Kitabxana işçilərinin müşavirəsi olub

 

 

İsmayıllı rayonu uşaq kitabxanasında mədəniyyət turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə kitabxana işçilərinin Şirvan zonası üzrə müşavirəsi keçirilib.

 

Müşavirədə Şirvan, Şamaxı, İsmayıllı, Ağsu, Qəbələ, Qobustan, Kürdəmir, Göyçay, Hacıqabul Oğuz kitabxanaçıları iştirak ediblər.

 

Mədəniyyət turizm nazirinin birinci müavini Vaqif Əliyev əvvəlcə Uşaq kitabxanası ilə tanış olub. Ona kitabxanada yaradılan şərait, kitab fondu oxucular barədə ətraflı məlumat verilib.

 

Müşavirə müasir dövrdə kitabxanaların rolu, Mərkəzləşdirilmiş Elektron Kitabxana-İnformasiya Sisteminin (ALISA) tətbiqi digər aktual məsələlərə həsr olunub.

 

Tədbirdə çıxış edən mədəniyyət turizm nazirinin birinci müavini Vaqif Əliyev Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrasının bölgələrin mədəni həyatına da müsbət təsir göstərdiyini, yerlərdə yeni muzeylər, musiqi məktəbləri, mədəniyyət mərkəzləri kitabxanaların istifadəyə verildiyini bildirib.

 

Qeyd olunub ki, kitabxana sahəsinin inkişaf etdirilməsi dövlətimizin mədəniyyət siyasətinin mühüm istiqamətlərindən biridir. Bununla bağlı müvafiq Dövlət proqramı layihələr həyata keçirilir. Həmin layihələrdən biri ALISA-nın yaradılmasıdır. Bu sahədə işlərin daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.

 

Eyni zamanda yerlərdə kitabxanaların işinin müasir səviyyədə təşkili ilə bağlı çatışmazlıqlara toxunan Vaqif Əliyev bildirib ki, elektron informasiya əsrində kitabxanalar öz fəaliyyətini dövrün tələblərinə uyğun qurmalıdır: "Kitabxanaların geniş ictimai maraq doğuran mədəniyyət ocaqları kimi əvvəlki imicinin geri qaytarılmasına, onların yeni reallıqlara uyğun informasiya təminatını həyata keçirməsinə nail olmalıyıq".

 

Vaqif Əliyev regionlardakı kitabxanalarda ixtisaslı ali təhsilli kadrların çatışmazlığının da narahatedici məqamlardan olduğunu diqqətə çatdırıb.

 

Mədəniyyət Turizm Nazirliyinin sektor müdiri Lətifə Məmmədova Şirvan zonasındakı Mərkəzləşdirilmiş Kitabxana Sistemlərində olan kitab fondları, görülən işlər qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. Slayd vasitəsilə mövcud vəziyyəti təqdim edib, eyni zamanda mövcud problemlər barədə danışıb.

 

Müşavirədə kitabxanaların işinin daha da təkmilləşdirilməsi üçün müxtəlif mövzularda müzakirələr fikir mübadiləsi aparılıb.

 

Sonra Azərbaycan kitabxanalarını vahid şəbəkədə birləşdirən ALISA-nın təqdimatı olub.

 

Sistemdən istifadə zamanı mütəxəssislər tərəfindən müşahidə edilən problemlər onların həlli məsələləri nəzərdən keçirilib.

 

Milli Kitabxananın direktoru Kərim Tahirov çıxışında ALISA sisteminin tətbiqi, rayon şəhər kitabxanalarının əməkdaşları üçün keçirilən silsilə treninqlər barədə danışıb.

 

Müşavirəyə yekun vuran Vaqif Əliyev qarşıda duran vəzifələr mövcud çatışmazlıqların aradan qaldırılması ilə bağlı tapşırıq tövsiyələrini verib.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 20 noyabr.- S.7