Azərbaycanın ədliyyə və məhkəmə
sistemi uğurla inkişaf edir
22 noyabr Ədliyyə
işçilərinin peşə bayramı günüdür
Fəxrlə demək olar ki, bu il ədliyyə və məhkəmə sistemi üçün daha əlamətdar və yaddaqalan olmuşdur. Hələ may
ayında Məhkəmə-Hüquq
Şurasının 10 illiyi
bütün ölkə
miqyasında, o cümlədən,
xarici ölkələrin,
nüfuzlu beynəlxalq
təşkilatların nümayəndələrinin
iştirakı ilə
geniş qeyd edildi. İstər yubiley münasibətilə
Bakıda keçirilmiş
beynəlxalq konfransda,
istərsə də silsilə xarakterli digər tədbirlərdə
Azərbaycanda məhkəmə
sisteminin müasirləşdirilməsi
üzrə görülən
tədbirlərin, köklü
islahatların uğurlu
nəticələri qeyd
olundu, ədalət mühakiməsinin səmərəliliyinin
artırılması sahəsində
qazanılan nailiyyətlər
vurğulandı. Doğrudan
da, ötən müddət ərzində
Məhkəmə-Hüquq Şurasının
gördüyü işlərə
nəzər salarkən
bir daha əmin olursan ki, ölkəmiz qısa bir vaxtda
müasir məhkəmə
sisteminin yaradılmasına
nail olmuş, onun infrastrukturunun yeniləşməsi,
hakimlərin ən mütərəqqi üsullarla
seçilməsi üzrə
böyük işlər
görülmüşdür. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulmuş köklü
islahatların möhtərəm
Prezidentimiz cənab İlham Əliyevin uğurla inkişaf etdirməsinin nəticəsidir
ki, beynəlxaq ekspertlərin rəyinə
görə, hazırda
Azərbaycan dünyanın
ən səmərəli
məhkəmə-hüquq islahatları
aparan 10 ölkəsindən
biridir.
Bu sahədə uğurlarımızı
şərtləndirən amillərdən
biri də odur ki, Azərbaycan
düzgün olaraq məhkəmə fəaliyyətinin
təkmilləşdirilməsi işində qabaqcıl Avropa təcrübəsindən
bacarıqla faydalanır.
2005-ci ildən etibarən, qısa müddət ərzində müvafiq qanunvericilik bazası təkmilləşdirilmiş, həmin
ilin fevral ayında yeni qanunvericiliyə uyğun olaraq demokratik əsaslarla formalaşdırılmış
Məhkəmə-Hüquq Şurası
ədliyyə naziri, birinci dərəcəli Dövlət ədliyyə
müşaviri Fikrət
Məmmədovun rəhbərliyi
ilə mühüm və səmərəli fəaliyyətə başlamışdır.
Ölkəmizdə məhkəmə-hüquq islahatlarının keyfiyyətcə
yeni mərhələyə
keçməsində Azərbaycanda
məhkəmə sisteminin
müasirləşdirilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı
19 yanvar 2006-cı il tarixli fərmanının müstəsna
əhəmiyyəti olmuşdur.
Fərmanın icrası
məqsədilə regionların sosial-iqtisadi inkişafı
şəraitində əhalinin
hüquq institutlarına
və hüquqi yardıma tələbatının
ödənilməsi üçün
yeni regional məhkəmələr
yaradılmış, vətəndaşların
narazılığına səbəb
olan sui-istifadə, süründürməçilik hallarının və digər nöqsanların aradan qaldırılması,
vətəndaşların məhkəmələrə
inamının təmin
edilməsi, məhkəmələrə
müraciət imkanlarının
asanlaşdırılması, məhkəmələrin maddi-texniki
təminatının gücləndirilməsi,
məhkəmə aparatlarının
strukturunun və işinin təkmilləşdirilməsi
üzrə mühüm
işlər görülmüşdür.
Məlum olduğu kimi, ölkəmizdə 2005-ci ilin
sentyabr ayından başlayaraq hakimlərin ən mütərəqqi prosedurlarla çoxpilləli
seçimi həyata keçirilir. Ötən müddət ərzində
yeni qaydalar əsasında keçirilən
müsabiqələrdə iştirak
etmiş 2600-dən çox
hüquqşünasdan 307 nəfər
seçilərək hakim vəzifəsinə
təyin edilmişdir.
Azərbaycanın bu sahədə
qazandığı nailiyyətlər
cəmiyyətimiz tərəfindən
böyük rəğbətlə
qarşılanmış, beynəlxalq
aləmdə geniş
əks-səda doğurmuşdur.
Təsadüfi deyil ki, Avropa Şurasının
Ədalət mühakiməsinin
səmərəliliyi üzrə
komissiyası (CEPEJ) ölkəmizdə
hakimlərin seçim
prosedurunu Avropada örnək kimi dəyərləndirmiş, Avropa
İttifaqı tərəfindən
həyata keçirilən
Şərq tərəfdaşlığı
ölkələrində məhkəmə
islahatlarının gücləndirilməsi
layihəsi üzrə
hesabatda isə bu seçim nümunə kimi qiymətləndirilərək digər
üzv-dövlətlərə tövsiyə edilmişdir.
Ədalət mühakiməsinin çatımlılığı
zəruriliyini nəzərə
alaraq son illər ərzində ölkə ərazisində geniş
regional məhkəmə şəbəkəsinin,
o cümlədən, vahid
apelyasiya məhkəməsini
əvəz edən
regional apelyasiya məhkəmələrinin,
həmçinin ağır
cinayətlər, inzibati-iqtisadi,
hərbi məhkəmələrin
yaradılması regionlarda
yaşayan əhalinin hüquq və mənafeyinin etibarlı qorunmasına xidmət edir. Ümumiyyətlə,
son illərdə Məhkəmə-Hüquq
Şurasının təklifləri
əsasında 20-dək yeni
məhkəmə yaradılmış,
hakimlərin sayı 2
dəfə artırılaraq
600-ə çatdırılmış, məhkəmə aparatı
işçilərinin sayı
isə 75 faiz artırılaraq, hər bir hakimə köməkçi ştatı
ayrılmışdır.
Bu islahatlar çərçivəsində
nüfuzlu beynəlxalq
təşkilatlar və
maliyyə qurumları
ilə sıx əməkdaşlıq şəraitində
məhkəmə infrastrukturunun
yeniləşməsi üzrə
görülən tədbirlər
xüsusi qeyd edilməlidir. Məlum olduğu kimi, Dünya Bankının maliyyə dəstəyi ilə Azərbaycan hökumətinin uğurla
həyata keçirdiyi
birgə layihələr
çərçivəsində 40-dək
məhkəmənin yerləşəcəyi
müasir bina və komplekslərin layihələri hazırlanıb,
5 rayon məhkəməsi üçün
ən müasir
İKT-lərlə təchiz
olunmuş yeni binası tikilərək istifadəyə verilib, 9 məhkəmə üçün
bina və komplekslərin intensiv inşası gedir. Bu yaxınlarda ən
müasir tələblərə
cavab verən Sabunçu və Şəki Məhkəmə
komplekslərinin inzibati
binalarının açılışı
sübut etdi ki, beynəlxalq ekspertlərin qeyd etdiyi kimi Azərbaycanda
inşa olunan məhkəmə binalarının
səviyyəsi hətta
Avropa standartlarını
üstələyir.
Ölkəmizdə uğurla aparılan
məhkəmə-hüquq islahatları
çərçivəsində son vaxtlarda reallaşan ən mühüm yenilik Azərbaycan Respublikası Prezidentinin
2014-cü il 13 fevral tarixli sərəncamına əsasən
"Elektron məhkəmə"
informasiya sisteminin yaradılmasına başlanılmasıdır.
Bu ən mütərəqqi
sistemin tətbiqindən
sonra məhkəmələrə
iddia ərizələri
elektron qaydada göndəriləcək, ifadələr
elektron daşıyıcılara
qeyd olunacaqdır.
Tərəflər vəsatətləri və şikayətləri
informasiya texnologiyalarından
istifadə etməklə,
elektron poçt vasitəsilə göndərəcək
və qəbul edəcəklər. Bu isə məhkəmə prosesləri zamanı etibarlı və sürətli məlumat mübadiləsi sisteminin fəaliyyət göstərməsini,
iştirakçıların ifadələrinin və digər sübutların şəffaf şəkildə
qeydə alınmasını
təmin edəcəkdir.
Yeri gəlmişkən,
yeni tikilən məhkəmə binalarında,
o cümlədən, bu
ərəfədə istifadəyə
verilmiş Sabunçu
və Şəki Məhkəmə komplekslərinin
inzibati binalarında Azərbaycan Prezidentinin
"Elektron məhkəmə"
informasiya sisteminin yaradılması haqqında
Sərəncamına əsasən
bütün zəruri
tədbirlər görülür. Məhkəmə
zallarında proseslərin
daha dəqiq və sürətlə protokollaşdırılmasına xidmət edən və audio-video yazılışları
aparan "Femida" sistemi, videokonfransların,
təqdimatların keçirilməsi,
elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin
idarəetmə sistemi
üçün qurğular
quraşdırılıb.
Sözsüz ki, bu il və demək
olar ki, son dövrdə ölkəmizin
ədliyyə və məhkəmə sisteminin
həyatında baş
vermiş ən mühüm hadisə noyabrın 4-də Şəki
Məhkəmə Kompleksinin
inzibati binasının
açılış mərasimi
münasibətilə keçirilmiş
müşavirədə möhtərəm
Prezidentimiz cənab İlham Əliyevin çıxışı oldu.
Ölkə rəhbəri qeyd etdi ki, Azərbaycanda məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi prosesi uğurla gedir. Məhkəmə-Hüquq Şurasının fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Bu sahədə aparılan islahatlar, əldə edilmiş nailiyyətlər Azərbaycanda məhkəmə-hüquq sisteminin möhkəmlənməsinə, şəffaflığın artırılmasına gətirib çıxarmışdır. Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi uğurla gedir. Hüquqi dövlət quruculuğu prosesinin təşəbbüskarı ulu öndər Heydər Əliyev olmuşdur. Onun təşəbbüsü ilə 1990-cı illərin əvvəllərində çox ciddi addımlar atılmışdır. Müstəqil Azərbaycanın Konstitusiyası qəbul edilmişdir. O vaxt belə bir strateji istiqamət müəyyən edilmişdir ki, Azərbaycanda hüquqi dövlət qurulmalıdır, qanunun aliliyi təmin edilməlidir və məhkəmə sistemi dünyada mövcud olan ən mütərəqqi təcrübəyə əsaslanmalıdır. Hesab edirəm ki, son illər ərzində bu istiqamətdə böyük nailiyyətlər əldə edilib. Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi sürətlə gedir. Əlbəttə ki, məhkəmələrin şəffaflığı, məhkəmələrin işi burada xüsusi rol oynayır. Verilən məlumata görə, son vaxtlar məhkəmə qərarları ilə bağlı daxil olan şikayətlərin sayı azalır. Bu, onu göstərir ki, qərarların böyük əksəriyyəti ədalətli qərarlardır. Çünki biz daim ictimai rəyi öyrənirik. Həm Prezident Administrasiyasına, həm də digər dövlət orqanlarına gələn müraciətlərə çox diqqətlə baxılır və hər bir şikayət əsasında araşdırma aparılır. Deməyə əsas var ki, son vaxtlar bu sahədə müsbətə doğru dəyişikliklər göz qabağındadır. Hesab edirəm ki, görüləcək tədbirlər və gələcəkdə aparılacaq islahatlar nəticəsində biz məhkəmə sistemində şəffaflığı maksimum dərəcədə artıra bilərik. Son vaxtlar bu sahədə qəbul edilmiş qərarlar mühüm rol oynayır. Xüsusilə "Elektron məhkəmə" informasiya sisteminin yaradılması, - bu binada artıq bu sistem tətbiq olunur, - həm şəffaflığı təmin edəcək, həm bürokratik əngəlləri aşacaq. Bir sözlə, məhkəmə sistemini daha da müasir və daha da böyük inama malik olan sistemə çevirəcəkdir.
Eyni zamanda, dövlət başçısı çıxışında korrupsiya ilə barışmaz mübarizə aparılması, şəffaflığın artırılması, məhkəmə qərarlarının ədalətliliyi, vətəndaş məmur münasibətlərinin sağlam meyarlar üzərində qurulması və insanlara qayğılı münasibət göstərilməsi ilə bağlı konkret tapşırıqlar vermişdir. Bəli, inkişaf getdikcə məsuliyyət də, tələb də artır.
Bu günlərdə Məhkəmə-Hüquq Şurasının Ali Məhkəmənin, Apellyasiya və birinci instansiya məhkəmələrinin sədrləri və hakimlərinin hakim assosiasiya rəhbərlərinin, prokurorlar, ədliyyə işçiləri, vəkillər və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilmiş geniş iclasında Prezident İlham Əliyevin Şəki Məhkəmə Kompleksinin açılışı zamanı müşavirədə verdiyi tapşırıqlardan irəli gələn vəzifələr müzakirə edilmişdir.
Dövlət başçısının məhkəmə-hüquq islahatlarına və məhkəmə fəaliyyətinə verdiyi müsbət qiymət hər birimizin qəlbini qürur hissilə doldurduğu kimi, bu sahədə, xüsusilə insan hüquqlarının etibarlı müdafiəsi, korrupsiyaya, rüşvətxorluğa, qanunsuzluğa qarşı mübarizə ilə bağlı qarşıda duran vəzifələrə dair tapşırıq və tövsiyələri məsuliyyətimizi qat-qat artırır, daha əzmlə çalışmağa səfərbər edir, göstərilən yüksək etimadı layiqincə doğrultmaq üçün bütün bilik və bacarığımızı, təcrübəmizi əsirgəməməyə sövq edir.
Bu əlamətdar hadisə, 22 noyabr - Ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə bütün ədliyyə işçilərini, hakimləri ürəkdən təbrik edir, gərəkli və şərəfli işlərində onlara müvəffəqiyyətlər arzulayıram.
Xəqani TAĞIYEV
Salyan Rayon Məhkəməsinin sədri, Məhkəmə-Hüquq Şurasının üzvü
525-ci qəzet.- 2015.- 19 noyabr.- S.4