Macarıstan mətbuatında Azərbaycanla bağlı yazı dərc olunub

 

"DAILY NEWS HUNGARY": "ATƏT-in MİNSK QRUPU BÖYÜK DÖVLƏTLƏRİN MARİONETKASINA ÇEVRİLİB"

 

 

"İRƏLİ" İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən "Münaqişə tərəfi Azərbaycan - Həqiqətlər Reallıqlar" layihəsi zamanı ölkəmizdə rəsmi səfərdə olan macar jurnalist Alpar Kato layihə ilə bağlı  "Daily News Hungary" saytında məqalə dərc etdirib.

 

"İRƏLİ"dən verilən məlumata görə, məqalədə qeyd olunub ki, 2012-ci ildəAvroviziyaMahnı Müsabiqəsi, 2015-ci ildə Birinci Avropa Oyunları kimi mötəbər tədbirlərə ev sahibliyi Azərbaycan   onun paytaxtı Bakının adı mətbuatda tez-tez hallanır: "Azərbaycan Qafqazın ən dinamik inkişaf edən ölkəsidir; neft qaz gəlirləri ÜDM-in artımını davamlı edir.

 

Son illərdə həyata keçirilmiş irimiqyaslı tikinti layihələri inkişafa görə bir çox insanlar Bakını "kiçik Dubay" adlandırmağa başlayıblar. Qeyd etmək vacibdir ki,  paytaxtda inşa olunan bu böyük göydələnlərin var olmağı ilə yanaşı iqtisadi gücünü kənar regionlarda da görmək olar.

 

İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hökumətinin məqsədi aydındır: Sovet İttifaqının süqutundan sonra müstəqilliyini bərpa etmiş ölkə ilk növbədə paytaxtı sərmayələr üçün əlverişli etmək böyük investisiya tempinin aşağı düşdüyü zaman neft gəlirlərinin çox hissəsini kənd təsərrüfatının inkişafına sərf etmək niyyətindədir.

 

Bir məsələ dəqiqdir: macar turistləri Bakıya səfər etdiyi zaman möhtəşəm, canlı hərəkətli şəhər görürlər. Siz həmçinin şüşə sarayların ətrafında kranlar, saatların ətrafında əlavə inşa olunan binalar görə bilərsiniz. Azərbaycanlılar dəyişiklik üçün hər şeyi edir, onlar qarşılarına uzunmüddətli möhtəşəm planları həyata keçirmək məqsədi qoyublar. Macarıstandakı tikililər yol təmiri ilə müqayisədə Bakıda işıq sürəti ilə gedir. Bundan əlavə, tikinti bumu bir neçə il əvvələ baxarkən bir az zəifləsə , siz kompromissiz reallaşmanın gücünü hiss edə bilərsiniz.

 

20-ci əsrin əvvəllərinə qədər Azərbaycan Çar Rusiyasının tərkibində idi. Yalnız imperiyanın süqutundan sonra ölkə öz müstəqilliyini formalaşdırdı. Qonşu ölkələr olan Gürcüstan, Ermənistan Azərbaycan Sovet İttifaqının bir hissəsi olub . etnik xəritənin ölkələrin sərhədlərinə uyğun gəlmədiyinə görə təəssüf ki, azərbaycanlılarla ermənilər arasında bir neçə qanlı qarşıdurma baş verib. Ermənilərin hücumu zamanı bir çox insanlar qətlə yetirilib. Beləliklə, belə bir zorakı planlı təcavüzü haqlı olaraq soyqırım adlandırmaq olar.

 

Buna bariz nümunə kimi Rusiya-Azərbaycan sərhədinə yaxın yerləşən Quba şəhərində 20-ci əsrin əvvəllərində ermənilərin törətdiyi Quba qırğınının xatirəsinə yaradılmış bir memorial parkı göstərmək olar. Muzeyin böyük binasının yanında kiçik çadır var ki, harada da kütləvi məzarlar var. Şəkildən aydın olur ki, ermənilər tərəfindən qətlə yetirilmiş azərbaycanlılar ümumi məzara atılıblar sonra isə onların üstləri torpaq ilə örtülüb. Eyni şok vəziyyətlə Bakıda parlamentin yanındakı Şəhidlər Xiyabanında rastlaşdıq. 1988-ci ildə başlayan Dağlıq Qarabağ münaqişəsinin qurbanları burada torpağa tapşırılıb".

 

Həmçinin yazıda qeyd olunub ki, Ermənistan-Azərbaycan münaqişəsi zamanı on minlərlə mülki vətəndaşlar əsgərlər qətlə yetirilib: "Ermənilərin Dağlıq Qarabağı işğal etməklərinin nəticəsində 800 min azərbaycanlı öz doğma yurdlarını tərk edərək ölkənin başqa regionlarına köçməli olublar, o zaman ki, Ermənistana köç edən ermənilərin sayı 200 min təşkil edirdi. İndiki Avropadakı miqrantlarla müqayisə etsək, təsəvvür edə bilərik ki, həmin məcburi köçkünlərin yerləşdirilməsi məşğulluğunun təmin edilməsi Azərbaycanı hansı ciddi iqtisadi çətinliklərlə üzləşdirib.

 

1994-cü ildə tərəflər arasında atəşkəs elan olunub. Həmin vaxt yaradılan ATƏT-in Minsk qrupu isə bu günə kimi hər iki tərəflə danışıqlar aparır. Ermənistanın bu əraziləri qeyri-qanuni yolla əldə etməsindən sonra BMT Təhlükəsizlik Şurası tərəfindən 4 qətnamə qəbul edilib. Həmin qətnamələrdə  Ermənistan hərbi qüvvələrinin Azərbaycana aid olan Qarabağ ərazisini tərk etmələri əks olunur. Bu sənədlər hələ rəsmi İrəvan tərəfindən nəzərə alınmır.

 

Azərbaycan hökuməti öz haqlı tələbinin həyata keçirilməsi üçün əlindən gələni edir, lakin böyük dövlətlərin marionetkasına çevrilən Minsk qrupu BMT TŞ qətnamələrinin yerinə yetirilməsinə nail olmaq əvəzinə ya bir tərəfi, ya da digər tərəfi dəstəkləyir. Bu münaqişədə milli birliyin formalaşdığına görə Azərbaycanın münasibəti nümunəvidir. Halbuki, hal-hazırda Macarıstanda belə bir şey mümkün deyil. Əliyev hökuməti daha çox qərar qəbul edən insanlara həqiqəti çatdırmaq üçün məsələnin BMT-nin gündəmində qalması üçün böyük səylər sərf edir. Sayılı məzarlıqlar, heykəllər Qarabağ münaqişəsinin qurbanlarını yada salır hər xəritə Azərbaycanın oğurlanmış ərazisini əks etdirir".

 

Məqalənin sonunda qeyd olunub ki, cinayətkarlığın səviyyəsi Bakıda çox aşağıdır, insanlar burada özlərini təhlükəsiz hiss edirlər: "Bir macar üçün Azərbaycana gəlmək böyük bir təcrübədir. Yerli əhali bizim Macarıstandan olduğumuzu öyrənən kimi anında gülür, əl sıxır, eyni Turan keçmişimizə görə bizə qardaş xalq kimi baxır. Bu anda özünü çox yaxşı hiss edir bir daha gəlməyə dəyər deyə düşünürsən".          

 

Ceyhun ABASOV

525-ci qəzet.- 2015.- 20 noyabr.- S.5