Amerikanın məşhur caz ifaçısı İncəsənət Muzeyində

 

 

Amerikanın görkəmli caz ifaçısı Qabriel Stravelli Milli İncəsənət Muzeyində geniş konsert proqramı ilə çıxış edib.

 

Konsertdə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə yanaşı, bir sıra xarici diplomatik korpusun nümayəndələri iştirak edib.

 

Konsert öncəsi qeyd olunub ki, dünya şöhrətli caz ifaçısı Qabriel Stravelli onun qrupu müxtəlif açıq konsertlər verəcək yerli musiqiçilər üçün ustad dərsləri keçəcəklər.

 

Bildirilib ki, Qabriel Stravellinin Azərbaycanda keçirilən bütün konsert proqramları pulsuzdur geniş ictimaiyyət üçün açıqdır. Eyni zamanda YARAT Müasir İncəsənət Məkanında Amerika Caz Musiqisinin tarixi mövzusunda təqdimat konsert olacaq.

 

Qeyd edək ki, Q. Stravelli onun qrupu ABŞ-ın Dövlət Departamentinin Amerika Musiqisinin xaricdə təbliği proqramı çərçivəsində Azərbaycana ilk dəfə səfər edir.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 19 noyabr.- S.7.