Tələbə dostlarıma
Bir anlıq qayıdın ötən günlərə,
Danışın həsrətli illərinizdən.
Mən də qəribliyin daşını atım,
Məni buraxmayın əllərinizdən.
Ruhum pərvazlandı xoş soraq üçün,
O illər geriyə dönməyir nədən?
O illər necədə şirinmiş, dostlar,
Unuda bilmirəm o illəri mən.
Əzəldən
işlərim düz gətirməyib,
Qədərdən,qismətdən düşübdü tərsə.
Sizin yadınızda
varmı, a dostlar,
Əsgər paltarında gedirdim dərsə.
Enişli-yoxuşlu
yollara düşdüm,
Bircə gün də hamar yolum olmadı.
Yaxşı
yadımdadır kinoya getdik,
Bilet almağa da pulum olmadı.
Köhnə
yataqxana, köhnə çarpayı,
Dərnəgül yuxuma girir arabir.
Dərsə
yollanıram xəyallarımda,
Sözlərim könlümü ovuda bilmir.
Deyirəm
nə ola kaş bircə dəfə,
Qaçam mühazirə otağına mən.
Mənə
məktub yazıb verən qızların,
Doyunca danışam əməllərindən.
Necə
insafsızmış tələbə qızlar,
Qəlbimdə bir həsrət, ağrı-acı var.
Otuz beş ildir ki, bir sirr saxlayır,
Hardasa bir şahid sərv ağacı var.
Qəlbimdən
keçəni deyə bilmədim,
Qalıbdı nə qədər söz ürəyimdə.
Sizi
unutmadım, bir Allah bilir,
Sizi gəzdirmişəm öz ürəyimdə.
Əsl məhəbbətin,
əsl sevginin,
Anladım həyatın mənası nədir.
İllər
ötüşsə də, illər ötsə də,
Bir həsrət qəlbimi hələ göynədir.
Məni
qınamayın, qəm içindəyəm ,
Dərdimin dərmanı, davası yoxdu.
Sizin
gördüyünüz Nəsib deyiləm,
Başımda dağların havası yoxdu.
Allah sınağamı çəkir görəsən?
Dərdimə bir əlac edə bilmirəm.
Dünyanı
gəzirəm belədən-belə,
Doğma kəndimizə gedə bilmirəm.
Kimsə
sevinməsin uğurlarıma,
Hələ
ki heç nəyə nail
olmadım.
Hələ
qəribliyim bir yana qalsın,
Bir qaçqın, bir köçkün
çağrılır adım.
Vallah,
vurulmadım şana-şöhrətə,
Sizi unutmadım, tələbə dostlar.
Bu qərib
köksümün içində bilin,
Məhəbbətlə dolu öz yeriniz var.
Çatmaz
əllərimiz
ötən çağlara,
Qəlbimi bürüyür acılar hərdən.
Qəlbimi,
ruhumu alıb o illər,
Asılıb
qalmışam
xatirələrdən.
Keçdi
xəyalımdan qayğısız illər,
Gözlərimdə çiskin, gözlərimdə
çən.
Tanıdım,
öyrəndim insanları da,
Tapdım tələbəlik illərində mən.
Bir
anlıq qayıdın ötən günlərə,
Danışın həsrətli illərinizdən.
Mən də
qəribliyin daşını atım,
Məni buraxmayın əllərinizdən.
Evimizdə
bir xəncər var
Yadigardı
atamızdan bu xəncər,
Əlli ildir pas içində yaşayır.
Öz
qınından çıxa bilmır bu xəncər,
Yasa girib yas içində yaşayır.
Naxışı
da, bəzəyi də pozulub,
Qəbzəsindən daha yoxdur yapışan.
Öz
qınına sığınıbdı, yatıbdı,
Atamızdan
bir yadigar, bir nişan.
Neçəsinin
bəlkə durub qəsdinə,
Neçəsini doğrayıbdı, kəsibdi.
Dəstəyinə
əl uzadan olanda,
Düşmənlərin əl-ayağı əsibdi.
Canı
olsa dillənərdi bəlkə də,
Vuruşmağa həvəsi var deyəsən.
Harayını
öz içində
boğsa da,
Öz harayı, öz səsi var deyəsən.
Məğrurluğu
kilidləşib qınında,
Haqsızlığı, doğrayan o, kəsən o.
İgidlərin
əllərində od saçan,
Şimşək kimi buludlarda süzən o.
Düşmənlərin
anasını ağladan,
Qarşısında dillənməyib yağılar.
Qaniçənin
qapısını bağladan,
Qından çıxsa haqsızlıqlar dağılar.
Qından
çıxıb haqsızlığı görəndə,
Nə zalıma, nə yağıya baxmayıb.
Yaddaşında
əsirlərin sirri var!
Hələ dəmir yaddaşından
çıxmayıb.
Əlimizə almağa da qoymadı.
Yazıq anam hansı günü gözlədi.
-
Əlinizdən xəta çıxar ay bala,
Gah fərməşdə, gah sandıqda gizlədi.
Neçə
illər, aylar gəlib ötüşdü,
Gözümüzdən kənar düşdü bu xəncər.
İndi
bildim igidlərin əlindən,
Gizli-gizli sürüşübdü bu xəncər.
Düz əlli
il pas içində qalıbdı,
Korşalıbdı
tiyəsizdi bu xəncər.
Sahibləri
niyə gəlib çıxmayır,
Əlli ildir, yiyəsizdir bu xəncər.
Bilmədim
ki, dərdi yatar içində,
Bilmədim ki, pasda qalar inciyər.
Neçə-neçə
günahsızın, yazığın,
Xilaskarı axı olub bu xəncər.
Korşalıbdı o üz - bu üz tiyəsi,
Şimşək saçan tiyəsini gözləyir.
Fərməşində,
sandığında qalsa da,
Gözü yolda yiyəsini gözləyir.
Bu
şair
“İlahi,
Dar quyu
dibində,
Qaranlıq
nəm içində,
İşıqlı
qəm içində,
Ağrısız
Bir az
yatmaq istəyirəm...”
Vaqif Səmədoğlu
Bu gedimli,
bu gəlimli dünyadı,
Həm
sevincli, həm zülümlü dünyadı,
Bilirdi ki,
bu ölümlü
dünyadı,
Ölümünü gözləyirdi bu şair.
Bu
dünyanı bildiyitək ağlatdı,
Misrasına
kədər qatdı, qəm qatdı,
Dostlarını gülə-gülə aldatdı,
Ölümünü gözləyirdi bu şair.
Sandı
göylər dərdlərinin çarəsi,
Sağalmadı
torpaq adlı yarası,
Bu gen dünya dörd
divarın arası,
Ölümünü gözləyirdi bu şair.
Tanrısının,
Allahının quluydu,
Getdiyi yol
həqiqətin yoluydu,
Bu
dünyanın hər üzündən halıydı,
Ölümünü gözləyirdi bu şair.
Gözləyirdi
göz yaşını tökmədən,
Gözləyirdi
dərd-sərini
sökmədən .
Gözləyirdi
qamətini bükmədən,
Ölümünü gözləyirdi bu şair.
Dedi
yatsın, ərşə qalxdı yuxusu,
Xəyalında
min çiçəyin qoxusu,
Kəlbəcərin
həsrətiydi qorxusu,
Ölümünü gözləyirdi bu şair.
İstəmirdi
rəngi qaçsın sozalsın,
İstədi
ki,əllərinə saz alsın,
Dedi,- yatım, ağrılarım azalsın,
Ölümünü gözləyirdi bu şair.
Həsrət
gördüm, ağrı duydum sözündən,
Nur
düşürdü çöhrəsindən, üzündən,
Qayğıları
tökülürdü gözündən,
Ölümünü gözləyirdi bu şair.
Gül-gül
idi şeirinin ilməsi,
Mənalıydı
lətifəsi, gülməsi,
Qarabağdı
bu şairin qibləsi,
Ölümünü gözləyirdi bu şair.
Bu dünyanın səsi nədir, eşqi nə?
Biləmmədi
nələr düşdü püşkünə,
Üz
çevirdi bir Allahın eşqinə,
Ölümünü gözləyirdi bu şair.
Vurğunuyla
görüşməyə tələsdi,
Gördüyünü
bölüşməyə tələsdi,
Tanrısına yetişməyə tələsdi,
Ölümünü gözləyirdi bu şair.
Üzün
tutub ulduzlara gedirdi,
Öz
tapdığı avazlara gedirdi,
Yalqız
olub,yalqızlara gedirdi,
Ölümünü gözləyirdi bu şair.
Həyat
başqa, şair başqa aləmmiş,
Misra-misra
ruhumuza ələnmiş,
İstəyinə,sevgisinə bələnmiş,
Ölümünü gözləyirdi bu şair.
Qara
rüzgar hansı yanda de əsdi,
Taleyindən
nə incidi, nə
küsdü,
Bu
dünyanı tərk etməyə tələsdi,
Ölümünü gözləyirdi bu şair.
Allahından
gileyləndi arabir,
Nə fərqi
var yara mindi,
yara bir,
Sinə
altda bir məzarlıq min şeir,
Ölümünü gözləyirdi bu şair.
Moskva,
28.01.2015
Bu kənd
Burda
qayaların ədasına bax,
Qəlbimin
hayına, nidasına bax,
Qadasını
alım, “daynasına”
bax,
Qəlbimin ən şirin sözüydü bu kənd.
Həstəri,
nisgili yaman bol olub,
Boynuma
dolanan doğma qol olub,
Bu kənd
tanrı eşqi, işıq, yol olub,
Dərəydi,meşəydi, düzüydü bu kənd.
Getmir
gözlərimdən hər səhər, axşam,
Onu bircə
anda unutmamışam,
Gözümdə,könlümdə əbədi bir şam,
Pərvanəsi oldum, közüydü bu kənd.
Əllərim
çatmayan səadətimin,
Oğultək
bu yurda sədaqətimin,
Nakam bir
eşqimin,məhəbbətimin,
Şahidi,doğması, özüydü bu kənd.
Kim
yazdı bəxtinə belə zamanı,
Çöküb
dərəsinə getmir dumanı,
Nəsibin
dönməyə yoxdu gümanı,
Andına, sözünə düzüydü bu kənd.
Yaman
darıxmışam dağlardan ötrü
Tələbə
dostum Xeyrullaya
Xeyrulla, dağlarsız
yaşamaq çətin,
Dağlar
arxasıymış bu məmləkətin,
Dağlar
ruhu qoymaz sına qamətin,
Yaman darıxmışam dağlardan ötrü.
Nə
vaxtdan səsləyir göy meşəm məni,
Tərk
edib sevincim, o nəşəm məni,
Küsüb,
bağışlamaz
bənövşəm məni,
Yaman darıxmışam dağlardan ötrü.
Hər
gecə yuxumda gedirəm kəndə,
Arzum, istəklərim
düşüb kəməndə,
Dodağım
çatlayır bulaq deyəndə,
Yaman darıxmışam dağlardan ötrü.
Kövrək
qəlbim sarı simdə köklənib,
Dərdlə,
qəmlə yükün tutub yüklənib,
Şair
könlüm qürbət eldə təklənib,
Yaman darıxmışam dağlardan ötrü.
Baş
alım yollanım hayana, söylə,
Dərdimi
dərd görüb, duyana söylə,
Dağlarsız
halımı Pünhana söylə,
Yaman darıxmışam dağlardan ötrü.
Apar məni
Duman,
tülünə bələnim,
Gəlim
elinə bələnim,
Gülüm,
telinə bələnim,
Gəl düzünə apar məni.
Daha
doymuşam qürbətdən,
Bezdim
saxta məhəbbətdən,
Çıxar
məni bu zülmətdən,
Gündüzünə apar məni.
Həsrət
yatar öz izində,
Tiri
görməz kor gözündə,
Ədalət
yox yer üzündə,
Göy üzünə apar məni.
Üzümüz
günə, ayadı,
Göydə
ulduzlar oynadı,
Bilirəm
yalan dünyadı,
Haqq sözünə apar məni.
Çəmənində
bitir məni,
Zirvələrdən
ötür məni,
Ümmanlarda
itir məni,
Dənizinə apar məni.
Gətir
gəl
Əsən
külək, o tərəfdən əsirsən,
O
dağların qüdrətini gətir gəl.
Dəlidağda
qan-yaş tökən laləmin,
Nərgizimin zinyətini gətir gəl.
Tənhalıqdı
neçə ildir sirdaşım,
Nə
vaxtacan daşa dönüm daşlaşım,
Qəriblikdə
quruyubdu göz yaşım,
Babaların töhmətini gətir gəl.
Doymamışam
gözüm qalıb o yerdə,
Pozulmayan
izim qalıb o yerdə,
Nəğmələrim,
sözüm qalıb o yerdə,
Şairlərin sənətini gətir gəl.
Qucaqlayam
çal başını dağların,
Gül-çəməndən
qumaşını dağların,
Özüm
görüm savaşını dağların,
İgidlərin qeyrətini gətir gəl.
Dünya
olub özü boyda yalan, gəl,
O
yurdların atəşinə qalan, gəl,
Qayıdanda kəndimizi dolan gəl,
Ocaqların zillətini gətir gəl.
Yurd-yuvamın
naləsini duy, orda,
Bir
anlığa gözəlliyə uy orda,
Mənim
kimi ürəyini qoy orda,
Sərrafların heyrətini gətir gəl.
Talananın
hörməti yox,xətri yox,
Sözlərimin
od-alovlu sətri yox,
Kəkotunun
gülü solub ətri yox,
O güllərin
ətrini gətir gəl.
Odu
sönmüş ocaqlarda külə bax,
Hikkəsiylə
aşıb daşan selə bax,
Kol dibində
boynuburuq gülə bax,
Sevənlərin həsrətini gətir gəl.
Yurdum
talan, qapım yoxdu döyülə,
Yiyəsi
yox o məhlənin öyülə,
Çəpəri
yox, mal yiyəsi söyülə,
Bir çobanın minnətini gətir gəl.
Çiçək
gətir, bir gül gətir, qoxlayım,
Qamətimi
yoxuşunda
yoxlayım,
Baxışımla
öz gülümü oxlayım,
Bir
aşiqin söhbətini gətir gəl.
Bizsiz
qalan yamaclardan en
bəri,
Qoy yol
açsın duman bəri, çən bəri,
Müjdə
adlı xəbər gətir, sən bəri,
Ordumuzun şöhrətini gətir gəl.
Nəsib NƏBİOĞLU
525-ci qəzet.- 2015.- 21 noyabr.- S.29