Dövlət rəsm qalereyalarının fəaliyyəti
müzakirə edilib
Milli Kitabxanada
mədəniyyət və
turizm nazirinin müavini Ədalət Vəliyevin iştirakı
ilə nazirliyin tabeliyində olan dövlət rəsm qalereyalarının fəaliyyətinə
həsr olunmuş iclas keçirilib.
İclasda respublikanın rayon və şəhərlərində dövlət
rəsm qalereyalarının
fəaliyyəti, həyata
keçirilən yaradıcı
işlər, eləcə
də bəzi struktur məsələlər
ətrafında geniş
söhbət açılıb.
İclasda çıxış edən nazir müavini Ədalət Vəliyev respublikamızda
həyata keçirilən
mədəniyyət siyasəti,
dövlətin bu sahəyə diqqət və qayğısı barədə məlumat verib:
"Son
illər ölkə başçısının müvafiq sərəncam
və tapşırıqları ilə mədəniyyət
müəssisələrinin maddi-texniki bazasının
yaxşılaşdırılması istiqamətində həyata
keçirilən tədbirlər bu sahədə
çalışan insanların öz işlərinə daha
da məsuliyyətlə yanaşmasına zəmin
yaradıb".
Regionlarda
fəaliyyət göstərən dövlət rəsm
qalereyalarının fəaliyyətindən bəhs edən
nazir müavini bu müəssisələrdə
çalışan əməkdaşların bilik və
bacarıqlarının qiymətləndirilməsi ilə
bağlı test sınağının nəticələrinin
qənaətbəxş olmadığını bildirib.
Son 10 ildə
dövlət rəsm qalereyalarının sayı 21-dən 35-ə
çatdırılıb, 14 rayonda dövlət rəsm
qalereyası inşa edilib.
Rəsm
qalereyaları ilə bağlı 2012-ci ildən başlayaraq
ardıcıl şəkildə maddi-texniki bazanın möhkəmləndirilməsi,
kadr siyasətinin düzgün aparılması, maarifləndirilmə
istiqamətində tədbirlər həyata keçirilir, bu məqsədlə
ümumilikdə 10-dan artıq treninq təşkil olunub. Təkcə
2015-ci ildə bölgələrdə 5 treninq keçirilib.
Ə.Vəliyev
rayon (şəhər) mədəniyyət və turizm
şöbələrinin və rəsm qalereyalarının fəaliyyətini
təhlil edərək mövcud nöqsanların aradan
qaldırılması yollarından danışıb, konkret
tövsiyə və tapşırıqları diqqətə
çatdırıb.
İclasda
qalereya rəhbərlərinin fikirləri dinlənilib. Dövlət
rəsm qalereyalarında çalışan əməkdaşların
bilik və bacarıq səviyyəsi, kadrların
ixtisasartırma və işlərinin təkmilləşdirməsi
yönündə bir sıra addımların həyata
keçiriləcəyi diqqətə
çatdırılıb.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 24 noyabr.- S.7.