Böyük ifaçı Habil Əliyev Beynəlxalq Muğam Mərkəzində  anıldı

 

 

Beynəlxalq Muğam Mərkəzində görkəmli kaman ustası, Xalq artisti Habil Əliyevin xatirə gecəsi keçirilib.

 

Tədbir iştirakçıları əvvəlcə mərkəzin foyesində sənətkarın həyat yolundan bəhs edən fotosərgiyə tamaşa ediblər.

 

Tədbirin aparıcısı - yazıçı Əjdər Ol sənətkarın keçdiyi həyat yolundan, Azərbaycan musiqi mədəniyyətinin inkişafına verdiyi töhfələrdən, bənzərsiz ifaçılıq məharətindən geniş bəhs edib:

 

"Bu, Habil Əliyevin ölümündən sonra onun xatirəsinə həsr edilmiş ilk tədbirdir. Ustad sənətkar virtuoz ifaçılığı ilə yanaşı, gözəl mahnıların da müəllifidir. Onun bəstələdiyi 15-dən artıq mahnı bu gün tanınmış musiqiçilər tərəfindən sevilə-sevilə ifa olunur".

 

Gecədə çıxış edən mədəniyyət turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, Habil Əliyev əllinci illərin sonu, altmışıncı illərin əvvəllərində mahir kamança ustası kimi formalaşaraq geniş şöhrət tapıb:

 

"Görkəmli tarzən Qurban Pirimovdan məşhur müğənni Xan Şuşinskidən muğam sənətinin sirlərini öyrənən Habil Əliyev özünəməxsus səs tembrinə malik kamançanın təsirli avazına yeni guşələr, xallar rənglər qatmaqla onun imkanlarını olduqca yüksəkliklərə qaldırıb.

 

Daim öz üzərində işləyən sənətkar Azərbaycan mədəniyyətinə sanballı töhfələr verib. Seyid Şuşinski, Həqiqət Rzayeva, Xan Şuşinski, Zülfü Adıgözəlov, Mütəllim Mütəllimov, Şövkət Ələkbərova, Sara Qədimova, Fatma Mehrəliyeva kimi sənətkarların konsertlərində müşayiətçi olan Habil Əliyev həvəslə onların ölməz irsindən bəhrələnir, daha səylə çalışır, saatlarla məşqdən yorulmurdu. Habil Əliyev "Segah", "Bayatı-Qacar", "Bəstənigar", "Bayatı-Şiraz", "Çahargah", "Rast", "Zabul" muğamlarına yeni kamança həyatı bəxş edib.

 

Kaman ustasının keçmiş SSRİ respublikalarında eləcə dünyanın bir çox ölkələrində Azərbaycan muğamlarından xalq mahnılarından ibarət kompakt diskləri buraxılıb. Habil Əliyev Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətləri dövlət hökumət tərəfindən yüksək qiymətləndirilib. O, dəfələrlə müxtəlif orden medallarla, döş nişanları fəxri fərmanlarla təltif olunub. Habil Əliyevin xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq".

 

Gecədə tanınmış gənc xanəndələrin ifasında Habil Əliyevin bəstələri, eləcə xalq mahnıları muğamlarımız səsləndirilib.

 

S.ABDULLAYEVA

 

525-ci qəzet.- 2015.- 24 noyabr.- S.7.