Paşa Qəlbinurun yeni kitabı nəşr olunub

 

Şair, oftalmoloq Paşa Qəlbinurun "Qara su & Göz dağı" ("Heavy water & Reminder of the Evil") adlı kitabı Böyük Britaniyada (London, 2015) nəşr olunub.

 

Müəllifin müxtəlif illərdə qələmə aldığı qəhrəmanlarının taleyinin davamı kimi izlənilən iki romanın daxil edildiyi kitab Qılıncxan Bayramovun tərcüməsi, tanınmış ingilis yazıçı publisisti Michael Brannokun redaktəsi ilə nəşr edilib.

 

P.Qəlbinurun dünya oxucularına təqdim olunan bu romanı əvvəllər Rusiyada (2009), Azərbaycanda (2012), Hollandiyada (2013) nəşr olunub.

 

Xatırladaq ki, bu əsərlər ədəbi tənqidin diqqətini çəkib, tənqidimizin görkəmli nümayəndələri bu romanlar haqqında müsbət rəylərini bildiriblər. Roman haqqında akademik Tofiq Hacıyev, tənqidçi Bəsti Əlibəyli, şair-publisist Sərvaz Hüseynoğlu da məqalələr yazıblar.

 

Müəllif epiqrafında üç müqəddəs kitabdan nümunələr verib.

 

Kitabı www.amazon.com, www.lulu.com başqa saytlar vasitəsi ilə sifariş vermək olar.

 

Vəfa MƏMMƏDLİ

525-ci qəzet.- 2015.- 24 noyabr.- S.7.