Ankarada “Mahnıdan-Şarkıya”
silsiləsindən konsert
olub
Bəstəkarlar İttifaqı (ABİ) ilə
Türkiyə Elm və
Ədəbi Əsər
Sahibləri Birliyi
(İLESAM) tərəfindən birgə həyata keçirilən “Mahnıdan-Şarkıya”
layihəsi əsasında
Ankarada geniş konsert təşkil edilib.
Konsertdən əvvəl Türkiyənin
mədəniyyət və
turizm naziri Yalçın Topçu,
ABİ-nin sədri, Azərbaycanın Xalq artisti Firəngiz Əlizadə, İLESAM-ın
sədri Mehmet Nuri Parmaksız və başqaları çıxış ediblər.
Diqqətə çatdırılıb ki,
hər iki dildə yazılmış
şeirlərin tərcümə
edilmədən oxunması
bundan sonra da türk dünyasına
aid konsertlərdə davam
etdiriləcək. Bu layihənin
gələcəkdə digər
türkdilli xalqlar arasında geniş yayılması nəzərdə
tutulub.
Layihənin şərtlərinə görə,
Azərbaycandan altı
tanınmış şairin
şeirinə Türkiyənin
altı bəstəkarı
mahnı yazdı. Eyni zamanda
Türkiyənin altı
tanınmış şairinin
şeirinə də altı Azərbaycan bəstəkarı mahnı
bəstələyib. Hər iki
dildə yazılmış
şeirlər tərcümə
edilmədən oxunur.
Ankaradakı konsert TRT Avaz və TRT Muzik televiziya kanallarında canlı yayımla nümayiş etdirilib.
Qeyd edək
ki, layihə çərçivəsində bundan əvvəlki konsert Bakıdakı Beynəlxalq Muğam Mərkəzində keçirilib.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 21 noyabr.- S.21.