Anarın "Göz muncuğu" əsəri polyak dilində

 

 

 

AnarınGöz muncuğu” (“Oko proroka”) kitabı Polşada “ATUT” (Vroslav) nəşriyyatında nəşr olunub.

 

525.az-ın məlumatına görəGöz muncuğupovesti Qırmızı limuzinhekayəsinin daxil olunduğu kitabŞərq modernizmiseriyasında nəşr olunub.

 

Kitab Bədii Tərcümə Ədəbi Əlaqələr MərkəzininAzərbaycan ədəbiyyatını xaricdə təbliğiistiqamətində gördüyü son uğurlu işlərdən biri kimi ərsəyə gəlib.

 

Bədii Tərcümə Mərkəzinin sədri Səlim Babullaoğlu bildirib ki, “Göz muncuğupovesti son illərdə ən çox dartışılan müzakirə edilən, hətta Anar münasibətdə laqeyd münasibət sərgiləyən ədəbiyyat adamları tərəfindən təqdir edilən bir əsərdir:

 

FikrimcəGöz muncuğuciddi ədəbi hadisədir. Povesti İlahə Kərimova Mərkəzin sifarişi ilə polyak dilinə çevirib".

 

Kitaba giriş sözünü tanınmış ədəbiyyatşünas alim, tərcüməçi Cavanşir Yusifli yazıb. Bundan başqa kitabda tanınmış polyak yazıçısı-publisisti Martin Bradkenin əsər barədə qısa yazısı yer alıb.

 

Kitabın redaktoru Helena Samosiej, naşiri Vitold Podedvornıdır.

S.Abdullayeva

525-ci qəzet.- 2015.- 24 noyabr.- S.7.