Uşaqların "Çiçəklər"i Tarix Muzeyində

 

Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində "Çiçəklər" uşaq rəsmləri sərgisinin açılışı olub.

 

Bilik Fondunun muzeyin birgə təşkilatçılığı ilə reallaşan sərgidə Dövlət Uşaq Filarmoniyası Hövsan Mədəniyyət evinin rəsm dərnəyinin üzvləri olan 16 gənc rəssamın 67 əl işi nümayiş etdirilir.

 

Açılış mərasimində muzeyin direktoru, akademik Nailə Vəlixanlı ölkəmizdə istedadlı uşaqlara, gənclərə göstərilən diqqət qayğıdan danışıb. Akademik, eyni zamanda, sərginin əhəmiyyətini vurğulayıb.

 

Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov digər çıxış edənlər sərgi ilə bağlı fikirlərini bildirib, gənc rəssamlara uğurlar arzulayıblar.

 

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 18 noyabr.- S.7.