"Türk dövlətləri birliyi" kitabı haqqında düşüncələrim

 

 

Bu gün millət vəkili Cavabşir Feyziyevin “Türk Dövlətləri Birliyi Qlobal İnteqrasiyanın Avropa modeli” kitabının təqdimatı olub.

 

Modern.az xəbər verir ki, türk dövlətlərinin birliyini təbliğ edən kitabda türk keçmişdən başlayaraq bu günədək inkişaf perspektivlərində və beynəlxalq münasibətlərdə türk dövlətlərinin rolundan bəhs olunur. Bir çox dövlət rəsmilərinin, alimlərin, tarixçilərin iştirak etdiyi təqdimatda kitaba yüksək qiymət verilib, onun türk dövlətlərinin birliyinə yüksək töhfə olacağı qeyd olunub.

Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov kitabın müxtəlif dillərə tərcümə olunması təklifini irəli sürüb. “Onun həm də türk dövlətləri arasında yayılmasını vacibdir”.

 

Millət vəkili Yaqub Mahmudov da əsəri yüksək dəyərləndirib. O, ilk dəfə Azərbaycanda Cümhuriyyət yaradıldığını, türk adının ilk dəfə Azərbaycan pasportlarında qeyd olunduğunu söyləyib. “Amma biz unutmuruq ki, biz türkük, Əlimərdan bəy Topçubaşovuonun silahdaşlarını unutmuruq. Bu gün bu əsərin çap olunmağını Azərbaycan siyasətşünaslıq elminin qələbəsi hesab edirəm. Böyük türklük dövlətləri arasında böyük, kiçik qardaş deməklə onları ayırmaq olmaz. Türk dövlətlərinin gücünü birlikdə görürəm. Dünyanın elə ölkələri var ki, heç orada demokratiya yoxdur. Amma onu dünyanın hər yerində ən yüksək demokratiya mövcud olan ölkə kimi təqdim edirlər. Tarix boyu soyqırımlar türklərə qarşı törədilib. Əsl soyqırımları xaç yürüşlərindən başlayıb. Terrorçuluq, soyqırım Qərbdən başlayıb. Həmin dövlətlər bir də baxırsan ki, gəlir Ermənistanda yalançı soyqırım məzarlığının üzərində əklil qoyurlar. Yalançı erməni soyqırımı tanıyanlar, tarix boyu soyqırım törətdiyi xalqlardan üzr istəmələdirlər”.

 

Türk dünyasının dirçəlişinin başladığını deyən Y. Mahmudovun sözlərinə görə, bu da çox siyasətçi, ölkə liderlərini təlaşa salıb. “Öz özümüzə təsəlli verməsək, bu yürüşlər itkilər yenidən təkrarlana bilər. Bu gün türk dövlətlərinin yenidən dirçəlişi var. Vaxt var idi deyirdik ki, yox, ermənilər heç nə edə bilməzlər. Amma onların ardındakı qüvvələri saya salmırdıq. Belə-belə Qarabağı itirdik. İrəvan xanlığı ilə bağlı sənədlər ortaya qoymuşuq. Heç kim ora köçmək istəmirdi. Həmin ermənilərə qarşı isə Sumqayıt hadisələri törədildi. Hətta 1882-ci ildə ermənilər deyirdi ki, itkilərinizdən qorxmayın. Əsas odur ki, qazançınız çox olacaq. Yəni dünya bu cür dünyadır. Ortaq türk dilinin yaradılmasına getməliyik. Bu, kitab arzudur. Amma bu arzunu gerçəkləşdirmək üçün çətin yolumuz var. Türk dünyası olmadan tarix yoxdur. Odur ki, bu kitabı alqışlayıram və onun türk dünyasının hamısında çap olunmasını təklif edirəm”.

 

 

Müəllif Cavanşir Feyziyevə “Türk Dövlətləri Birliyi Qlobal İnteqrasiyanın Avropa modeli” kitabına görə Mətbuat Şurası və Dialoq Avrasiya Platforması ilə birgə təsis etdiyi “Həqiqətdə xidmətlərinə görə” mükafatı ilə təqdim olunub.

 

Deputat Nizami Cəfərov da kitabı yüksək dəyərləndirib. O bildirdi ki, istənilən kitab qələmə alınanda arzu ilə yazılır. Sabir Rüstəmxanlı da Əli bəy Hüseynzadədən sitat gətirərək bildirdi ki, “biz demirik ki, hamı bir çatıya yığışıb bir yaşasınlar”. Millət vəkili türk xalqlarının birliyi üzərində daha çox danışılması, onun barəsində çox kitabların çap olunmasına ehtiyac duyur. Onun sözlərinə görə, böyük hədəf olmalıdır. “Heç kim bizi millətçilikdə qınamasın. Hətta töküntümüzə belə sahib çıxmalıyıq. Avropa dəyərlərinə yox, türkçülüyə, türk dəyərlərinə sahiblənməli, meyllənməliyik”. Cavanşir Feyziyev sonda natiqlərə təşəkkürünü bildirdi. “Biz bir şeyə əmin olmalıyıq ki, türk dövlətlərinin birliyi labüddür. Əks halda 100-200 ildən sonra türk dövlətlərindən danışmaq olmayacaq”.

 

Çıxışlardan sonra isə Əli bəy Hüseyinzadə ilə bağlı filimin nümayiş olundu.

 

 

 

Nəsiman Yaqublu

525-ci qəzet.- 2015.- 20 noyabr.- S.2