Azərbaycan və İran
teatrlarının əməkdaşlığı müzakirə
edilib
Dövlət Akademik Milli Dram Teatrında İran İslam Respublikasının
Azərbaycandakı səfirliyinin
Mədəniyyət Mərkəzinin
sədri Seyid İbrahim İbrahiminin təklifinə əsasən
mərkəz sədrinin
rəhbərlik etdiyi nümayəndə heyəti
ilə görüş
keçirilib.
Görüşdə Təbriz teatrının rejissoru Babək Nəhreyi, illüziya ustası Cavad Əkbəri, rəssam Əkbər İsmaili iştirak ediblər.
Akademik Milli
Dram Teatrının direktoru,
professor İsrafil İsrafilov
iki qonşu ölkə arasında teatr əlaqələrinin
hazırkı vəziyyəti
ilə bağlı fikirlərini bölüşüb,
qarşılıqlı əməkdaşlığın
zəruriliyi haqda danışıb.
İ.İsrafilov qeyd edib ki,
rəhbərlik etdiyi teatrın kollektivi Fəcr Beynəlxalq Teatr Festivalında iştirak edib, təqdim olunan səhnə əsəri iranlı tamaşaçılar
tərəfindən diqqət
və maraqla qarşılanıb. Direktor nümayəndə heyətinin Təbriz teatrı və Akademik Milli Dram Teatrı arasında gələcək əməkdaşlıq
təklifini müsbət
dəyərləndirib, teatrlar
arasında yaradıcı
mübadilənin faydasını
vurğulayıb.
Mədəniyyət Mərkəzinin sədri Seyid İbrahim İbrahimi iki ölkə arasında olan teatr əlaqələrini
daha da genişləndirməkdə
maraqlı olduqlarını
vurğulayıb. Mərkəz sədri 2015-ci ilin
sonu, 2016-cı ilin əvvəlində Təbriz
teatrının Akademik
Milli Dram Teatrında tamaşa ilə çıxış etmək
niyyətində olduğunu
qeyd edib.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 25 noyabr.- S.