Portuqaliyada Azərbaycan multikulturalizminə böyük maraq var  

 

 

Bakı Beynəlxalq Multikulturalizm MərkəzininAzərbaycan multikulturalizmi fənninin xarici yerli universitetlərdə tədrisilayihəsi çərçivəsində Azərbaycan multikulturalizmi fənni 19 yerli ali təhsil məktəbləri ilə yanaşı 11 nüfuzlu xarici universitetdə tədris olunur.

 

Bugünlərdə xaricdəki nüfuzlu ali təhsil ocaqlarından olan Portuqaliyanın Lusofona Humanitar Texnologiya Universitetində Azərbaycan multikulturalizmi fənnini keçən Maya Cəfərquliyeva ilə söhbətləşdik. Pedaqoqa tədrisin keyfiyyəti, gələcək perspektivlərlə bağlı suallarımızı ünvanladıq.

 

-Öncə Portuqaliyada necə qarşılandığınızı bilmək istərdik. Fərqli mühitə öyrəşmək qədər zaman aldı?

 

- Portuqaliyada həm Universitet kollektivi tərəfindən, həm magistrantlar tərəfindən sözlə ifadə edə bilməyəcəyim qədər yüksək səviyyədə qarşılandım. Qeyd etmək istərdim ki, portuqallar olduqca mehriban, gülərüz ünsiyyətcil xalqdır. Lusofona Universitetinin Dinşünaslıq kafedrasının kollektivi Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri professor Teresa Do Rosario Damasio ilə ilk görüş zamanı yüksək qonaqpərvərliyin şahidi oldum. Tələbə-müəllim heyəti tərəfindən Azərbaycana olan böyük marağı mədəniyyətimizlə ilə daha yaxından tanış olmaq istəyi hiss olunurdu. Burada yeni muhitə öyrəşmək çətin deyil, çünki insanları sülhsevər, xoşniyyətli, havası mülayim, təbiəti rəngarəng, mətbəxi isə ləziz olan Portuqaliya torpağınadayam. Burada çalışdığım Dinşünaslıq kafedrasında sağlam ab-havası hökm sürür kafedra əməkdaşları ilə birgə işləmək çox xoşdur.

 

-Portuqaliyadakı multikultural vəziyyətlə bağlı hansı müşahidələriniz var?

 

-Portuqaliya müxtəlif mədəniyyətləri dinləri təmsil edən nümayəndələrin birgə yaşadığı nəhəng ailədir. Böyük kəşflərdövrü Portuqaliyada mədəni müxtəlifliyin formalaşmasına, bu ölkədə mədəniyyətlərarası dialoqun inkişafına təkan verib. Burada multikultural muhitiBirlik müxtəliflikdə, müxtəliflik isə birlikdəkəlməsi ilə ifadə etmək olardı. Universal portuqal dili plüralistik cəmiyyəti birləşdirərək, ümümi mədəni irsin formalaşmasına zəmin yaradıb. Bu irs bir neçə kontinenti birləşdirərəkLusofonafenomenini ərsəyə gətirib. PortuqaliyadaAzərbaycan multikulturalizmikursunun tədris olunduğu Universitetinin adında da bu konsepsiya öz əksini tapıb.

 

Dini müxtəlifliyə gəldikdə isə, Portuqaliya xristianlığın katolik cərəyanının geniş yayıldığı ölkədir, əhalinin əksəriyyəti xristianlığa etiqad edənlərdi. Bununla yanaşı ölkədə islam, yəhudilik, buddizm müxtəlif qeyri-ənənəvi inanclar da yayılıb. İlk öncə tədris apardığım qrupda bu müxtəlifliyin şahidi oldum. Qrupdakı dinləyicilərin arasında katolik keşişə, Lisabon yaxudi icmasının rəhbərinə, Bütpərəstlər Assosiasiyasının kuratoruna, ateistlərə rast gəldim. Sözün əsl mənasında çoxmədəniyyətli auditoriyadır.

 

-Bu müddət ərzində universitetlə əməkdaşlığın səviyyəsi sizi qane edirmi?

 

-Lusofona Universiteti ilə əməkdaşlıq inkişaf etməkdə, müxtəlif istiqamətlərdə ortaq işbirliyi perspektivləri təyin olunmaqdadır. Azərbaycan multikulturalizmi tədris kursunu dinləyən tələbələrin mədəniyyətimizə yüksək marağını nəzərə alaraq, “Azərbaycan mədəniyyəti saatlarıadlı əlavə proqramın həyata keçirilməsi istiqamətində aparılır. Nəzəri hissəylə bərabər praktik məşğələləri özündə birləşdirən proqram Azərbaycan mədəniyyəti ilə tələbələri daha yaxından tanış edəcək, mövcud biliklərin daha da zənginləşməsinə xidmət edəcəkdir. Bundan əlavə, Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olanKitabi-Dədə Qorqudeposuna həsr olunacaq tədbirlə bağlı hazırlıq işləri görülür.

 

-İndiyədək keçdiyiniz dərslər hansı mövzuları əhatə edib?

 

- Bu günə qədər üç dərsimiz baş tutub. MühazirələrimizAzərbaycan multikulturalizmi fənninin predmeti əhəmiyyəti”, “Azərbaycanın ictimai-fəlsəfi fikir tarixində tolerantlıq multikulturalizm ideyalarıEtnik- milli müxtəliflik Azərbaycan Respublikasının multikulturalizm siyasətimövzularına həsr olunub.

 

-Tələbələrinizin say tərkibi milli mənsubiyyəti barəsində deyə bilərsiniz?

 

-Hal-hazırda kursun 10 nəfər dinləyicisi var. Milliyətcə portuqaldılar, qrupda yəhudi təhsil alır. Ümumillikdə, maraqlı rəngarəng auditoriya formalaşıb. Aralarında fizika üzrə elmlər namizədi, turizm sektorunda çalışan, hüquqşünas, mədəniyyət sektorunun işçiləri, yerli dini icmaların rəhbərləri, elmi tədqiqatçılar var. Müxtəlif sahələr üzrə nümayəndələri birləşdirən amil isə ölkəmizə Azərbaycan multikulturalizminə olan maraqdır.

 

-Dinləyicilərin Azərbaycan haqqında əvvəllər hansı bilgiləri vardı dərslər necə qarşılanır?

 

-Kursu dinləyənlərin Azərbaycanın multikulturalizm siyasəti sahəsindəki təcrübəni dərindən dərk etmək istəyi danılmaz həqiqətdir. Onlar dərs zamanı səslənən hər bir fakta böyük maraq göstərir, dərsdən öncə sərbəst araşdırma aparırlar nəticədə auditoriyada disskusiyalar aparılır. İlk dərsdə auditoriyada «Azərbaycan haqqında bilirsiniz sualına «Bakı, neft, Avroviziya mahnı müsabiqəsi, İlk Avropa oyunları, İslam dini…» kimi cavablar daha çox səsləndi. Dərslərin birində auditoriyada simulyasiya oyununu keçirdik, böyük həvəslə iştirak etdiklərinin şahidi oldum. Dərsin seminar hissəsində auditoriya şərti qruplara bölünmüşdü onlara sorğu anketi təqdim olunmuşdu. Bu dinləyicilərin həvəsini daha da artırdı, kiçik qruplar arasında bilik üzərində qurulan sağlam rəqabəti gördüm. Təbii ki, ən dolğun cavabları təqdim edən qrupun qələbə uğrunda mübarizəsi yox, əsl bilik mübadiləsi önəmli idi.

 

-Tələbələri bu mövzuyla bağlı daha çox maraqlandırır?

 

-Ən çox Azərbaycanın etnik dini müxtəlifliyi barədə suallar verilir. Azərbaycanda min illər boyu birgə yaşayan müxtəlif etnik qruplarla maraqlanırlar. Dünya etnik xaritəsində yalnız Azərbaycanda yaşayan Xınalıqlar barədə çoxlu suallar verirlər. Dünyada yalnız Azərbaycanda mövcud olan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti onlarda böyük maraq doğurur. Onları ilk dərsimizdə portuqal Azərbaycan dilində salamlamışdım, ana dilimizə maraqları oyandı. Bu onların Azərbaycan diliylə ilk görüşləri idi ana dillərinə yaxın fonemlərı eşitdikdə vurğuladılar ki, “Biz o qədər uzaq deyilik, dillərimiz arasındakı məsafə aramızda olan coğrafi məsafədən daha qısadır».

 

Sevinc MÜRVƏTQIZI

525-ci qəzet.- 2015.- 19 noyabr.- S.5.