“Ədəbiyyatın dostları” şair Fikrət Sadıqla görüş keçirib

 

Ötən gün Azərbaycan Yazıçılar BirliyindəƏdəbiyyatın dostlarıklubunun ikinci görüşü olub.

 

Görüş Fikrət Sadıqın 85 illik yubileyi səbəbilə şairin yaradıcılığına həsr edilib.

 

Tədbiri AYB sədri Xalq yazıçısı Anar açıb: “Bu gün bizim böyük şairimiz, Azərbaycan poeziyasının ən görkəmli nümayəndələrindən biri olan Fikrət Sadıqın yubileyidir. Fikrət Sadıqın 85 yaşı tamam olur. Bu, yetkinlik müdriklik çağıdır. Fikrətin yaradıcılığı otuz-qırx il bundan əvvəlki kimi təzədir, təravətlidir şeirləri yenə sevilir”.

 

Xalq şairi Sabir Rüstəmxanlı çıxış edərək şairin yaradıcılığı haqda mülahizələrini bölüşüb: “Fikrət Sadıq poeziyası çağdaş şeirimizin ən parlaq nümunələrindən biridir. Şairlər cildlərlə deyil, şeirlərlə dəyərlidir. Mən Fikrət Sadıqın özü yaradıcılığı ilə hələ universitetin birinci kursundan tanışam. O dönəm yaradıcılığa gələn şairlərimizin poeziyasında Əli Kərimin şeirlərinin təsiri hiss olunurdu. Ancaq mən xatırlayıram ki, Fikrət Sadıq həm ənənəvi, həm yeni şeirlər yazırdı. Fikrət Sadıq ədəbiyyatımızın son dərəcə bənzərsiz, yaddaqalan nümayəndələrindən biridir. Onun poemalarının, ciddi şeirlərinin qeyri-adi orijinal stilistikası var”.

 

Tənqidçi Vaqif Yusifli öz çıxışında şairin yaradıcılığının müxtəlif dönəmlərindən, poeziyasının özəlliyindən söhbət açıb: “Fikrət Sadıq poeziyası şəxsiyyəti olmadan XX əsr ədəbiyyatımızda mütləq mənada bir boşluq, çat hiss olunar. Yəni, o, poeziyamızda mühüm ədəbi rol oynayır. Mən Fikrət Sadıq yaradıcılığına aid bir neçə faktı vurğulamaq istəyirəm. Əvvəla, şair repressiya qurbanının oğludur. Atası 50-ci illərdə həbs olunub. Fikrət Sadıq isə 13-14 yaşlarından şeir yazmağa başlayıb, yəni ilk şeirləri bundan əvvələ təsadüf edir. Onun ilk şeiri Həsənoğlunun qəzəllərindən birinə nəzirə olub 1946-cı ildəAzərbaycan gəncləriqəzetində nəşr edilib. 50-60-cı illərdə Fikrət Sadıq poeziyamızda məşhur simalardan birinə çevrildi. Onun yetkinləşməsində, bir şair kimi tanınmasında böyük şairimiz Rəsul Rzanın xüsusi rolu olub. Fikrət Sadıq hər üç vəzndə - əruz, sərbəst, heca vəznlərində şeirlər yazır. Onun 60-cı illər dəbdə olan şeirləri modern şeir ənənələrinin başlanğıcı idi. Ümumiyyətlə, Fikrət Sadıq o zaman üçün təzə olan assosiativ şeirin ilk nümayəndələrindəndir”.

 

Tədbirdə Xalq şairi Fikrət Qoca, Xalq yazıçısı Çingiz Abdullayev, AYB sədrinin birinci müavini Nazim İbrahimov, yazıçı Xeyrəddin Qoca başqaları da çıxış edərək F.Sadıq poeziyası şəxsiyyəti haqqında düşüncələrini dilə gətiriblər.

 

Klubun rəhbəri - yazıçı ədəbiyyatşünas PərvinƏdəbiyyatın dostları”nın budəfəki qonağıyla bağlı fikirlərini paylaşarkən deyib: “Fikrət Sadıq yaradıcılığı ilə yaxından maraqlanan gənclərimiz bugünkü görüş üçün xüsusi hazırlaşıblar inanıram ki, onların oxu mütaliə vərdişlərinə stimul verən bu təqdimatlar, müəllifin yaradıcılığından səsləndirilən parçalar şairin özü üçün maraqlı olacaq. Fikrət Sadıqın az sözlə çox mətləbləri şərh eləməsi bizim gənclərin bədii zövqünün müasir çalarlarını da əhatə edir”.

 

Ədəbiyyatın dostlarıklubunun üzvləri şairin şeirlərindən nümunələr səsləndirib, onun yaradıcılığından bəhs ediblər. Onlar Fikrət Sadıq yaradıcılığı iləƏdəbiyyatın dostlarıklubunun sayəsində daha yaxından tanış olduqlarını bildirərək, şairin son vaxtlar  Ədəbiyyat qəzeti”ndə çıxan şeirləri, “Gün çıx, gün bat”, “Sevgi yağışıkitabları ilə bağlı təəssüratlarını bölüşüblər.

 

TədbirdəƏdəbiyyatın dostlarıklubunun şair üçün hazırladığı hədiyyələr ona təqdim edilib.

 

Sonda yubilyar şair F.Sadıq söz alaraq tədbirin təşkilatçılarına iştirakçılarına minnətdarlığını bildirib.

 

Müşfiq ŞÜKÜRLÜ

525-ci qəzet.- 2015.- 21 noyabr.- S.21.