Azərbaycanın beynəlxalq münasibətlər
sistemində yeri və rolu
ELÇİN ƏHMƏDOV: "BEYNƏLXALQ
BİRLİK MÜXTƏLİF COĞRAFİYALARDA BAŞ
VERƏN OXŞAR HADİSƏLƏRİ FƏRQLİ
PRİZMALARDAN YANAŞMAĞA
Türkiyənin Antalya şəhərində keçirilən "Böyük
İyirmilik" (G20) dövlətlərinin
Sammitində Azərbaycanın
iştirakı, Prezident
İlham Əliyevin ali tribunadan
dünya liderlərinə
ünvanladığı vacib
mesajlarla bağlı Qarabağ Araşdırmalar
Mərkəzinin sədri,
politoloq Elçin Əhmədov "525"ə müsahibə
verib.
- Azərbaycanın "Böyük
İyirmilik" dövlətlərinin
Sammitində iştirakını
necə qiymətləndirirsiniz?
-Böyük İyirmiliyin hər il
keçirilən Zirvə
Toplantısı ilin əsas iqtisadi hadisəsi hesab olunur. G20 dedikdə
dünyanın aparıcı
iqtisadi, hərbi, siyasi gücə malik dövlətləri nəzərdə tutulur.
Belə bir Sammitdə Azərbaycanın da təmsil olunması dövlətimizin beynəlxalq
imici, siyasi-iqtisadi qüdrətinin son dövrlər
artmasının göstəricisidir.
Türkiyənin xüsusi dəvəti
əsasında Azərbaycanın
iştirak etdiyi Sammit ölkəmizin gələcək inkişafı
üçün də
mühüm əhəmiyyət
kəsb edir. Azərbaycanın beynəlxalq münasibətlər
sistemində yeri və rolundan danışsaq, dövlət
başçısımızın G20 Liderlər Sammitində dəvət olunması artıq ölkəmizin dünyada əsas fiqurlardan birinə çevrildiyini ortaya qoyur.
-Fransada baş verən terror aktları ilə bağlı Sammitin böyük ölçüdə terrorla
mübarizəyə həsr
olunacağı gözlənilən
idi. Bu mənada,
dünya birliyi tərəfindən terrorla
mübarizə sahəsində
ciddi addımların atılmasını gözləmək
olar?
-G20 Sammitinin gündəliyində
əsasən qlobal iqtisadi məsələr dayanır. Antalyada keçirilən Zirvə Görüşündə
də qlobal iqtisadi və qaçqınlara yardım,
miqrasiya problemləri kimi ciddi məsələlərin
müzakirə olunacağı
gözlənilirdi. Lakin noyabrın
13-də Fransanın paytaxtı
Parisdə baş verən terror aktları Sammitin gündəliyini bir qədər dəyişdi. Zirvə Toplantısında
önə çıxan
əsas məsələ
beynəlxalq terrorla mübarizə problemləri
oldu. Bu mənada,
Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında
bu məsələlərə
aydınlıq gətirərək,
dövlətimizin beynəlxalq
terrorla mübarizədə
fəal rolundan danışıb. Xüsusilə, dövlət başçısı
Azərbaycanın Əfqanıstanda
koalisiya qüvvələrinin
işinə qoşulan
ilk ölkələrdən olduğunu bildirib. Bundan əlavə, Prezident Azərbaycanın
son 25 ildə erməni
terroru ilə üz-üzə qalan dövlət olduğunu, Ermənistanın Azərbaycana
qarşı terror siyasətinin
bu gün də davam etdiyi
dünya liderlərinin
diqqətinə çatdırıb.
Ermənistan təkcə azərbaycanlılara
qarşı soyqırım,
etnik təmizləmə
siyasəti ilə yanaşı işğal prosesini də həyata keçirərkən
çoxsaylı terror aksiyalarından
da istifadə edib. Azərbaycanda törədilən terror aktları nəticəsində
iki mindən çox vətəndaşımız
öldürülüb. Dövlət
səviyyəsində terrorizm
və soyqırım siyasəti yeridən Ermənistan 1988-1994-cü illərdə
müxtəlif səpkili
- sərnişin avtobusları,
yük qatarları, Bakı Metropoliteni, hava nəqliyyatı, sərnişindaşıyan gəmilərdə
ümumilikdə 373 terror aktı
həyata keçirib.
Bunun nəticəsində iki mindən çox insan həlak olub, 1705 nəfər isə ağır xəsarətlər alıb.
Ermənistan Azərbaycanda 40-a yaxın irimiqyaslı
terror aktı törədib.
Ümumilikdə, Ermənistanın Azərbaycan torpaqlarını
işğal etməsi
nəticəsində iyirmi
mindən çox vətəndaşımız öldürülüb,
yüz mindən çox yaralanıb, əlli mindən çox isə əlil olub. Bütün bunlarla yanaşı, dövlət başçısı
Ermənistanın işğalçılıq,
terror siyasətinin bu gün də davam etdiyini dünya liderlərinin diqqətinə çatdırıb.
Prezident Ermənistanın terror təşkilatları
tərəfindən Azərbaycana
qarşı həyata
keçirilən hücumları
işğalçı ölkənin
dövlət siyasətinin
tərkib hissəsi kimi qiymətləndirib.
İlham
Əliyev bu təcavüzün nəticəsində
iyirmi ildən artıqdır Azərbaycan
torpaqlarının iyirmi
faizi bu gün işğal altında olduğunu qeyd edib. Eyni zamanda, dövlət başçısı Ermənistan
beynəlxalq təşkilatların
qəbul etdiyi sənədlərə məhəl
qoymadığını dünyanın
aparıcı dövlətlərinin
liderlərinin diqətinə
çatdırıb və
əgər terror siyasəti
aparan bu, dövlətin yürütdüyü
məkrli siyasətin qarşısı alınmazsa
digər münaqişə
ocaqlarının yarana
biləcəyini istisna
etməyib.
-Necə ola bilər
ki, dünyanın aparıcı dövlətlərinin
liderləri müsəlman
ölkələrində baş
verən terror aktlarına
o qədər də ciddi yanaşmır, lakin Fransada baş verən hadisələrə dərhal
lazımi reaksiya verirlər?
-Dünyanın bütün
nöqtələrində baş
verən terror hücumlarına
qarşı eyni həssaslıqla yanaşılmalıdır.
Azərbaycan terrorizmdən əziyyət
çəkən dövlət
kimi terrorun nə olduğunu çox yaxşı başa düşür.
Son olaraq Fransada
həyata keçirilən
terror aktları Yaxın
Şərq ölkələrində
baş verən oxşar hadisələrdən
fərqlənmir. Bu baxımdan, "Böyük
İyirmilik" dövlətlərinin
Zirvə Görüşündə
Prezident İlham Əliyev dünya liderlərinə ciddi mesajlar verib, terrorizmə qarşı mübarizədə bir mövqedən çıxış
etməyə dəvət
edib. Ona görə də, İlham Əliyevin tədbirdə iştirak etməsi və ali tribunadan
dünya ictimaiyyətinə
səslənməsi mühüm
əhəmiyyət kəsb
edir. Bunu, Azərbaycanın informasiya müharibəsi şəraitində Ermənistanın
yürütdüyü terror siyasətinin ifşa olunması istiqamətində
atdığı növbəti
addım kimi qiymətləndirmək lazımdır.
-Bundan sonra dünya
birliyinin Azərbaycanın
Dağlıq Qarabağ
probleminə ikili standartlardan uzaq, ədalətli yanaşmasını
görmək mümkün
olacaq?
-Hazırda dünya dövlətləri tərəfindən
yürüdülən ikili
standartlar siyasətinin
səbəblərindən biri
dini ayrıseçkilikdir.
Yəni,
Qərb dövlətləri
və ABŞ-da ksenefobiya, anti-semitizm, islamafobiya meyllərinin artması həmin dövlətlərin bu məsələlərdə ədalətli
mövqedən çıxış
etməsinə maneəçilik
törədir. Beynəlxalq birlik
müxtəlif coğrafiyalarda
baş verən oxşar hadisələri fərqli prizmalardan yanaşmağa davam edəcəksə, bu ikili standartları hələ uzun müddət aradan qaldırmaq mümkün olmayacaq. Bu mənada,
Azərbaycanın haqlı
mövqeyinin müdafiə
olunmaması məhz ölkəmizin İslam dünyasının tərkib
hissəsi olması, müstəqil daxili və xarici siyasət xəttinə malik olması, eləcə də dövlətimizin son dövrlər
dinamik inkişaf etməsi və yeni dünya standartları müəyyənləşdirməsindən
irəli gəlir.
Bütün bunlara bəzi
xarici qüvvələri
razı salmır.
Ona görə də, müxtəlif vaxtlarda Azərbaycana qarşı qərəzli sənədlərin
qəbul olunmasının
şahidi oluruq. Şübhəsiz ki, bu cür qarayaxma kampaniyaları heç bir nəticə verməyəcək, münaqişə
dondurulmuş fazadan çıxacaq və öz həllini tapacaq.
Ceyhun ABASOV
525-ci qəzet.- 2015.- 18 noyabr.- S.5.