Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Lənkəranın yerirolu

 

(Əvvəli 13 noyabr sayımızda)

 

Lənkəranın gözəl memarlıq abidələrindən biri Mir Əhməd xanın yaşayış evidir. Bu binanın tikintisi 1913-cü ildə tamamlanıb. Milli memarlıq elementlərindən bacarıqla istifadə olunub. Onun fasadları əlvan naxışlarla zəngindir. Bina tikilərkən bir çox inşaat materialları Lənkərana Fransadan Bakıdan gəmi ilə gətirilib. Bu üç mərtəbəli bina şəhərin ilk çox mərtəbəli binası olub. Bəzi məlumatlara əsaslansaq, Lənkəranda ilk dəfə 1908-1910-cu illərdə Mirəhməd xanın evi tikilərkən daimi cərəyanla işləyən kiçik elektrik qurğusu olub. Bunun vasitəsi ilə quyudan su hamamın çəninə vurularmış. 1910-1912-ci illərdə isə elektrik gücü 1-2 kvt olan sabit cərəyan elektrik qurğusu yaradılıb. Qeyd etmək lazımdır ki, binanın şimal qərb fasadlarına kərpic yonulmuş daş işlənib. Şərq cənub fasadları isə yalnız kərpicdən hörülüb. Evin giriş hissəsi şimal fasadında yerləşib, daşdandır.

 

Şimal-qərb fasadının birinci mərtəbəsinin küncündən bir sütun qalxır. Sütunun üstündən ikinci mərtəbə üçün ekker tikilib. Ekker dörd üzlü dəmir günbəzlə örtülüb. "Xan evi"adlanan bu bina Mirəhməd xanın sifarişi ilə inşa edilib. Öz əsrinin ziyalı adamlarından olan Mirəhməd xan bu binanın tikilməsi üçün Fransadan memar ustalar dəvət edib. Elə buna görə bu tikilidə həm qərb, həm şərq memarlıq elementlərindən məharətlə istifadə edilib, bu da binaya xüsusi gözəllik orijinallıq verir. Bina Milli Qəhrəman Ə.Əliyev adına mədəniyyət istirahət parkının qarşısında yerləşir. Hazırda bu bina tarixi-mədəni abidə kimi qorunur burada bərpa işləri aparılıb.

 

Hal-hazırda bu möhtəşəm binada 4793 nömrə ilə qeydiyyata alınmış Lənkəran Tarix-Diyarşünaslıq muzeyi yerləşir. Muzeydə Lənkəranın qədim tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərini bu gününü əks etdirən eksponatlar nümayiş etdirilir. Əsas fondda 6500 çox eksponat var. Muzeyin ekspozisiyası isə altı bölmədən ibarətdir: təbiət, qədim dövr, orta əsrlər tarixi, yeni dövr, ən yeni dövr (1917-1945-ci illər), müasir dövr (1945-ci ildən hazırkı dövrə qədər). Bütün bölmələrdə nümayiş olunan eksponatlar öz dövrlərini əks etdirir. Eksponatlar xronoloji qaydada yığılıb. Burada etnoqrafiya, arxeologiya, xalq tətbiqi sənəti, numizmatikanı əks etdirən nümunələr Lənkəranın görkəmli şəxsiyyətlərinin şəxsi sənədləri digər eksponatlar göstərilir.

 

Azərbaycanda İslam dini təşəkkül tapdıqdan sonra burda da bir sıra ziyarətgahlar: ocaqlar, türbələr, pirlər və xanagahlar yaranıb. Belə müqəddəs məkanlardan biri də Lənkəran rayonunun Şıxəkan (Şıxəkəran) kəndində yerləşən Şeyx Zahid türbəsidir. Tarixə nəzər saldıqda məlum olur ki, Şeyx Zahid öz dövrünün tanınmış ziyalısı olub. Şeyx Zahid 1215-ci ildə indiki Lənkəran rayonunun Siyavar kəndində Talış Şeyx Rövşən Əmirin ailəsində dünyaya göz açıb. Şeyx Rövşən Əmir İranın Gilan vilayəti kəndlərinin birində evləndikdən sonra Lənkəranın Siyavar kəndinə köçüb. Şeyx Zahidin əsl adı Tacəddin İbrahimdir. O, Kiyəpurə Məhəmməd və Babul ilə birlikdə ilk təhsilini Astaranın Butəsər (indiki Pensər) kəndində XIII əsrin məhşur sufi alimi Seyid Cəmaləddindən alıb. Seyid Cəmaləddin Gili (Gilan) mahalının Malvan kəndində doğulub. O, sonralar Astaraya köçübömrünün sonuna kimi burada yaşayıb. 1253-cü il noyabrın 28-də vəfat edib, Astara rayonunun Butəsər (Pensər) kəndində dəfn olunub. Məzarı hal-hazırda da həmən kəndin qəbristanlığındadır və "Şeyx Cəmaləddin" piri kimi tanınır. Kifayət qədər təqvalı bir şəxsiyyət olan Seyid Cəmaləddin çox böyük ümidlər bəslədiyi şagirdinə "Zahid" (ərəbcədən tərcümədə ibadət adamı, pəhrizkar deməkdir) ləqəbini verib, vəfat edərkən isə ona öz işini davam etdirməyi və sufi təriqətinə başçılıq etməyi tapşırıb. XIII əsrdə Talışın ərazisi Gilanın tərkibində olduğu üçün Şeyx Zahid özünə "Gilani" təxəllüsünü götürüb. Şeyx Zahid Gilani də hörmət və ehtiram əlaməti olaraq oğluna müəllimi Cəmaləddinin adını qoyub. Şeyx Zahid zəmanəsinin böyük alimlərindən biri olmaqla yanaşı, eyni zamanda bir neçə dilbilirmiş. Belə ki, o, doğma talış dilindən başqa türk (Azərbaycan), gilək, ərəb, fars, kürd və qədim pəhləvi dillərində danışmış. Talış və gilək dillərində şeirlər yazıb. Ömrünün çox hissəsini Gilanda, sonralar Muğanda yaşayıb. Onun Siyavarda, Hiləkəranda, Gərmətükdə dini təbliğ edən nümayəndəliyi, Muğan, ŞirvanMarağada isə çoxlu şagirdləri olub. O, 25 il Səfəvilərin ulu babası müqəddəs Şeyx Səfiəddinə müəllimlik edib. Lənkəran mahalının Hiləkəran kəndində fəaliyyət göstərmiş Şeyx Zahid məktəbi dövrünün ən yüksək təhsil verən elm ocaqlarından biri olub. Məhz buna görə də Şeyx Zahid məktəbi nəinki Azərbaycanda, ümumiyyətlə şərqdə əhali arasında geniş şöhrət qazanıb. Şeyx Zahid qızı Bibifatmanı şagirdi Şeyx Səfiəddinə (1252-1334) ərə verib. Bu nikahdan Şeyx Səfiəddinin Məhiyyəddin, Sədrəddin və Əbu Səid adlı üç oğlu olmuşdur. Məhz bu səbəbdən Səfəvilər ana tərəfdən Şeyx Zahid nəslindən hesab olunurlar. Şeyx Zahid ömrünün sonunda yaratdığı dərviş cəmiyyətinin başçılığına doğma oğlu, varisi Şeyx Cəmaləddin Zahidini yox, kürəkəni Şeyx Səfiəddini təyin edib. Şeyx Səfiəddinin nəsli "Səfəviyyə" adlanan yeni cəmiyyətin başçıları olub. Şeyx Zahidin törəmələri isə Səfəvilərdən asılı vəziyyətdə qalıb. Lakin onlar müridlər içərisində hörmətli yer tutublar.

 

Şeyx Zahid 1300-cü ilin mart ayında Siyavarda vəfat edib, orada da dəfn olunub. Tarixdən məlumdur ki, Şeyx Zahidin məqbərəsini bir neçə dəfə su basıb. Məhz dəniz suyunun qalxması ilə əlaqədar onun qəbri sonralar Hiləkəran, indiki Şıxəran kəndinə köçürülüb. Tarixi mənbələrdən məlum olur ki, indiki Şıxəkəran kəndinin əvvəlki adı Hiləkəran olub. Şeyx Zahidin qəbri Siyavardan buraya köçürüldükdən sonra kənd onun adı ilə Şıxəkəran adlandırılıb. Şıxəkəran talış dilində Şıxəkon adlanır. Talışca "Şıx"-Şeyx, "kon"-isə evlər deməkdir. Beləliklə, Şıxəkəran toponimi talış dilində "şeyx evləri" mənasını verir. Səfəvi hökmdarları ulu babaları olan Şeyx Zahidin məqbərəsini dəfələrlə ziyarət edib, onu təmir ediblər. 1478-ci ildə Şah İsmayıl Xətainin atası Şeyx Heydər (1460-1488) bir neçə nəfər mahir bənna və nəccarla gəlib məqbərə ilə günbəzi təmir etdirib. Şah İsmayıl Xətai (1487-1524) 1500-ci ildə, 1-ci Şah Abbas (1587-1629) isə 1609-cu ildə buranı ziyarət ediblər.

 

Bu gün Şeyx Zahid türbəsi nəinki Lənkəran rayonu, həmçinin respublikamızda daha çox tanınan ziyarətgahlardan biridir. İnsanlar arasında bu müqəddəs ziyarətgaha böyük inam var. Heç də təsadüfü deyildir ki, xalq tərəfindən Şeyx Zahidə olan inamla bağlı "Yatmış şahzadə haqqında talış əfsanəsi" və "müqəddəs Şeyx Zahid haqqında talış xalq əfsanəsi" yaradılıb.

 

(Ardı var)

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 17 noyabr.- S.6.