Bizim kino günləri - audiovizual məkanda peşəkarlıq”

 

Ötən günNizami” Kino Mərkəzində Mədəniyyət Turizm Nazirliyi Cəfər Cabbarlı adınaAzərbaycanfilmkinostudiyası ilə birgəBizim kino günləri - audiovizual məkanda peşəkarlıqadlı layihə çərçivəsində tədbir təşkil edib.

 

Layihəyə əsasən, son illər ekranlaşdırılan Azərbaycan filmləri -”Axınla aşağı”, “Nabat”, “DərsYarımçıq xatirələrnümayiş etdiriləcək. Dekabrın 8-dək “Nizami” Kino Mərkəzi, “Park Cinema” “28 Cinema” kinoteatrlarında filmlər göstəriləcək. Layihə Azərbaycan kinosunun təbliği, müasir kino mənzərəsində yeri dəyəri, dünya kino sənayesinə inteqrasiyası, yeni kinomuzda peşəkarlıq məsələlərinə həsr olunub.

 

Tədbirdə layihənin ideya müəllifi, “Azərbaycanfilmkinostudiyasının direktoru Müşfiq Hətəmov bu tədbirin keçirilməsinin əsas məramının mətbuat nümayəndələri ilə birlikdə, Azərbaycan kinosunda gedən prosesləri müzakirə etmək, onları yeni layihələr haqqında məlumatlandırmaq olduğunu söyləyib. O, son dövrlər çəkilən filmlərin müzakirə, təhlil tənqid edilməsi məqsədilə media nümayəndələri ilə bir yerdə kinoklub yaradılması təklifini irəli sürüb. Direktor jurnalistlərlə işbirliyinin zərurliyini çıxışında xüsusi diqqətə çatdırıb.

 

M. Hətəmov Prezident İlham Əliyevin imzaladığı, 2961 nömrəli sərəncamla təsdiqlədiyiAzərbaycan Kinosunun 2008-2018-ci illər üzrə İnkişafına dair Dövlət Proqramı”nı xatırladaraq kino sənayesinə dövlət tərəfindən diqqət qayğı göstərildiyini vurğulayıb.

 

M.Hətəmov müasir Azərbaycan kino sənayesinin hazırkı mənzərəsi haqqında məlumat verib: “İncəsənətin ən çox tamaşaçı yığan sahəsi olan kinoda peşəkarlıq əsas tələblərdən biridir. Bəzən peşəkarlar layiq olduğu qiyməti almayanda, bəzən peşəkar sənət əsərlərinə düzgün qiymət verilməyəndə o sahədə tənəzzül yaşanır. İstəyərdim ki, belə devizimiz olsun: “Peşəkarlara diqqət yetirək!”

 

Azərbaycanfilmkinostudiyasının ətrafına yaradıcı, istedadlı peşəkar insanların toplaşdığını vurğulayan M.Hətəmov 2014-cü ilin ölkəmizin kino sahəsi üçün uğurlu olduğunu, filmlərimizin 52  beynəlxalq festivalda təqdim edildiyini söyləyib: “Bu festivallarda ekran əsərlərimiz bir sıra mükafatlara layiq görülməklə yanaşı, artıq müştərək filmlərin çəkilməsi barədə xaricdən təkliflər gəlir. Bu günAzərbaycanfilm”in prokatı üçün Səudiyyə Ərəbistanından başlamış İndoneziyayacan distribütorlardan layihə təkilflər gəlir”.

 

Azərbaycanfilmkinostudiyasında hazırda həyata keçirilən işlər barədə məlumat verən direktor qeyd edib ki, müxtəlif janrlarda ssenarilərin müzakirəsi gedir: “Bununla yanaşı, bu il bir neçə layihələrin icrasina başlanılıb. Bunlar “Nar” Köşkfilmləri, “QarabağQərbi Azərbaycanlayihələridir. Xarici ölkələrdə yaşayıb təhsil alan azərbaycanlı rejissorların çəkdikləri beş qısametrajlı filmdən ibarət ikinci kinoalmanax gələn ilin fevralında təqdim olunacaq. Üçüncü kinoalmanaxa isə müsabiqə elan ediləcək”.

 

M. HətəmovAzərbaycanfilm”də son dövrlərdə kino industriyası ilə bağlı mütəxəssislərin yetişdirilməsi istiqamətində layihələr həyata keçirildiyini bildirib.

 

Sonra rejissor Asif RüstəmovunAxınla aşağıbədii filmi nümayiş olunub.Axınla aşağı” -rejissor Asif Rüstəmovun  ilk tammetrajlı bədii filmidir. Filmin dünya premyerası 1263 kino mütəxəssisinin-ümumilikdə 12 min 433 akkreditasiya olunmuş ziyarətçinin qatıldığı nüfuzlu Karlovı Varı Beynəlxalq Film Festivalı (Çexiya) çərçivəsində “East of the West” müsabiqə proqramında gerçəkləşib.

 

Nümayişdən sonra layihənin müəllifləri, filmin yaradıcı heyəti media nümayəndələriAzərbaycan kinematoqrafiyasında ailə dəyərlərimövzusunda müzakirə aparıblar. Film haqqında müxtəlif fikirlər səsləndirilib, jurnalistlərin sualları cavablandırılıb.

 

Yeni çəkilmiş Azərbaycan filmlərinin televiziyalarda, həmçinin paytaxtla yanaşı bölgələrdəki kinoteatrlarda nümayişi məsələsi müzakirə olunub.

 

Layihənin növbəti mərhələlərində, yəni digər üç filmin nümayişinə başlayanda görüşlər müvafiq mövzular ətrafında fikir mübadiləsi nəzərdə tutulur.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 21 noyabr.- S.16