Tolerantlıq günü ilə bağlı tədbir keçirildi

 

Azərbaycanda tolerantlıq multikulturalizm dövlət siyasətinin ayrılmaz hissəsidirmövzusunda seminar-treninq keçirilib.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) 525.az-a verilən məlumata görə, dünən komitənin Masallı bölgəsi üzrə şöbəsi Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “16 noyabr-Tolerantlıq günü”nə həsr edilmişAzərbaycanda tolerantlıq multikulturalizm dövlət siyasətinin ayrılmaz hissəsidirmövzusunda seminar-treninq keçirilib.

 

Tədbirdə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, Masallı Rayon İcra Hakimiyyətinin məsul işçisi Qəşəm Hadıyev, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Mirqiyas Təhməzov, Masallı Rayon Gənclər İdman İdarəsinin rəisi Camal Manafov, rayonun dini icma sədrləri, təhsil işçiləri gənclər iştirak edib.

 

DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov tolerantlıq ənənələrinin Azərbaycan xalqının mənəviyyat sülhsevərliyindən qaynaqlandığından, tolerantlığın dövlət siyasətinin əsas tərkib hissəsini təşkil etdiyindən danışıb.

 

Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Mirqiyas Təhməzov, Masallı Rayon İcra Hakimiyyətinin məsul işçisi Qəşəm Hadıyev, Masallı Rayon Gənclər İdman İdarəsinin rəisi Camal Manafov, Ərəb kənd məscidi dini icmasının sədri Əliman Hüseynov başqaları çıxış edərək Azərbaycan xalqının tolerantlıq ənənələrindən danışaraq, dövlətimizin bu ənənələrə verdiyi önəmi vurğulayıblar.

 

SondaTolerantlıq günümövzusunda təşkil edilmiş kitab sərgisi nümayiş etdirilib tədbir iştirakçılarına Dövlət Komitəsi tərəfindən dini maarifləndirmə məqsədi ilə ədəbiyyat paylanılıb.

 

525-ci qəzet.- 2015.- 18 noyabr.- S.2.