Tbilisidə "Çağdaş
Azərbaycan poeziyası"nın təqdimatı keçirilib
Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində
müasir Azərbaycan
şairlərinin gürcü
dilinə tərcümə
olunmuş şeirlərindən
ibarət "Çağdaş
Azərbaycan poeziyası"
antologiyasının təqdimatı
olub.
M.F.Axundzadə adına Azərbaycan
Mədəniyyəti Muzeyinin,
Yazıçılar Birliyinin
(AYB) Gürcüstan bölməsinin
və Azərbaycan-Gürcüstan
"Varlıq" Mədəniyyət
Mərkəzinin birgə
təşkil etdiyi tədbirdə hər iki ölkənin yazıçı və şairləri, mədəniyyət
xadimləri və ictimaiyyət nümayəndələri
iştirak ediblər.
Muzeyin direktoru
Leyla Əliyeva Azərbaycan-Gürcüstan dostluq
əlaqələrinin möhkəmləndirilməsi
istiqamətində görülən
işlərdən danışıb,
hər iki ölkənin şair və yazıçılarının
əsərlərinin tərcümə
olunaraq yayılmasının
mədəni münasibətlərin
inkişafına töhfə
verdiyini qeyd edib.
AYB-nin və "Varlıq" Mədəniyyət
Mərkəzinin sədri
Rafiq Hümbət deyib ki, antologiya
gürcü dilinə
Azərbaycan Respublikasının
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi
Şurasının maliyyə
dəstəyi ilə
"Türk Dünyası
İnfo" İctimai
Birliyinin həyata keçirdiyi "Azərbaycan-Gürcüstan
ədəbi-mədəni əlaqələrinin
inkişafına dəstək"
adlı layihə çərçivəsində çapdan çıxıb.
Kitabda ədəbi
ictimaiyyətin yaxşı
tanıdığı, müxtəlif
ədəbi nəsilləri
təmsil edən 22 Azərbaycan şairinin
100-dən çox əsərindən
ibarət nümunələr
yer alıb. Bu kitablar gənc nəslin poeziyaya marağının artmasında
və yazarlarımızın
tanımasında mühüm
rol oynayır.
"Türk Dünyası
İnfo" İctimai
Birliyinin sədri Dəyanət Osmanlı bildirib ki, bu
layihənin məqsədi
müasir Azərbaycan
şairlərinin xaricdə
tanıdılması ilə
yanaşı, Azərbaycan-Gürcüstan
ədəbi-mədəni əlaqələrinin
inkişafına kömək
etməkdir. "Çağdaş
Azərbaycan poeziyası"nın gürcü dilində antologiya halında çapdan çıxması ilk təşəbbüsdür,
ədəbiyyatımızın qonşu və dost ölkə olan Gürcüstanın ictimai,
elmi, ədəbi mühitində təbliğinə
yönəlib.
Kitab Gürcüstanda
kitabxanalara, mədəniyyət
mərkəzlərinə və
digər müvafiq ictimai qurumlara paylanacaq.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 24 noyabr.- S.7