"Muğamatım bir
dəryadır"
Üzeyir
Hacıbəyli adına Bakı Musiqi Akademiyasında "Muğamatım bir dəryadır" musiqi təlimi keçirilib.
Prezident yanında Gənclər Fondunun dəstəyi və Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə baş tutan təlim üç gün davam edib.
Layihənin rəhbəri İlahə
Qismətin bildirdiyinə
görə, təlimin
əsas məqsədi
gənc ifaçılara
və bu sahəyə marağı
olan şəxslərə
muğam sənətinin
sirlərini öyrətmək,
həmçinin onların
incəsənətə olan
marağının artırılmasına
kömək etməkdən
ibarətdir.
Təlimdə iştirakçılar muğamla
bağlı onları
maraqlandıran bir çox suallara cavab taparaq əyani
muğam parçalarını
dinləməklə yanaşı,
şifahi və ənənəvi professional muğamlarımız
haqqında maarifləndiriliblər.
Belə
ki, təlim görkəmli muğam ifaçıları Xalq artisti, dosent Zümrüd Məmmədova,
Əməkdar İncəsənət
Xadimi, professor, bəstəkar
Aydın Əzimov, Əməkdar artist, dosent Mirnazim Əsədullayev və musiqişünas Fərdin Məmmədlinin
iştirakı ilə
baş tutub.
Qeyd edək
ki, layihə çərçivəsində gənc musiqiçilər
və musiqisevərlər
ustad sənətkarlar
tərəfindən professional muğamlarımız haqqında
biliklərə yiyələnməklə
yanaşı, mövzu
ətrafında bir sıra elmi müzakirələrdə də
iştirak ediblər.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 19 noyabr.- S.7