yaradıcılığı haqqında
tamaşaçılara məlumat
verib.
Məclisdə tanınmış ziyalılar,
elm və incəsənət
xadimləri filologiya elmləri doktoru, professor,
AMEA folklor institunun şöbə müdiri Hacı Seyfəddin Qəniyev, Respublikanın Əməkdar İncəsənət
xadimi, xanəndə Hacı Aqil Məlikov, Respublikanın Xalq artisti Gülyaz
Məmmədova, Respublikanın
Əməkdar Mədəniyyət
işçisi Şirvan
Aşıqlar Birliyinin
sədri aşıq Ağamurad İsrafilov, Respublikanın Əməkdar
artisti, qocaman diktor-qiraətçi Eldost
Bayram, Milli Konservatoriyanın müəllimi,
tarzən Mehman Mikayılov, kaman ifaçısı Cahandar
Mikayılov iştirak
ediblər. Professor Seyfəddin
Qəniyevin yeni çapdan çıxmış
"Seyid Əzim Şirvani ocağı"
və "Şirvanın
565 şairi" kitabları
məclis iştirakçılarına
təqdim olunub.
Sonda Kürdəmir
rayon icra hakimiyyəti
başçısının müavini Vəsilə Əskərli çıxış
edərək qonaqlara və tamaşaçılara
minnətdarlığını bildiib.
Məclisin
xoş ovqatı tamaşaçılara da siraət etmiş,
zaldan da Seyid Əzim qəzəllərindən parçalar
söylənib.
525-ci
qəzet.- 2015.- 17 noyabr.- S.8.