Əbədi yaşar sənətkar
ömrü
Hər bir dövlətin, millətin özünəməxsus milli sərvəti, zəngin mənəvi xəzinəsi var.
İncəsənətin ayrı-ayrı sahələri
ilə məşğul
olan insanlar öz millətinin, xalqının milli-mənəvi
sərvətini inkişaf
etdirməklə yanaşı,
eyni zamanda onu dünyaya tanıdırlar. Vaxtilə böyük ingilis
ədibi Vilyam Şekspir bildirirdi ki, həyat bir səhnədir, bizlərsə aktyoruq, hərə öz rolunu bir şəkildə
səhnədə canlandırır.
Vilyam Şekspirin bu bənzətməsi ilə razılaşsaq, onu da qeyd
etmək lazım gəlir ki, bəziləri bu "həyat səhnəsi"ni vaxtından əvvəl tərk edir. Elə insanlar da var ki, həyatda
elə aktyor olaraq rol oynayır.
Belə görkəmli
insanlardan biri də sevimli sənətkarımız, görkəmli
aktyor, hər bir azərbaycanlının
sevimlisi Yaşar Nuridir... Yaşar Nuri Azərbaycanın
ən görkəmli və ən sevimli aktyorları sırasındadır. Artıq 3 ildir
ki, noyabr ayının 22-də bizlər
böyük sənətkarımızın
dünyadan köçməyini
yad edir, onu xatırlayırıq.
Özünəməxsus milli koloriti
ilə seçilən,
lirik, komik, psixoloji və dramatik rolların məharətli ifaçısı,
hamımızın sevimlisi
Yaşar Nuri aktyor ailəsində dünyaya göz açmışdı. Aktyorun atası
Məmmədsadıq Nuriyev
Azərbaycan kino və teatr tarixində
çoxsaylı rolların
mahir ifaçısı
olmuşdur. Hər
birimizin sevə-sevə
izlədiyi "Yeddi oğul istərəm",
"Ulduz", "Uşaqlığın
son gecəsi", "Sehirli
xalat" və s. filmlərdə rol alan Məmmədsadıq Nuriyevin aktyorluq istedadı, sözsüz ki, övladı Yaşar Nuriyə sirayət etmişdi və hər iki sənətkar kino və teatr
tarixində unudulmaz rolların mahir ifaçısına çevrilib.
Yaşar Nuri hələ kiçik yaşlarında
ikən səhnədə
rol almışdı. İlk dəfə on bir yaşı olarkən
"Toy kimindir?" tamaşasında
Tapdıq rolu ilə səhnədə rol alan unudulmaz
aktyorumuz Yaşar Nuri televiziyada "Yelkən" verilişinin
aparıcısı olmuş,
"Buratino", "Qaranquş",
"Pioner" uşaq
verilişlərində iştirak
etmişdi. Onun yaradıcılıq arealı bununla məhdudlaşmır. Dəyərli sənətkarımız müxtəlif
dram dərnəklərində iştirak edir, görkəmli kino və teatr xadimlərimizdən
dərs alırdı.
Yaşar Nuri teatr səhnəsində
çoxsaylı obrazların
mahir ifaçısı
olmuşdur. Sevilən sənətkarımızın Azərbaycan
teatr səhnəsində
"Övlad" komediyasında
Silva, "Bağlardan gələn
səs" dramında
Pərviz, "Ölülər"
əsərində Məşədi
Oruc, "Od gəlini" dramında Altunbay , "Büllur sarayda" pyesində Bayandur, "Bizim qəribə taleyimiz" pyesində Davud, "Bəşərin komediyası
və yaxud Don
Juan" əsərində Sqanarel, "Dəli yığıncağı" faciəsində Sərsəm
Salman, "Fəryad"
əsərində Rəhman,
"Mesenat" əsərində
Ağamusa Nağıyev,
"Sevil" əsərində
Əbdüləli bəy,
"Qanlı Nigar"
pyesində Abdi, "Gülüstanda qətl"
pyesində Şahməmməd
İsmiyeviç, "Afət"
əsərində Xandəmir
və s. rolları ona geniş tamaşaçı rəğbəti
qazandırmışdı.
Yaşar Nuri eyni zamanda
hamı tərəfindən
sevilərək izlənilən
televiziya tamaşalarında
da yadda qalan obrazların görkəmli ifaçısıdır. Çoxlarımız Yaşar Nurinin baş rol ifaçısı
olduğu tamaşaları
sevə-sevə izləyirik.
Yaşar Nuri Azərbaycan Dövlət Televiziyasının hazırladığı
"Yollar görüşəndə",
"Ömrün yolları",
"Qatarda", "Evləri
köndələn yar",
"Qonşu qonşu
olsa", "Kökdən
düşmüş piano", "Topal Teymur", "Yarımştat", "Ac həriflər",
"Göz həkimi",
"Yaşıl eynəkli
adam", "Səni
axtarıram" trilogiyasında
və bir çox teletamaşalarda bənzərsiz rolların
mahir ifaçısına
çevrilmişdir. Bir
çoxunun yaddaşında
Yaşar Nuri "tamada Surxayzadə",
"Gülərin Həsənağası",
"Gülnarın Elçini",
"çəkməçi Dadaşov", "ac həriflərin
Həsən dayısı",
"fotoqraf Əli bəy" və digər obrazlarda qalmışdır. Bu da aktyorun istənilən
obrazı yaddaqalan və unudulmaz canlandırmasından irəli
gəlir.
Yaşar Nurinin aktyorluq fəaliyyəti bununla məhdudlaşmır. Kino sahəsində
də bir-birindən parlaq obrazlar yaradan sevimli sənətkarımız "Dörd
bazar günü",
"Bəyin oğurlanması",
"Ad günü", "Yol əhvalatı",
"Yaramaz", "Yuxu",
"Hər şey yaxşılığa doğru",
"Lətifə", "Qətl günü",
"Fransız", "Yoxlama"
və s. filmlərdə
rol almışdır.
Yaşar Nurinin fitri istedadı
bununla bitmir. O, həm
kino, həm də teatr sahəsində
xidmət göstərməklə
yanaşı, teatrda
"Subaylarınızdan görəsiniz"
tamaşasına quruluş
vermiş, kinoda isə "Spasibo" filmini çəkmişdi.
Yaşar Nuri yaddaqalan obrazları ilə həmişə xalqımızın
ürəyində yaşayacaq. Təkrarsız və bənzərsiz istedada malik bu sənətkar özünəməxsus lirik
koloritlə tamaşaçıların
rəğbətini qazanmış
və istənilən
azərbaycanlının sevilmli
aktyoruna çevrilmişdi.
Özünəməxsus səhnə mədəniyyəti
və davranışı,
improvizə qabiliyyəti,
yaradıcılıq istedadı,
obrazlara məxsusi yanaşma tərzi onu bir çox
aktyor yoldaşlarından,
həmkarlarından fərqləndirirdi.
Onun film və tamaşalarda səsləndirdiyi
bəzi fikirlər az qala hər birimizin dilində gündəlik işlədilən və tez-tez rast gəldiyimiz
ifadəyə çevrilib.
Yaşar Nurinin səsləndirdiyi "Sənə
əjdaha lazımdır?",
"Hə, nolsun",
"Ay moment" və s. ifadələr
bugünkü gündə
tez-tez dilimizdə işlədilir və hər dəfə "Yaşar Nuri demişkən" söylənilib
bu böyük sənətkarımız yad
edilir. Bütün bunlar böyük
aktyorumuza olan rəğbətdən irəli
gəlir.
Belə
bir məşhur fikir var: "Dünya bir pəncərədir, hər
gələn baxar gedər..." Həqiqətən
də, belədir, lakin kimlərsə bu pəncərədən
çox baxır, kimlərinsə ömür
payına "pəncərədən"
az müddət
baxmaq nəsib olur... Yaşar Nuri də bu
"həyat pəncərəsindən"
az müddət
baxa bildi... Artıq 3 ildir ki, bizlər onun yoxluğu ilə barışmırıq,
ancaq nə etmək olar, hər kəsin bu həyatda bir ömür payı var. Yeganə təsəllimiz isə budur ki, Yaşar
Nurinin əziz xatirəsi yaratdığı
obrazlarla yad edilir və hər zaman ürəklərdə yaşayır.
Bir sözlə, həyatdan köçməklə ədəbiyaşarlılıq
hüququ qazandı sevilən aktyorumuz Yaşar Nuri... Allah sizə rəhmət eləsin, əbədiYAŞAR
sənətkarımız...
Leyla Faiqqızı
ADPU-nun elmi işçisi, AYB-nin və
AJB-nin üzvü
525-ci qəzet.- 2015.- 20 noyabr.- S.8.