Milli Dram Teatrı Minskdə "İlahi oyun"u nümayiş etdirib

 

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi Belarusda keçirilən Gənclərin II Beynəlxalq Teatr Forumunda "İlahi oyun" tamaşası ilə iştirak edib.

 

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər Mədəniyyət Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə gerçəkləşib.

 

Beynəlxalq tədbir MDB Baltikyanı ölkələri, Gürcüstanı əhatə edib "İlahi oyun" tamaşası ilə açılıb.

 

Forumda Azərbaycan səfirliyinin nümayəndələri, diplomatik korpusun əməkdaşları iştirak edib.

 

Beynəlxalq tədbirin açılışından sonra Akademik Milli Dram Teatrının baş rejissoru-bədii rəhbəri, Xalq artisti Azərpaşa Nemətin rəhbərliyi ilə teatrın kollektivi rəssamların, dramaturqların, rejissorların teatrşünasların məşğələ master klasslarında iştirak edib. Məşğələlərdə Akademik Milli Dram Teatrının rejissoru Mikayıl Mikayılovun işi uğurlu hesab olunub rejissora xüsusi diplom təqdim olunub.

 

"Kitabi-Dədə Qorqud" dastanının "Dirsə xan oğlu Buğac" boyu əsasında hazırlanmış birhissəli etno-müziklın quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayevdir. Səhnə əsərinin musiqi tərtibatı Vidadi Həsənov Mikayıl Mikayılova, rəqslərin quruluşu Pərviz Məmmədrzayev Nigar Güləhmədovaya məxsusdur.

 

Tamaşada əməkdar artistlər Vidadi Həsənov, Pərviz Məmmədrzayev, aktyorlar Nigar Güləhmədova Novruz Novruzlu çıxış edirlər. "İlahi oyun" tamaşası Belarusun Yanka Kupala adına Milli Akademik Teatrında oynanılıb.

 

Qeyd edək ki, Gənclərin II Beynəlxalq Teatr Forumu Beynəlxalq Çexov Teatr Festivalı çərçivəsində gənc rejissorların işlərinə baxış məqsədi ilə təşkil olunur.

 

525-ci qəzet.- 2015.- 24 noyabr.- S.7.