Beynəlxalq Tolerantlıq Gününün
qeyd olunması - mənəvi
haqqımızın ifadəsi
Bugünlərdə Bakıda keçirilən
daha bir möhtəşəm tədbir
Azərbaycanın xalq
və dövlət kimi unikal tolerantlıq
və multikulturalizm modeli olduğunu bir daha isbatladı.
Noyabrın 16-da “Kempinski” otelində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
Beynəlxalq Tolerantlıq
Gününə həsr
olunmuş bayram tədbiri təşkil edib.
lll
Beynəlxalq Tolerantlıq Gününün
yaranma tarixi rəsmi olaraq 20 il əvvələ
təsadüf edir.
1995-ci il noyabrın
16-da UNESCO-nun
185 üzv ölkəsi
“Tolerantlıq prinsiplərinin
izahı”ilə bağlı
sənəd qəbul edib. Bu sənəddə
müxtəlif mədəniyyət
və dinlərin planetimizdə birgə yaşamasının mümkünlüyü
qeyd olunur, eləcə də “dözümlülük, ilk növbədə
insan azadlıqları
və universal hüquqların
etirafı əsasında
formalaşan fəal münasibətdir”, bununla yanaşı “dözümlülük,
insan hüquqlarına
dair beynəlxalq hüquq aktlarında müəyyən olunmuş
normaları iddia edən, həqiqətin mütləqləşdirilməsindən və ehkamçılıqdan
imtina edən bir anlayışdır” -fikri vurğulanır.
Çağdaş dünyada beynəlxalq hüququn əsasını
hüquq bərabərliyinin
pozulmaması prinsipi təşkil etdiyinə baxmayaraq, dərinin rəngi, irq, cins, dil, din, siyasi və digər əqidələr,
milli, sosial və digər mənşəli əlamətlərə
dair diskriminasiya demək olar ki, dünyanın əksər ölkələrində
mövcuddur. Tam inamla
demək olar ki, Azərbaycan bu baxımdan istisna ölkələrdəndir.
Sivilizasiyaların qovuşma nöqtəsində
yerləşən Azərbaycanın
zəngin mədəni-mənəvi
irslə yanaşı
çoxəsrlik tolerantlıq
ənənələrinə malik olmasını beynəlxalq aləm etiraf və qəbul edir. Prezident İlham Əliyevin də çıxışlarında dəfələrlə
vurğulayıb ki, mövcud milli-mədəni
müxtəliflik və
etnik-dini dözümlülük
mühiti Azərbaycanı
çoxmillətli, çoxkonfessiyalı
diyar kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanına çevirib:
“ Azərbaycanda bu gün həmin mədəni, linqvistik, etnik rəngarəngliyin qorunmasına yönəldilən
və uğurla həyata keçirilən
dövlət siyasətinin
prioritet istiqamətlərindən
olan multikulturalizm sahəsində əsrlərdən
bəri toplanmış
böyük tarixi təcrübənin xüsusi
qayğı ilə əhatə olunmasını,
zənginləşdirilməsini, cəmiyyətdə bu istiqamətdə qazanılmış
unikal nailiyyətlərin
beynəlxalq aləmdə
təbliğinin gücləndirilməsini
zəruri edir”.
Azərbaycanın dünyaya tolerantlıq
nümunəsi olaraq daha geniş tanıdılmasının vacibliyini,
eləcə də ayrı-ayrı ölkələrdəki
müxtəlif multikultural
modellərə xas fəlsəfi, sosial, siyasi və digər aspektlərin Azərbaycan reallığında
təhlili və təşviqinin əhəmiyyətini
nəzərə alaraq,
Prezident İlham Əliyev ötən il Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin,
eləcə də millətlərarası,
multikulturalizm və dini məsələlər
üzrə Dövlət
müşavirliyinin yaradılması
ilə bağlı imzaladığı fərmanlar
hökumətin bu istiqamətdə apardığı
məqsədyönlü və
ardıcıl işin
nümunəsi kimi diqqəti cəlb edir.
Bu fikirləri müxtəlif
dinlərin, fərqli millətlərin nümayəndələrinin
bir araya toplandığı Beynəlxalq
Tolerantlıq Günündə
BBMM-in icraçı direktoru,
professor Azad Məmmədov
bir daha dilə gətirib.
lll
Millətlərarası, multikulturalizm və dini məsələlər
üzrə Dövlət
müşaviri, BBMM-in Himayəçilik
Şurasının sədri,
akademik Kamal Abdullayev çıxışında
Beynəlxalq Tolerantlıq
Gününü bəşəriyyəti
birləşdirən tarixi
gün kimi xarakterizə edib: “Bu gün dilindən, dinindən asılı olmayaraq hamının ruhən, mənən birləşdiyi, ölkələri
bir-birindən ayıran
sərhədlərin yox
olduğu günlərdəndir.
Bu gün həm
də bəşəriyyətin
sevgi günüdür
də desək, səhv etmərik”.
K. Abdullayev bildirib ki, Azərbaycan dövləti təkcə
müxtəlif dinlərə
ibadət edən, müxtəlif mədəniyyətlərin
daşıyıcısı olan, müxtəlif dillərdə danışan
insanların - vətəndaşlarının
hüquq və azadlıqlarının təminatçısı
deyil, eyni zamanda bu insanların
ulu babalarının qurub-yaratdıqları abidələri,
bu günə qədər yaşatmış
olduqları mədəniyyəti,
dili qorumaqdadır: “Ölkəmizdə
dövlət hesabına
məscidlər, imamzadələr,
müqəddəs ziyarətgahlar,
eyni zamanda katolik və pravoslav kilsələri, sinaqoqlar təmir və bərpa edilir, insanların istifadəsinə verilir.
Son illərdə Prezident
İlham Əliyevin apardığı bu
humanist siyasətlə ölkəmiz
ötən on il ərzində dinlərarası, millətlərarası
münasibətlərdə artıq dünya üçün bir örnək olmaqdadır.
Bu gün Azərbaycan
Prezidenti cənab İlham Əliyev Beynəlxalq Tolerantlıq Günü münasibətilə,
Azərbaycanda multikultural
ənənələrin və
dinlərarası münasibətlərin
inkişafındakı xidmətlərinə
görə ölkəmizdə
fəaliyyət göstərən
dini konfessiyaların rəhbərlərini “Azərbaycan
Respublikası Prezidentinin
fəxri diplomu” ilə təltif edib. Bu, ölkə
Prezidentinin həm Beynəlxalq Tolerantlıq Gününə bir hədiyyəsidir, həm də həmin din xadimlərinin fəaliyyətinə,
zəhmətinə verilən
yüksək qiymətdir”.
Sonra Dövlət müşaviri
Qafqaz Müsəlmanları
İdarəsinin sədri,
şeyxülislam Allahşükür
Paşazadəyə, Bakı
və Xəzəryanı
bölgələrin yepiskopu
Aleksandr Ataya, Azərbaycandakı
katolik icmasının
rəhbəri, Roma Katolik
Kilsəsinin ordinarisi
Vladimir Feketeyə, Azərbaycan Dağ Yəhudiləri icmasının sədri Milix Yevdayevə, Bakı Avropa Yəhudiləri dini icmasının rəhbəri
Gennadi Zelmanoviçə
və Alban-udi xristian icmasının sədri Robert Mobiliyə “Prezidentin Fəxri Diplomu”nu təqdim edib.
lll
Şeyxülislam Allahşükür Paşazadə
çıxışında vurğulayıb ki, müstəqil Azərbaycanda
tolerantlıq və multikulturalizm təməli
Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş
dövlət strategiyasının
əsasını təşkil
edir: “ Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Azərbaycan tarix boyu sivilizasiyaların, mədəniyyətlərin,
dinlərin qovuşuğunda
yerləşib. Əsrlər boyu bu qədim
diyarda müxtəlif dinlərin, mədəniyyətlərin,
millətlərin, etnik
qrupların nümayəndələri
sülh və əmin-amanlıq şəraitində
bir ailə kimi yaşamışlar.
Azərbaycanda heç vaxt
dini, milli zəmində qarşıdurma,
yaxud anlaşılmazlıq
olmayıb və yoxdur. İctimai-siyasi quruluşdan asılı
olmayaraq bütün dövrlərdə Azərbaycanda
xalqlar qarşılıqlı
hörmət və anlayış şəraitində
yaşayıblar”.
Adıçəkilən digər mükafatçılar da ölkəmizdəki mövcud
multikultural dəyərlərdən,
tolerantlıq ənənələrindən bəhs
ediblər. Çıxışlarda vurğulanıb ki,
Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanda
dini mədəniyyətin,
tolerantlıq və dinlərarası dialoqun əsaslarını yaradıb.
Məscid, kilsə və
sinaqoqların dövlət
tərəfindən bərpa
olunduğu, bütün
ənənəvi dini
icmaların maddi-mənəvi
cəhətdən dəstəkləndiyi
Azərbaycanda multikultural
həyat tərzi, dinlər və məzhəblərarası müstəvidə
qarşılıqlı anlaşma
hökm sürür.
Bayram tədbirinin “Dini mövzuda musiqi” adlı bədii hissəsinə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai
Birliyinin təsisçisi
və rəhbəri Leyla Əliyevanın Ulu öndər Heydər Əliyevə həsr etdiyi elegiyanın nümayişi
ilə start verilib.
Mərasimdə Katolik Yeparxiyasının kvartetinin təqdimatında Sezar Frankın “Panus Angelicus”u, Müqəddəs Mironosits Kafedral Kilsəsinin qadınlar xorunun ifasında Pavel Çesnokovun “Xvalite Qospoda s Nebes”i, Dövlət Uşaq-Gənclər Simfonik Orkestrinin təqdimatında Frans Şubertin “Ave Mariya”sı, Fərhad Bədəlbəylinin “Pərvərdigara”sı səslənib.
lll
Deyilənlərə, yazılanlara və görünənlərə sözardı: Dövlət müşaviri Kamal Abdullayev çıxışında tolerantlıq ənənəsini daha çox sevgi, şəfqət, mərhəmət və insani birliyin nişanəsi kimi dəyərləndirdi. Həqiqətən də tolerantlıq din, dil, etnik və müxtəlif yanaşmalardan fərqli olanlara sadəcə dözmək, tablamaq anlayışı ilə yekunlaşsaydı, bu məfhumun mənəvi dəyəri azalmış olardı. Bu da danılmaz həqiqətdir ki, bu gün özünü demokratiyanın keşikçisi, insan haqlarının təminatçısı hesab edən əksər sivil ölkələrdə tolerantlıq bəzən sadəcə hüquqi anlam kəsb edir. Azərbaycan multikulturalizmi və tolerantlığının spesifikası isə onunla şərtlənir ki, adıçəkilən bu anlayışlar xalqımızın yaşamına, dövlətimizin tarixinə kənardangəlmə, qondarma bir prosedur deyil, sadəcə hüquqi bazası olmaqla qalmayıb minilliklərə söykənən dərin mənəvi əsaslar üzərində bərqərar olan milli xəzinəmiz, fərqliliyə, müxtəlifliyə sevgimiz , şəfqətimizdir və bununla yanaşı həm də dövlət siyasətinin prioritet istiqamətidir. “Kempinski” oteldə keçirilən tədbirdə mərasimə dəvət olunan müsəlman, xristian, yəhudi, alban-udi və digər fərqli icmaların “Xvalite Qospoda s Nebes”, “Panus Angelicus”, “Ave Mariya” dini-ilahi melodiyalarının sədaları altında sevgiyə, mərhəmətə, qarşılıqlı anlaşmaya, dostluğa, qardaşlığa, humanizmə kökləndiyi o məqamlarda inanmaq olardı ki, oradakı qonaqların böyük əksəriyyətinin düşüncəsində yekdil fikir qərarlaşıb: Azərbaycan Beynəlxalq Tolerantlıq Gününü qeyd etməyə həqiqətən daha çox mənəvi haqqı çatan ölkələrdən biridir və bəlkə də birincisidir...
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.- 2015.- 21 noyabr.- S.14